Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

"Lakin çox təəssüflər olsun ki..." - GİLEY
Tarix: 19-01-2019, 12:22 | Çap et
"Lakin çox təəssüflər olsun ki..."
Qusar Rayonunun Urva kənd sakini Yahyayeva Seda Vahid qızının Aktualinfo.org saytının elektron poçtuna göndərdiyi şikayəıt məktubu həım bir neçə aidiyyatı orqanlara ünvanlanıb. Prezident İlham Əliyevdən kömək uman, iki azyaşlı uşaq anasının müracıətini oxucuların diqqətinə olduğu kimi çatdırırıq.

Mən, 2001-ci ildə Qusar şəhəri S.Stalski küçəsi, ev 28 ünvanda yerləşən evə gəlin köçərək Yahyayev Vahid Xeyirbəy oğlu ilə ailə həyatı qurdum. Nikahımızı 23.02.2003-cü ildə rəsmiləşdirdik. Birgə yaşadığımız dövrdə – 2003 və 2005-ci illərdə iki övladımız olmuşdur.

Həyat yoldaşım Vahid Yahyayev xəstəliyi ilə əlaqədar 03 mart 2009-cu ildə vəfat etdi. Vahidin vəfatından sonra iki azyaşlı uşaqla birlikdə 10 iyun 2017-ci ilə qədər ailə qurduğum bu evdə yaşadım. Lakin qaynım hesab edilən Zahid Yahyayev özünün evdə tək yaşamaq istədiyini bildirərək gecə məni uşaqlarla birlikdə zorakılıqla evdən qovmuşdur.

Xatırladım ki, hər iki əkiz qardaşın Vahid və Zahidin ailələrinin yaşadığı bu ev və həyətyanı torpaq sahəsi qaynatam Xeyirbəyin şəxsi mülkiyyətində olmuşdur. Qaynatam Xeyirbəy Vahiddən 2 il öncə vəfat etmiş və ərim Vahid faktiki olaraq vərəsə kimi miras qalmış əmlakı qəbul edərək ailəsilə həmin evdə yaşamağını davam etdirmişdir. Çox təəssüflər olsun ki, Vahidin ölümündən sonra Zahid Yahyayev miras qalmış evi və həyətyanı torpaq sahəsini Vahidin ailə üzvlərinin siyahısına daxil etmədən gizli olaraq miras əmlakı vərəsəlik qaydasında bizim razılığımız olmadan öz adına keçirmişdir.Buna görə də tərəfimdən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və ona əsasən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbim Qusar rayon məhkəməsinin 12.02.2018-ci il tarixli qətnaməsi əsasında təmin edilmişdir.Mübahisəli mənzildən 7 nəfər vərəsənin hər birinə 7/1 hissədə payları müəyyən edilmişdir. Elə mənə də evin 7/1 hissəsinə hüquq sahibi kimi 05.09.2018-ci il tarixli, 281809153 qeydiyyat nömrəsi olan, RX seriyalı 1352578 N-li çıxarış verilmişdir. Cavabdeh Zahidə də mübahisəli mənzilə 7/1 hissə mülkiyyət payı tanınaraq həmin çıxarışda adı qeyd edilmişdir.

Mənim 17 il ailəmlə birlikdə yaşadığım evdən qaynım Zahid tərəfindən zorakılıqla qovulmağımdan sonra Qusar rayon Məhkəməsinə verdiyim “ Evə və torpaq sahəsinə istifadə hüququmun tanınmaqla uşqalarla birlikdə həmin evə köçürülmə” tələbim barədə ərizəm 04 oktyabr 2017-ci il tarixində təmin edilmişdir. Sonradan cavabdeh tərəfindən verilən apellyasiya və kassasiya şikatətləri də təmin edilməmiş və mənim tələbim Ali Məhkəmənin sədrlik edən hakimi Qəhrəman Allahverdiyevin 05.06.2018-ci il tarixli, iş N-2(102)-3770/18 saylı qərarla qüvvəsində saxlanılaraq icra olunması üçün Qusar rayon İcra şöbəsinə göndərilmişdir. Lakin çox təəssüflər olsun ki, Qusar rayon İcra məmuru Elnur 6 ay vaxt keçməsinə baxmayaraq Ali Məhkəmənin qərarını icra etmək istəmir və açıq-aşkar mənə bildirir ki, “get hara istəyirsən şikayət et, siz məni bu işə qoymusunuz ki, çıxara da biləsiniz? Heç kimdən qorxmuram, icra da etmirəm.” O dəflərlə mənə qarşı kobud rəftar etmiş, ağzına gələni demişdir. İcra məmurunun belə harınlığının səbəbini öyrəndikdə mənə icra məmurunun belə davranışının motivləri məlum olmuşdur. Belə ki, iş üzrə cavabdeh olmuş Zahid Yəhyayevin arvadının qardaşı Fuad Qusar rayon Məhkəməsinin sədri Adil Vəliyevin sürücüsüdür. Və İcra məmuru Elnurun arvadı da Fuadın qohumu olduğu üçün onun tərəfindən vaxtilə məhkəmənin əvvəlki sədri Telman Quliyevin dövründə sürücü Fuadın xahişilə məhkəmədə kargüzarlıq işinə qəbul edilmişdir. Yəni icra məmuru Elnur arvad qohumu olan sürücü Fuadın sözündən çıxa bilmədiyi üçün Ali Məhkəmənin qərarını icra etməkdən açıq-aşkar imtina edir. Hələ iş bunula bitmir. Məhkəmə sədrinin sürücüsü olan Fuadın digər qohumu Hümmət də onun köməkliyilə Qusar rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun köməkçisi işinə düzəlmişdir. Yenə də sürücünün sədrə xahişi əsasında. Və son il yarımda Fuad hakim köməkçisi işləyən Hümmətin köməkliyi sayəsində bacısı əri Zahid üçün apellyasiya, kassasiya şikayətləri yazmaqda köməklik göstərir. Və bu gün də işi uzatmaq üçün yenidən Zahidin mübahisəli mənzilə 7/6 payına sahib olması üçün Qusar rayon məhkəməsinə iddia qaldırıb. Və bu dəfə hakim Adil Vəliyev sürücüsü Fuadın xahişini yerinə yetirərək iddialarını təmin edib.Həmin 08 noyabr 2018-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişəm. Budur, indi də sürücü Fuad işi Sumqayıt Apellyasiya Məhkəməsində bacısın ailəsinin xeyrinə həll etdirmək üçün əvvəl Qusar rayon Məhkəmə sədri vəzifəsində işləmiş hakim Telman Quliyevin sürücüsü olmuş Fuad indi də Sumqayıt Apellyasiya Məhkəməsində hakim işləyən Telman Quliyevin yanına gedib-gəlməklə məşğuldur. Qoy olsun. Amma mən inanıram ki, əvvəlki işdə olduğu kimi ədalətli hakim imicini qoruyub saxlamış hakim Telman Quliyev bu dəfə də ədalətin tərəfində duracaqdır. Amma onu dəqiq bilirəm ki, başıma gətirilən bu oyunların idarə olunmasında Qusar rayon Məhkəmə sədrinin sürücüsü Fuad adlı şəxsin həm yerli məhkəmə, həm də icra şöbəsində “at oynatması”nın qarçısını alan yoxdur. Yaxşı ki, hələ bu adamın ali təhsili yoxdur. Yoxsa Qusar rayonu ərazisində dam-daş qalmazdı, hamısı uçardı. Budur, əlimdə Ali məhkəmənin qərarı var ki, mən uşaqlarla birlikdə( 2009-cu ildən başsız qalmış ailəmlə) 17 il yaşadığım və mülkiyyətim olan mənzilimə köçüb rahat yaşayım. Amma bu gün Qusar rayon Məhkəməsinin sürücüsü Fuad və onun arvad qohumu olan İcra Şöbəsinin məmuru Elnur imkan vermirlər ki, Ali Məhkəmənin 6 ay əvvəl qəbul etdiyi qərar icra olunsun. Qusar rayon Məhkəməsinin sədri cənab Adil Vəliyev də sürücüsü Fuadın xətrinə bu işin icra olunmamasınını passiv tamaşaçı kimi seyr etməklə kifayətlənir. Mən indi il yarımdır ki, orta məktəbdə təhsil alan iki uşaqla birlikdə atasının rəhmətə getməsinə görə hökümətin onlara ayırdığı 152 manatın ümidinə qalmışıq və çox ağır vəziyyətdə yaşayırıq. Hazırda da Urva kəndində 1 otaqlı mənzildə aylıq 80 manat kirayə pulu verməklə, qalan 72 manatla isə 1 ay 3 nəfər ailəni çörək və kartof almaqla fiziki mövcudluğumuzu birtəhər saxlayırıq. Qəmlo kimi Qusar rayon Məhkəməsində at oynadan Fuad isə bizə imkan vermir ki, mülkiyyətmiz olan 1 otaqlı evimizə yığışıb rahat yaşayaq. Bizim başsız qalmış ailəmizə qarşı törədilən bütün bu qanunsuzluqlar, vəhşiliklər hazırda 8-ci sinifdə təhsil alan və sabahın əsgəri olacaq Samirin gözləri qarşısında baş verir və verməkdə davam edir.

Cənab Prezident İlham Əliyev! Siz həmişə rəsmi çıxışlarınız zamanı qeyd etmisiniz ki, “Mən hər bir azərbaycanlının prezidentiyəm. Və president başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir.” Hazırkı vəziyyətdə biz Sizin bu çıxışınızdan ruhlanaraq intihar etməkdən daşınır və ümidlə Sizə müraciət edirəm. Şəxsən göstəriş verəsiniz ki, Qusar rayon İcra Şöbəsinin icra məmuru Elnurun özbaşnalığına son qoyulsun, Ali məhkəmənin 05.06.2018-ci il tarixli, 2(102)-3770/18 saylı qərarı dərhal icra edilsin. Biz də başsız qalmış xırda uşaqlarla qışın bu soyuğunda mənzilimizə köçüb bədbəxtçiliyimizi davam etdirək. Sağ olun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru