"Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                 

«BOA» Kollektor Agentliyi insanları intihar həddinə çatdırır… - ŞOK FAKTLAR
Tarix: 23-09-2016, 08:26 | Çap et
«BOA» Kollektor Agentliyi insanları intihar həddinə çatdırır…
İllərdir vətəndaşları yüksək faiz dərəcələri, daha sonra komission xərclərlə (şapka) aldadıb soyan banklar müflis oldu. Düzgün hesablama sistemi qura bilməyən, yalnız faiz gəlirlərini düşünən, vətəndaşları yalançı reklamlarla şirnikləşdirən onlarla bank bir ayin icində ortadan qeybə çəkildi. Daha prespektivli banklar isə işini davam etdirir.
Amma bağlanan bankların yaratdığı gərgin vəziyyət hələ də vətəndaşların ciddi probleminin tərkib hissəsi olaraq qalmaqdadır. Bu gün Azərbaycanda banka borcu olmayan çox az ailə tapmaq olar. Elə ailələr var ki, bu problemlər nəticəsində dağılıb və ya dağılmaq təhlükəsi ilə üz-üzədir. Bir sözlə olduqca ciddi problemdir. Bütün bunların fonunda ölkədə onsuz da boğulan insanları bezdirən daha bir əmma ortaya çıxıb. «BOA» Kollektor Agentliyi…
Guya banklara borcu olan vətəndaşlardan pulu geri almaq üçün yaradılan bu “Agentlik” banklarla vətəndaş arasında körpü rolu oynayır. Gülməli və daha çox biabırçı məsələdir. Qanunları olan bir ölkədə belə bir fəaliyyət sözün həqiqi mənasında gülüncdür. Və ən pis formada qanunsuzluqdur.
Ela bunlar azmış kimi, bu “Agentliy”in “QOÇU”ları vətəndaşları hətta ölümlə hədələyirsə, bezdirirsə bu artıq işin qanuni tərəfidir.
Bizimxeber.az-a daxil olan məlumata görə, tam qanunsuz bir mexanizm əsasında fəaliyyət göstərən bu agentlik banklara borclu olan və ya artıq məhkəməyə verilmiş vətəndaşların belə evinə, xanımlara, uşaqlara dəfələrlə zəng edərək müxtəlif formalarda hədələrini davam etdirirlər.
Məlumata görə, “Gəlib sizi həbs edəcəyik”, “Sizi iş yerinizdə biabır edəcəyik”, “Məhkəmədən zəng etmişik” kimi hədələr edən şəxslərin telefon nömrələri belə bəlli deyil.
Ümumiyyətlə, Azərbaycan qanunlarına görə, banka borcu olan vətəndaşla bank arasındakı problem qanuni şəkildə məhkəmə yolu ilə həll olunur. Əgər bir bank vətəndaşdan pulunu ala bilmirsə o zaman vətəndaş məhkəməyə verilir. Məhkəmə də qanuni şəkildə vətəndaşın yoxsa bankın xeyrinə qərar çıxarır. Odəniş üçün müəyyən güzəştlər və ya zaman verilir. Yaxud da, alternativ bir yol seçilir və problem həllini tapır.
Elə isə, bu qanuni prosesslərdən sonra «BOA» kollektor agentliyi bəs hansı iş görməlidir? Bu Agentliyin məhkəmə, bank və vətəndaş arasına soxulması hansı qanunun tələbidir? Onun qazancı nədir? Sizcə bu Agentlik və ya onun rəhbəri Samir Mustafayev, yaxud əməkdaşları Azərbaycan məhkəmələrindən, qanundan üstündürmü? Belə çıxır ki, «BOA» Kollektor Agentliyi Azərbaycan məhkəmələrindən üstündür… Əsla elə deyil. Azərbaycan qanunlarla tənzimlənən, idarə olunan bir ölkədir. Üstəlik vətəndaşı da ləyaqətlidir. Sadəcə sosial problemlər, işsizlik və diğər səbəblər insanları banklardan aldığı pulu qaytarmasına imkan vermir. Bu isə Kollektor Agentliyinin nə rəhbərinə, nə də əməkdaşına imkan vermir ki, kimisə təhqir etsin və ya hədələsin. Bu bir başa qanunsuzluqdur və özbaşınalıdır.
Amma məhkəmə qərarından sonra banka olan pulu ödəyə bilməyən vətəndaşlar var ki, onlardan pulun başqa yollarla alınması yolunu tapanlar var. «BOA» Kollektor Agentliyi də elə bunun üçün yaradılıb. Adı başqa, fəaliyyəti lap başqa… Agentlik işçiləri vətəndaşları narahat edirsə, hədələyirsə demək burda bir “reket” dəst-xətti var. Qanunlardan kənar tələb etmə, insanları bezdirmə, qorxutma və sair hallar “reket”çilik sayılır.
Qanunla bu Agentliyin əməkdaşları zəng edirsə bu bir dəfədən artıq olmamlıdır. Bunu Agentliyin hörmətli rəhbəri Samir Mustafayev də dəfələrlə mətbuata verdiyi açıqlamalarda bəyan edib. Amma dəfələrlə zəng edib hədələyici təsirləri davam etdirirlərsə deməli bu “reket” formasıdır.
Araşdırmalarımız zamanı kifayət qədər ciddi faktlar ortaya çıxdı. Belə ki, borcu olan insanların yaşadıqları ünvanlara rüsvayedici, alçaldıcı elanlar yapışdırmaq, iş yerlərinə məktublar göndərib utandırmaq, kimi hallar mövcuddur. Daha ciddi faktlar da var ki, onların da yaxın günlərdə audio və video formasını təqdim edəcəyik.
Hələliksə, ilk olaraq bunu deyək ki, qanunların aliliyinin qorunduğu ölkədə bu kimi hallar olmur. Əgər olursa demək həm məhkəmə həm də diğər qurumlar öz fəaliyyətlərində kifayət qədər ciddi deyillər.
Qaldı ki, «BOA» Kollektor Agentliyinin belə qorxmaz, insanları intihar həddinə kimi gətirib çıxaran addımlar atmasına kimlərin şərait yaratmasına bax bu artıq başqa mövzudur. Bu barədə də geniş araşdırmalarımız artıq başlayıb.
Bizimxeber.az əməkdaşları sadalanan faktlarla bağlı «BOA» kollektor agentliyinin aidiyyatı şəxslərindən münasibət öyrənməyə çalışsa da, aldığımız cavab dogurdan da maraqlı oldu: “Nə istəyirsiz yazın…”.
Bu sözün həqiqi mənasında biabırçılıqdı.
Qeyd edək ki, İlkin Qəribli “Unibank”ın prezidenti Eldar Qəribovun oğludur. Diğər həmtəsisçi Rüstəm Hacıyev isə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğludur.
***
«BOA» kollektor agentliyi necə və kimlərin dəstəyi ilə yaradılıb?
Agentliyin rəhbərliyi ilə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nə kimi əlaqələri var?
Anar Məmmədov Kollektor Agentliyini niyə Azərbaycana gətirdi?
Qurum əməkdaşlarının intihar həddinə çatdırdığı adamlar kimlərdir?
«BOA» Kollektor Agentliyinin Təbriz küçəsindəki ofisində hansı davalar olur və bu davalara görə kim məsuliyyət daşıyır?
Olduqca ilginc faktlar yaxın günlərdə…
Bizi izləyin…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru