Abbas Vəlibəyovun himayəsi altında özbaşınalıq - İTTİHAM VAR
Tarix: 24-08-2016, 08:36 | Çap et
![Abbas Vəlibəyovun himayəsi altında özbaşınalıq Abbas Vəlibəyovun himayəsi altında özbaşınalıq](/uploads/posts/2016-08/1472013491_0001.jpg) Bu gün paytaxtın gözdən iraq, aidiyyəti qurumların nəzarətindən bir qədər kənar qalan tibb müəssisələrindən biri də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi 69/71 ünvanında yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasıdır. Sözügedən tibb ocağının baş həkimi Ağahəsən Rəsulovun fəaliyyətinin, yaxınları bu xəstəxanada müalicə alan vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılandığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 1936-cı ildən fəaliyyət göstərən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hazırda ümimi durum heç də ürəkaçan deyil. Beləliklə, Ağahəsən Rəsulovun adıçəkilən tibb müəssisəsinə 2008-ci ildən rəhbərlik etdiyini qeyd edən mənbə bildirir ki, onun gəlişindən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasında mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub: «Deyilənlərə görə, xəstəxananın rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, müxtəlif qurumlar, təşkilatlar tərəfindən göndərilən yardımlar isə xəstələrə çatdırılmır. Nəzərinizə çatdırım ki, Ağahəsən Rəsulovun baş həkimi olduğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xəstələrə vaxtı-vaxtında yemək verilmir. Ümumiyyətlə, onun işinə qeyri-peşəkarcasına yanaşması səbəbindən adıçəkilən tibb müəssisəsində acınacaqlı vəziyyət hökm sürür. Bu xəstəxanada müalicə olunan xəstələrin yaxınları da təsdiqləyə bilərlər ki, baş həkimin səhlənkarlığı ucbatından psixi pozğunluğu olan xəstələrin səhhəti günü-gündən daha da ağırlaşır». Məlumatlı şəxs iddia edir ki, Ağahəsən Rəsulovun gəlişinə qədər 1 saylı Respublika Psixiatriya Xəstəxanasında vəziyyət, xəstələrin ümumi durumu, onlara göstərilən diqqət və qayğı indikindən daha yaxşı idi: «Deyilənlərə görə, Ağahəsən Rəsulova qədər xəstəxanada vəziyyət bugünkündən daha yaxşı idi və xəstələr normal şəkildə müalicə olunurdu. Lakin o, baş həkim təyin olunduqdan sonra vəziyyət mənfiyə doğru dəyişdi. Bildirilir ki, əvvəllər xəstələr nə dərmandan korluq çəkirdi, nə də ki yeməkdən. İndi isə psixi problemləri olan xəstələrin müalicəsi normal şəkildə həyata keçirilmir və heç kim də onların, yaxınlarının səsinə səs vermir, şikayətlərini lazımı qaydada araşdırmır. Deyilənlərə görə, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hökm sürən vəziyyətlə bağlı bir neçə dəfə aidiyyəti qurumlara müraciət olunsa da, hələ də mövcud olan problemlər aradan qaldırılmayıb». Bu arada, baş həkim Ağahəsən Rəsulovun xəstələrlə maraqlanmadığını, onların qeydinə qalmadığını bildirən mənbə qeyd edir ki, o, rəhbərlik etdiyi tibb müəssisəsinə çox az-az gəlir: «Nəzərinizə çatdırım ki, bütün bunlar Ağahəsən Rəsulovun baş həkimi olduğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında baş verən neqativ halların ancaq kiçik bir hissəsidir. Deyilənlərə görə, Ağahəsən Rəsulovun bu cür rahat şəkildə hərəkət etməsinə və işinə səhlənkar yanaşmasına şərait yaradan şəxs səhiyyə nazirinin müavini Abbas Vəlibəyovdur. Baş həkim məhz nazir müavininə arxalandığı üçün rəhbərlik etdiyi tibb müəssisəsini istədiyi kimi, yəni yalnız öz qanunları ilə idarə edir. Bu isə həm xəstələrin, həm də onların yaxınlarının kəskin etirazına səbəb olur. İş o yerə çatıb ki, artıq onlar baş həkimin əməllərindən kimə və hara şikayət edəcəklərini belə, bilmirlər. Çünki Ağahəsən Rəsulovun arxasında güclü himayədarı var. Bu səbəbdən də yol verilən neqativ hallar ört-basdır edilir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 22:27 |
|
|
|
• Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Bu gün, 22:09 |
|
|
|
• MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Bu gün, 22:04 |
|
|
|
• Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Bu gün, 21:18 |
|
|
|
• “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12 |
|
|
|
• "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09 |
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23 |
|
|
|
• Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18 |
|
|
|
• Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15 |
|
|
|
• Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08 |
|
|
|
• Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05 |
|
|
|
• Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01 |
|
|
|
• Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59 |
|
|
|
• Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56 |
|
|
|
• Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53 |
|
|
|
• “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50 |
|
|
|
• Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48 |
|
|
|
• "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12 |
|
|
|
• Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11 |
|
|
|
|