KapitalBank belə fırıldaq gəlir... - İTTİHAM
Tarix: 13-06-2018, 09:00 | Çap et
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/1528865982_0001.jpg) Zaman-zaman bankların vətəndaşlara yaratdığı problemlərlə bağlı bir çox şikayətlər olub. Bankların müştərilərini aldatması, başlarına min cür oyun gətirməsi ilə bağlı mətbuatda kifayət qədər şikayətlər işıqlandırılıb.
Budəfəki şikayət “Kapital Bank”ın məhsulu olan, kredit və taksit funksiyalarını özündə birləşdirən “BirKart” kartındandır.
Yəqin ki, oxucularımızın bir çoxu “BirKart”ın reklamına sosial şəbəkələrdə, bəzi saytlarda və şəhərin müxtəlif yerlərində rast gəlmiş olar.
“Kapital Bank” hər yerdə ağızdolusu “Birkart”ını reklam edərək bu kartın vətəndaşlar üçün səmərəli bir kart olduğunu, bu kartla alış -verişin faizsiz olduğunu, 40 günə qədər faiz tutulmadığını, faiz dərəcələrinin daha az olduğunu və sairəni bəyan edir.
Hətta bu kartı, istənilən bankda əmək haqqı alan şəxslərin, yəni, iş yerində rəsmi qeydiyyatda çalışanların əldə edə bilməsi reklam olunur.
Ancaq əslində reallıq heç də reklam edilən kimi deyil.
“Kapital Bank”dan çoxsaylı şikayətçilərdən biri də “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədov olub. Araz Məmmədov “Kapital Bank”da başına gələnləri LEGİON-la bölüşüb: “Mən də bir çox vətəndaşlar kimi bu bankın reklamına inanıb “BirKart” əldə etmək istədim və bu haqda ətraflı məlumat əldə etmək üçün bankın “qaynar xətt”inə zəng etdim. Ancaq qaynar xətdə bununla bağlı heç bir məlumat verilmədi və filiala yaxınlaşmağımı məsləhət gördülər. Mən kartın, bankın , yaşadığım ünvana yaxın olan filialından ala bilib- bilməyəcəyimi soruşdum, operator isə “yox” deyərək şəhərin daha uzaq nöqtələrində olan filiallarını sayaraq ancaq onlara yaxınlaşıb ala biləcəyimi bildirdi. Mən bir neçə saat dəyərli vaxtımı sərf edib qeyd edilən filiala yaxınlaşdım, amma orada mənə verilən cavaba çox təəccübləndim. Bankın əməkdaşı harda işlədiyimi soruşduqdan sonra bildirdi ki, “sizə kart verə bilmərik”. Mən niyəsini soruşduqda isə o bildirdi ki “bizdə xüsusi siyahı var, ancaq o siyahıda olanlara veririk”.
Mən buna etiraz edərək “Axı reklamda belə yazılmayıb, orada qeyd olunub ki, rəsmi qeydiyyatla çalışan istənilən şəxs kartı ala bilər”dedim və soruşdum ki, ”niyə insanları aldadırsız?”. Bank əməkdaşı isə cavab olaraq bildirdi ki, ”bizə belə deyirlər, biz də deyirik”.
“Axı mən bura gəlməmişdən əvvəl opertorla əlaqə yaratdım, soruşdum. Əgər belə idisə niyə bu barədə mənə heç nə bildirmədilər?! Mən bilsəydim bu qədər yolu heç gəlməzdim, vaxtımı da itirməzdim ”,-deyə iradımı bildirdim.
Bank əməkdaşları isə bu haqlı iradlara heç bir cavab vermədilər və ya sadəcə “biz bilmirik” deyə deməklə kifayətləndilər.
Gördüyünüz kimi bu bank vətəndaşları belə aldadır. Hələ üstəlik saytlarında son “iş yerindən staj 3 ay olmalıdır” qeyd ediblər, ancaq banka yaxınlaşanda 6 ay staj tələb edirlər.
Məsələ ilə bağlı əməkdaşımız adıçəkilən bu bankın mətbuat xidmətinin rəhbəri ilə də əlaqə saxlayaraq onun fikirlərini də öyrənib. “Kapital Bank”ın mətbuat xidmətin rəhbəri Pərviz Sədrəddinov bildirdi ki:“Biz o siyahını birdən-birə bazara vermirik. Hər ay o siyahını genişləndirərək ora bir çox şirkətlərin adları əlavə olunur. Nə vaxtsa digər banklardan maaş alanlar da o siyahıda olacaq”.
Müxbirimiz “onda niyə reklam olunur ki, digər bankdan əmək haqqı alanlar da sizdən kart ala bilər” sualını verdikə isə Pərviz Sədrəddinov jurnalistimizi demoqoqluqda ittiham etdi və “siz elə danışırsız ki, elə bil mənim sizə borcum var”,- deyə cavab verdi.
“Sonda isə əməkdaşımızın bildirdiyi iradları Pərviz Sədrəddinov “haqlı iradlardır və bunlar nəzərə alınacaq” deyə bildrib”,- Araz Məmmədov LEGİON-a bildirdi.
Biz də LEGİON.AZ olaraq məsələ ilə bağlı araşdırma apardıq və sosial şəbəkələrdə “Kapital Bank”ın “Birkart”ı ilə bağlı daha çox şikayətə rast gəldik.
Fotolardan da göründüyü kimi “Birkart”dan şikayət edənlərin sayı yüzlərlədir və şikayətlərin əksəriyyəti də eynilə onun yalan reklamından və bankın “faizsiz” adı ilə vətəndaşları aldatmasından bəhs edir.
Maraqlıdır ki, “Birkart”ın reklamında da ziddiyət və yalan var. Belə ki,“Kapital Bank”ın saytında qeyd edilir ki, bu kart kredit və taksit kartıdır , amma “Birkart”ın reklamında yazılıb ki, o kredit kartı yox, taksit kartıdır.
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528866009_01.jpg)
Necə deyərlər şərhə ehtiyac yoxdur…
LEGİON.AZ olaraq həmin şikayətlərin bir hissəsini fotolarda təqdim edirik.
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528865945_02.jpg)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528865981_03.jpg)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528865993_04.jpg)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528866031_05.jpg)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528865987_06.jpg)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528865968_07.jpg)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528866040_888.png)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528866043_889.png)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528866005_890.png)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528866074_891.png)
![KapitalBank belə fırıldaq gəlir... KapitalBank belə fırıldaq gəlir...](/uploads/posts/2018-06/thumbs/1528866069_892.png)
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Bu gün, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Bu gün, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Bu gün, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Bu gün, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
|