Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                 

Eldar Mahmudovun AzTV-dəki qohumu niyə toxunulmazdır? - İDDİA
Tarix: 10-12-2016, 09:13 | Çap et
Eldar Mahmudovun AzTV-dəki qohumu niyə toxunulmazdır?
Hurriyyet.org-da və “Hürriyyət” qəzetində “AzTV-dən narazılar dilə gəldi” başlıqlı yazının dərcindən sonra redaksiyamıza çoxlu zənglər edilir, elektron poçtumuza imzası bəlli olan-olmayan giley-güzarlar yazılır. Xüsusən korifey sənətkar Rəşid Behbudovun yeganə varisi, klassik musiqilərin özünəməxsus ifaçısı Rəşidə Rəşidin “AzTV-dən getməyimin təşəbbüskarı Nadir Axundovdur” narazılığından sonra bu gileylər daha da artdı. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Musiqi və əyləncəli proqramlar redaksiyasının 2010-cu ilə qədər baş redaktoru, hazırda “Mədəniyyət” telekanalının direktor müavini olan Nadir Axundovdan narazılar yazırlar ki, bir çox məşhur müğənnilərin AzTV-dən işdən çıxarılmasında onun əli olub. İşdən çıxarılanlarla bağlı redaksiyaya təqdim edilən siyahıda xalq artistləri Nisə Qasımova, Brilliant Dadşova, Faiq Ağayev, Ağadadaş Ağayev, hətta mərhum xalq artisti İlhamə Quliyevanın da adı var.

İşlərini itirən ali kateqoriyalı tanınmışlar - Nisə Qasımova, Brilliant Dadaşova, Faiq və Ağadadaş Ağayevlər...

2009-cu il mayın 1-dən əmək müqaviləsinə xitam verilən və işdən azad edilən 29 televiziya işçisi bunlardır: Kamil Quliyev - Qapalı Səhmdar Cəmiyyətin İdarə Heyətinin katibi, Babək Göyüşlü, Təmsil Hacıyev, Allahverdi Şirbabayev, Gülüstan Vəkilova - Uşaq və gənclik proqramları redaksiyasının baş və böyük redaktorları, Nərgiz Cabbarlı (Musiqi və əyləncəli proqramlar redaksiyasının I kateqoriyalı rejissoru ), Xanım Muradxanlı (rejissor assistenti), Sevinc İsmayılova (Musiqi və əyləncəli proqramlar redaksiyasının redaktoru), Vüqar Abbasov (inzibatçı), Nəzakət Abbasova (rejissor), ali kateqoriyalı vokalçılar - Faiq Ağayev Ağadadaş Ağayev, Eldar Axundov, Nurlan Əzizbəyli, Rəşidə Behbudova, Nisə Qasımova, Ruhəngiz Quliyeva, İlhamə Quliyeva, Nüşabə Ələsgərli, Brilliant Dadaşova, Zülfiyyə İbadova, Mətanət İsgəndərli, Könül Kərimova, Nərgiz Kərimova, Niyaməddin Musayev, Səttar Nəsirov, Elmira Rəhimova, Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblında ali kateqoriyalı balaban ifaçısı Zülfiqar İbrahimov, vido çəkiliş üzrə operator Zahid Rəhimov.
Siyahıda adı çəkilənlər arasında mətbuatda cəsarətli çıxışları ilə tanınan, AzTV rəhbərliyi ilə məhkəmə çəkişmələrinin nəticəsindən narazı qalan telerejissor Nərgiz Cabbarlının Hurriyyet.org-a bildirdiyinə görə, onun şikayəti ötən ay Avropa Məhkəməsində baxılmaq üçün qəbul edilib.

Onun xanımı Eldar Mahmudovun qohumudur

Nərgiz Cabbarlı da hesab edir ki, AzTV rəhbərliyindən narazılıqlarda Nadir Axundovun xüsusi rolu olub: “Onun kimliyini onunla bir yerdə çalışanlar gözəl bilir. Nadir Axundovun musiqi sahəsində hansı xidmətləri olub ki, Musiqi proqramının da baş redaktoru olsun? 2006-cı ildə onu AzTV-yə təyin etdilər. “Muğam müsabiqəsi”ndəki maliyyə maxinasiyasına görə onu o vaxt “Speys”dən uzaqlaşdırmışdılar. O, 1991-ci ilə qədər də AzTV-də işləyib, Xəlil Qeysərov onu işdən çıxardı. Lap əvvəllər o, rəhmətlik Gülarə Əliyevanın “Dan ulduzu” ansamblında qaboyçalan olub. Gülarə Əliyeva onu “bezdarnıy muzıkant” adlandırırdı. Deyirdi ki, Nadir heç düz-əməlli qaboy da çala bilmir, onun yerinə Kamil Cəlilov ifa edir. Onun xanımı Yeganə Axundova keşmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qohumdur. Mətbuat da bunu dəfələrlə yazıb. İstedadı, indiyədək bir partiturası, bir əsəri olmayan bu adam kimin hesabına bu vəzifəni tuta bilər?”

“Alışanova dedim, iş var ki, rüşvət də ola?”

AzTV-də baş verən qanunsuzluqlardan danışan telerejissor bildirdi ki, bu televiziya rəhbərliyilə 3 il davam edən məhkəmə çəkişməsində çox faktları üzə çıxarıb. Lakin Azərbaycanda müstəqil məhkəmə olmadığından onun iddiası obyektiv araşdırılmayıb: “Nadir Axundov məni və digərlərini, neçə ilin ştatlı işçisu ola-ola, müqavilə bağlamağa məcbur edirdi. O, bizim redaksiyaya təyin olunduğu vaxtdan işimiz kəsilməyə başladı. 2007-ci ildə Alışanov bizi kabinetə yığdı. Gördüm sədrdən qorxub geridə oturanlar çoxdu, qabaq cərgələr boşdu. Mən də gedib irəlidə oturdum. Alnım açıq, üzüm ağ, rüşvət almıram, kimdən qorxacam?! Orda Alışanov çıxış elədi ki, indi burda deyəcəklər heç kim rüşvət almır. Mən də sakit dayana bilmədim, qayıtdım ki, iş var ki, rüşvət də ola?
Əgər bizimlə müqavilə bağlanırsa, bizə gərək iş verilə ki, biz də iş görüb, müqabilində maaş alaq. “Speys”dən, ordan-burdan işçi gətirir, 1-2 ay işlədir, çox az maaş verir, o da bezib gedir, yenisini dəvət edirlər”.

“AzTV-yə 54 milyon manatın ayrılması haqda yazılanlar öz təsdiqini tapır”

Sonra illərlə maaşsız qalan telerejissor maaşının məbləğini öyrənmək üçün başqa bir üsula əl atır: “Alacağım maaşın məbləğini öyrənmək üçün mağazadan kreditə mal götürdüm, İşdən arayış aparanda baxdım ki, aylıq maaşım160 manat yazılıb. Baş mühasib, mühasib, kadrlar şöbəsinin imzası ilə yazılmış sənədi əldə etdim.
Təəccübləndim ki, əgər bizim konkret maaşımız varsa, ştatlı işçiyiksə, niyə bizimlə 2-3 aydan bir müqavilə bağlanır, sonra da Nadir Axundov deyir iş də yoxdu, maaş da. İşçiləri də əmək müqaviləsilə tez-tez dəyişir, çünki pullarını yeyirlər. Deməli, mətbuatda AzTV-yə 54 milyon manatın ayrılması və bu pulların mənimsənməsi haqda yazılanlar öz təsdiqini tapır”.

Nazir məhkəməyə nümayəndə göndərdi

Nərgiz Cabbarlı bildirir ki, 3 il davam edən məhkəmə prosesində də maaş cədvəlinin məhkəməyə gətirildiyini tələb edib: “Dəfələrlə tələb etdim, görüm mən nə qədər əməkhaqqı almışam. Rəsmi sənəd gətirmədilər ki, ekspertizaya verilsin. Mənim imzam olmayan 3 kağız gətirdilər, hər dəfə də müxtəlif rəqəmlər yazdılar. Nazir Səlim Müslümova müraciət etdim. Əmək müfəttişi göndərildi. O da məhkəməyə gəldi, təsdiq etdi ki,mənim əmək hüququm pozulub. Əgər mən müqavilə ilə işə götürülmüşəmsə, niyə ştat üzrə işçiyəm?!

Müğənni Eldar Axundovu çərlədib öldürdülər

30 ilin peşəkar rejissorunu müqavilə ilə işə götürərlər? İlhamə Quliyeva, Brilliant Dadaşova, Ağadadaş Ağayev xalq artistidir. 2 aydan bir xalq artsiti tapıb, yenidən müqavilə bağlayıb, işə götürmək olar? Eldar Axundov kimi müğənni bunlarla məhkəmə çəkişməsinə dözmədi, ürəyi partladı. Onun başına müsibətlər gətirildi. Rejissor assistenti Xanım analıq məzuniyyətinə çıxıb, özündən xəbərsiz onu işdən çıxarıblar. Analıq məzuniyyətində olan ananı necə işdən çıxarmaq olar?! Bu televiziyanın 3 min işçisini işindən edib, cəmi iki yüzünü saxladılar”.
Ötən yazıda AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Nərgiz Cabbarlının ittihamlarına cavab verərəkən bildirmişdi ki, yaxşı, istedadlı, qabiliyyətli işçidən hansı müəssisə rəhbəri imtina edər?! Əksinə, ona iş şəraiti yaradar.

“O qədər maddi sıxıntı çəkdim ki, övladım xəstələndi”

1974-cü ildən AzTV-də çalışdığını deyən telerejissor bildirdi ki, iş prosesində ən məşhur müğənnilər onun quruluş verdiyi proqramlarda iştiraka həvəs göstəriblər: “Maaş məsələsini qaldıranda, “adı mənim, dadı sənin” prinsipilə işləməkləri faktını üzə çıxardım, o vaxtdan oldum pis işçi. Ali kateqoriyalı işçi, neçə illik iş təcrübəm olduğu halda 160 manat maaş təyin etsinlər, onu da verməsinlər. O qədər maddi sıxıntı çəkdim ki, qanazlığından qızımın həyatı təhlükəyə düşdü, evimin nə əşyası vardı, satdım. Axı öz potensialımı bilirəm, niyə işsiz qalmalıyam?! Özümüz pisik, səs yazılarımız yaxşıdır? Niyə bizim səs yazılarından istifadə edilir?
Mənim necə işçi olmağımı bəstəkar Ramiz Mirişli, Vüqar Əhməd bilirdi. Ramiz Mirişli kimi bəstəkarı, Vüqar Əhmədi kimi alimi, Mailə Muradxanlı kimi söz adamını işdən çıxardılar”.

Məşhur sənətçilər efirə həsrət qalıb

Telerejissor onu da dedi ki, bu gün bir çox tanınmış sənət adamları var ki, onlar AzTV-nin efirinə buraxılmır: “Kəmalə Rəhimli, Süleyman Zeynalov, Zeynəb Dostəliyeva, Təranə Vəlizadə və daha kimlər dövlət televiziyasının efirinə həsrət qalıblar. Nadir Axundovun işinə biganəliyi üzündən Rübabə Muradovanın bacısı Tahirə xanımı studiyaya çağırıblar, çəkiliş aparıblar, amma efirə buraxmırlar”.

“Nadir müəllim bu suallara cavab verməyəcək...”

Nadir Axundovla əlaqə saxlamağa cəhd etdik. Mobil telefonuna etdiyimiz zənglərə cavab almadıq. Mesaj yazdıqdan sonra telefonu qaldırdı. Cavab verən şəxs bildirdi ki, Nadir Axundov harasa çıxıb, nə sözünüz varsa, çatdırarıq.
Musiqi və əyləncəli proqramlar redaksiyasından 29 işçinin nə səbəbdən çıxarılması ilə bağlı soruşmaq istədik, telefonun o başından belə cavab aldıq: “Nadir müəllim bu suallara cavab verməyəcək. Mətbuat Xidmətinə müraciət edin”.
Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımın da cavabı qısa oldu: “Biz iddiası məhkəmənin yekun qərarı ilə təmin olunmayan şəxsin söylədiklərinə münasibət bildirmirik”.

İnternet üzərindən Nadir Axundovla bağlı kiçik araşdırma apardıq. Orada da ondan xeyli gileylər var. http://anl.az/down/meqale/movqe/2011/aprel/168459.htm Bu linkdə vaxtilə populyar olan müğənni Süleyman Zeynalov müsahibə verib. O da Nadir Axundovdan şikayətlənib.
Bildirib ki, Nadir Axundov onun da efirə çıxmasına imkan vermir: “Ramiz Mirişlinin dövründə həmişə AzTV-də olmuşam. Nadir Axundov gələndən sonra mənə o kanala çıxmaq yasaq olub. O, mənim çıxışıma imkan vermir, amma dövlət kanalında saat yarım Tünzalənin konsertini verir. Onun kefi nə istəyir, onu da edir. İşçiləri qanunsuz yerə işdən çıxarır. Nadir Axundov "bezdarnı" qaboyçalandır.
Həmişə "Dan ulduzu" ansamblının rəhbəri, rəhmətlik Gülarə Əliyeva Nadir Axundovdan giley edirdi. Deyirdi ki, Nadiri bütün dünyanı gəzdirsəm də, heç vaxt çalmağı bacarmadı”.
Bu linkdə isə http://www.qafqazinfo.az/medeniyyet-10/eldar-mahmudovun-yeznesi-aztv-den-cixarildi-128890 14.11.2015-ci ildə Eldar Mahmudovun yeznəsinin işdən çıxarıldığı bildirlir.

Nigar, Hurriyyet.org
P.S. Səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru