![İki talançı nazirin həbsi yenidən gündəmdə İki talançı nazirin həbsi yenidən gündəmdə](/uploads/posts/2016-12/1481086024_0001.jpg)
DİA.AZ: - Vəzifədə olduqları illər ərzində dövlətə milyyardlarla dollar ziyan vudmuş iki keçmiş nazir - Eldar Mahmudov və Əli Abbasov məhkəmə kürsüsünə oturdula bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya verilib.
Xəbərə görə, hər iki sabiq nazirə qarşı ilkin olaraq maliyyə pozuntuları, büdcə vəsaitlərinin mənimsənilməsi və daha bir neçə iqtisadi xarakterli ittihamların irəli sürüləcəyi gözlənilir.
DİA.AZ-a danışan mənbə onu da əlavə edib ki, yaxın günlərdə sözügedən istiqamətdə müəyyən tədarük xarakterli addımlar atıla bilər: "Yəni əlavə həbslər olacaq. Böyük "akulaların" həbsinə qədər".