Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Eldar Mahmudovun dostunun bankı iflas ərəfəsində – sensasion gəlişmə
Tarix: 31-08-2018, 09:35 | Çap et
Eldar Mahmudovun dostunun bankı iflas ərəfəsində
Azərbaycanın ən uzunömürlü və aparıcı banklarından biri olan “AG Bank” kredit verməyi dayandırıb. Bu barədə “qaynarinfo” saytı məlumat yayıb. Sayt yazır ki, bankın əməkdaşları bildirib ki, kreditlərin verilməsi artıq 2 aydır ki, dayanıb. Amma bunun səbəbi izah edilmir. Hazırda bank bütün növ istehlak, biznes və digər kreditləri ayırmağı dayandırıb. Hətta “AG Bank”ın məşhur olduğu ipoteka kreditləri də “limit bitməsi” səbəbindən başa çatıb. Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50 faizi qədəri.

“AG bank”ın problemləri var"

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, “AG bank”ın digər Azərbaycan bankları kimi problemləri var: “Amma qeyd etməliyəm ki, bu bankın digərilərindən fərqi odur ki, problemli kreditlərinin etibarlı girov təminatı var. Prinsipcə, ”AG bank"ın kreditləri qayıtmır, amma girovu kifayət qədərdir. Yəni həmin kreditləri girova yönəltməklə geri qaytarmaq mümkündür".

Belədirsə, “AG bank” niyə kredit verməyi dayandırıb?

Əkrəm Həsənov deyir ki, bunun bir neçə səbəbi ola bilər: “Mümkündür ki, bank kredit verib və kreditləri geri ala bilmir. Məhkəməyə müraciət edib kreditlərin girov hesabına ödənməsi barədə iddia qaldırsa, bir neçə ilə məhkəmə çəkişməsindən sonra buna nail olacaq. Normal ölkələrdə belə banklara Mərkəzi Bank kredit verməli, bankı problem bataqlığından çıxarmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası belə halda Mərkəzi Banka müraciət etməli, banka kredit verilməsini təmin etməlidir. Amma bu iki qurum arasında olan ziddiyyətlər banka kredit verilməsini əngəlləyəcək”.

“AG bank”la bağlı 3 il əvvəl yazılanlar gerçək olur?

Əslində isə “AGbank”ın çökəcəyi ilə xəbərləri yeni və gözlənilməz deyil. 2015-ci ilin oktyabrında bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayevin mandatı ləğv olundu. Çingiz Əsədullayev 10 il parlamentə düşdüyü dairədən qalib kimi keçirilmişdi, amma bir anın içində onun mandat ləğv olundu. O günlərdə bankir təlaşını açıq şəkildə biruzə verməyə başladı. Mətbuata ürkək açıqlamalar verib ləğvetmə qərarını dəstəklədiyini dedi.

Ardından Çingiz Əsədullayevin əsas himayəçisi Eldar Mahmudov “vuruldu”. Həmin vaxtdan “AG bank”ın taleyi sual altına düşmüşdü. Daha Əsədullayevin arxaısnda güvəndiyi “MTN dağı”, cibində deputat “knijka”sı yox idi.

Lakin o dövrdə “AG bank”la bağlı haqq-hesab bir qədər ertələndi. Səbəb də üzdə idi - Eldar Mahmudova bağlı olan və ölkənin 1 nömrəli bankı “Azərbaycan Beynəlxalq Bankı”ndakı bitib-tükənməyən, mətbuatda “hörmüçək toru” adlandırılan maxinasiyaların araşdırılmasına qərar verilmişdi. Əsədullayevin bankı Hacıyevin bankının yanında “kiçik balıq” idi.

Mahmudovun 2 bankirindən biri - Əsədullayev!

Eldar Mahmudov “vurulandan” sonra Cahangir Hacıyevlə yanaşı Çingiz Əsədullayevin də ona bank transferlərində dəstək verdikləri üzə çıxmışdı. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə Çingiz Əsədullayevin məhz Eldar Mahmudova görə hədəfə gəldiyi şübhə doğurmurdu. Belə məlumatlar da yayılırdı ki, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Bu ittihamları təsdiqləyən məlumatı İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri yaymışdı. Məlum olmuşdu ki, Ç.Əsədullayev Cahangir Hacıyevlə bərabər dövlətin külli-miqdarda vəsaitini mənimsəyib.

Mahmudovun iş adamlarından aldığı xəracı Əsədullayevin Şahin adlı sürücüsü hara daşıyıb?

Məsələn, Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun cinayət işi ilə bağlı yayılan məlumatlarda “AG bank”, onun əsas səhmdarı Çingiz Əsədullayevin adı qırmızı xətlə keçirdi.

Bununla bağlı yazıdıqlarımızdan sitat:

“Vüqar Mahmudov Eldar Mahmudovun ”sağ əli" hesab edilirdi. Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “AG bank”a daşınıb. Məlumdur ki, “AG bank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir “vurulan”dan sonra Çingiz Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “AG bank”a daşınaraq oradakı hesablara yatırılıb.

Bu əməliyyatlara Vüqar Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Çingiz Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını - qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb".

Mandatını itirdi, səhmlərinin sayını artırdı?

Çingiz Əsədullayev mandatını itirdikdən sonra “AG bank”da səhmlərinin sayını artırmağa başladığı da müşahidə edilmişdi. İlk vaxtlar bəzi dairələr bunu “blef” adlandırırdılar. Düşünürdülər ki, Çingiz Əsədullayev bu məlumatları dövriyyəyə buraxmaqla ayaqda olduğunu nümayiş etdirməyə çalışır. Həmin dövrdən bu günə qədər Çingiz Əsədullayevin “AG bank”da payı xeyli artıb.

Hazırda onun bankda payı ailə üzvləri də daxil olmaqla 33,57 faizdir. Deputat olduğu dövrdə isə Çingiz Əsədullayevin payı 23,096 faiz idi. Bu rəqəmlərə nəzər salanda belə təsəvvür yarana bilər ki, Əsədullayev Mahmudov “vurulandan” sonra daha da güclənib.

Bəs əslində vəziyyət necədir?

Bankın saytında https://www.agbank.az/az/about-bank/shareholders/ ttps://www.agbank.az/az/about-bank/shareholders/ yer alan və səhmdarlarla bağlı məlumat belədir:

Beynəlxalq Maliyyə Korporasiyası - 4,28%

Kazimir Partners şirkəti - 2,45%

Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) - 33,57%

Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79%

Marçenko Qriqoriy - 8.30%

Səhmdarların ümumi sayı 83 , minaritariyaların sayı 82 onların ümumi payları - 66,43%

Faktiki isə baş verənlərdən sonra (Çingiz Əsədullayevin mandatının ləğvi, Eldar Mahmudovun “vurulması”) “AG bank” səhmdarların öz paylarını Çingiz Əsədullayevə sataraq bankdan çəkilmələri kimi qəbul edilir. Bu isə Eldar Mahmudova yaxın bankirə yaxşı perspektiv vəd etmir.

Mandatını itirən Çingiz Əsədullayev bankını itirməyəcək ki?

Xatırladaq ki, “AG bank” 2017-ci ili 6 milyon 688 min manat zərərlə başa vurub. Eyni vəziyyət bu il də davam edib. 2018-ci ilin ilk rübündə bankın zərəri 3 milyon 223 min manat, ilk yarım ilin nəticəsində isə 5 milyon 139 min manat təşkil edib. İlk yarım ildə bankın həm gəlirləri, həm də xərcləri 21-23% azalıb. Bankın məcmu kapitalı 41 milyon 486 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın tələbindən 8,5 milyon manat aşağıdır. Hazırda “AG Bank” məcmu kapitalı tələbə cavab verməyən 5 bankdan biridir. Son bir ildə bankın aktivləri nisbi ifadədə 3,3%, mütləq ifadədə 16,5 milyon manat azalıb.

Bankdan açıqlama - kredit verməyi dayandırmışıq!

Yazı çapa hazırlanarkən redaksiyamıza “AG bank”dan mövzu ilə bağlı açıqlama daxil olub. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“1992-ci il noyabr ayının 9-dan 13 saylı lisenziya əsasında fəaliyyətə başlayan AGBank ASC (o vaxtı AzəriqazBank ASC adı ilə) 26 il ərzində Azərbaycan bank sektorunda göstərdiyi yüksək keyfiyyətli xidmət ilə hər zaman ön sıralarda olmuşdur. 2015-ci ildə ölkə iqtisadiyyatında baş verən dalğalanmalar, ölkənin o dövrdə əsas ixrac məhsulu neftin dəyərinin kəskin düşməsi və manatın il ərzində iki dəfə ucuzlaşması bank sektoruna da öz növbəsində mənfi təsirini göstərdi. Bəzi banklar ümumiyyətlə fəaliyyətlərini dayandırdı, digər banklar isə siyasətlərini yenidən gözdən keçirməli oldu. Əhalinin və şirkətlərin gəlirlərinin azalması öz növbəsində problemli kreditlərin kəskin artmasına səbəbiyyət verdi. Bu səbəbdən AGBank ASC problemli kredit portfelin artmaması üçün bir sıra addımlar atır. Daha dərin və riskyönümlü qiymətləndirmə aparılır və bankın müsbət tarixçəli müştərilərinə kredit ayırır.

Kreditlərin verilməsi siyasətinin dəyişdirilməsi Bankın mənfi halları aradan qaldırılması üçün atılmış adekvat addımdır. Bu heç də müvafiq bankın fəaliyyət imkanlarının məhdud olduğu anlamı daşımır. Qeyd etmək lazımdır ki, bankların fəaliyyəti yalnız kredit verilməsindən ibarət deyil. Hüquqi və fiziki şəxslərə göstərilən hesablaşma-kassa xidmətləri, ödəniş kartları xidmətləri və bir sıra digər xidmətlər bankın digər fəaliyyət sahələrinə aiddir. AGBank bu sahələr üzrə müştərilərə yüksək səviyyəli xidmət göstərməkdə davam edir. KİV-də işıqlandırılan səhmdarların ümumi yığıncağı “Banklar haqqında qanun”-a əsasən ildə ən az 1 dəfə keçirilməlidir və bu heç də bankın fəaliyyətinin pisləşməsi ilə bağlı deyil. Qeyd edilən iclas ötən fəaliyyət ilinin nəticələrini müzakirə etmək məqsədi ilə hər il keçirilən planlaşdırılmış iclasdır.

Bu cür proseslərin KİV tərəfindən qərəzli başlıq qoyularaq Bankın hüquqlarına və qanuni mənafelərinə hörmət edilməməsi “Azərbaycan Respublikasının KİV haqqında” qanunun 36.6 maddəsini pozur".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru