Eldar Mahmudovun həbsdəki komandasına mesajı: - “Məni satmayın!”
Tarix: 2-05-2018, 08:17 | Çap et
Eldar Mahmudovun komandasına daxil olan sabiq MTN-çilərin işi üzrə məhkəmə prosesləri yekunlaşdı. Bakı Hərbi Məhkəməsində keçirilən proseslərdə Eldar Mahmudovun komanda üzvlərindən yalnız biri sabiq nazirin əleyhinə tövsif oluna biləcək ifadələr verdi. Qalanları isə Eldar Mahmudovun adını çəkmədilər, onun əleyhinə 1 kəlmə belə danışmadılar.
“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, komanda üzvləri həbs olunandan sonra da Eldar Mahmudovun əlaqələri qalıb. Həbsdəki komanda üzvlərinə mesaj yollayan sabiq nazir onlara “məni satmayın” ismarıcı çatdırıb, ailələrinə hər cür dəstək vəd edib. Bildirib ki, onların tezliklə azadlığa çıxmaları üçün əlindən gələni edəcək. Sabiq nazirin bu mesajına, demək olar ki, 99 faiz əməl olundu. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısında adını çəkmədilər.
Beləliklə, sabiq nazir istintaqdan və məhkəmədən kənar qala bildi. Müşahidələr də göstərir ki, gələn məlumatlar gerçəklikdir. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü qorumağı bacardı. O, həbsdə olan, azadlıqda qalan, bu gün də vəzifə daşıyan komanda üzvlərinə hələ də təsir imkanlarını saxlayır. Yazmışdıq, bir də xatırladaq ki, Eldar Mahmudov məhkəmədə sanki hakimlərlə hazırda dəmir qəfəsdə olan əlaltılarının arasında dayanmışdı.
Ötənlərdə bu haqda yazdıqlarımızdan sitat: “10 iyul 2017-ci ildə Bakı Hərbi Məhkəməsində, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V.Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib. Bundan başqa, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib. V.Ələkbərovun məhkəməsində E.Mahmudov və M.Şıxəliyev barəsində xüsusi qərardad çıxarılandan sonra Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimləri Akif Çovdarov və digərlərinin işi üzrə prosesdə çox böyük narahatlıq keçirməyə başladılar. Səbəb isə o idi ki, Akif Çovdarov aylardır davam edən sükutu pozub aksenti dəyişmişdi. O, üstüörtülü, işarəli, göz-qaşlı, şəhadət barmağını yuxarı qaldıraraq fikirlərini izah etmək taktikasını hər şeyi olduğu kimi çılpaqlığı ilə danışmaq taktikasına güzəştə getmişdi. Dedikləri də bir anın içində günün 1 nömrəli mövzusuna çevrilib hakimiyyəti silkələdi".
Yəni komandası Eldar Mahmudovun barəsindəki xüsusi qərardada bu şəkildə təpki belə verməkdən çəkinmədi.
Eldar Mahmudov üçün “Axilles dabanı”na çevrilən yalnız MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev oldu.
Bakı Hərbi Məhkəməsində Elçin Quliyevin və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin işi üzrə keçirilən proseslər zamanı mərkəz rəhbəri sabiq rəhbərinə qarşı istifadə edilə biləcək ifadələr işlədirdi. Lakin həmin ifadələr üzrə araşdırmalar aparılıb konkret nəticəyə gəlinmədi. Elçin Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edildilər. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və 3 işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha 3 MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi də bir müddət əvvəl sona çatdı. Elçin Quliyevdən savayı sabiq nazirin komanda üzvlərindən kimsə əleyhinə danışmadı. Ötən ilin noyabrında həbs olunan sabiq MTN-çi, Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovun onun əleyhinə ifadə verdiyi bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmadı. Vüqar Mahmudov bu gün də istintaq altındadır.
Ümumilikdə isə 2015-ci il oktyabrın 17-də MTN-dəki əməliyyatla başlayan həbslər, istintaq və məhkəmə prosesləri Eldar Mahmudovun bir addımlığına qədər uzansa da, bu günə qədər onun həbsi ilə nəticələnməyib. Ona 2015-ci ilin oktyabrından - işdən çıxarılandan sonra dəymirdilər. İstintaqa çağırıb dindirmirdilər. 2017-ci ilin noyabrına qədər taleyi qeyri-müəyyən olaraq qalırdı. Yada salaq ki, 2016-cı ilin oktyabrında baş prokuror Zakir Qaralov Eldar Mahmudovun həbs olunması ehtimalı barədə sualı cavablandırmışdı.
Demişdi ki, ləğv olunmuş MTN əməkdaşları haqda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.
Sitat: “Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinə baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.
E.Mahmudov 2 il sonra - 2017-ci ilin noyabrında istintaqa çağırılaraq dindirildi və sərbəst buraxıldı. Maraqlıdır ki, Eldar Mahmudovun özü bu günə qədər haqqında səslənən ittihamlara cavab verməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|