"Birlik İnşaat" elə bir fırıldaq gəlib ki... - FOTO
Tarix: 23-01-2019, 09:25 | Çap et
!["Birlik İnşaat" elə bir fırıldaq gəlib ki... "Birlik İnşaat" elə bir fırıldaq gəlib ki...](/uploads/posts/2019-01/1548221188_0001.jpg) Qapıdan yox, divardan: Talassemiyanın ağır formasından əziyyət çəkən Əfsanə Qarakişiyevanın Bakıdakı mənzilinin zəbt edilməsi ilə bağlı məsələdə gözlənilməz dönüş baş verib. Özünü mənzilin hüquqi sahibi adlandıran şəxslər divarı dağıdaraq içəri daxil olublar və bundan sonra Xətai rayon Polis İdarəsinin əməkdaşları mənzilin qapısını möhürləyərək illərdir münaqişə vəziyyətində olan tərəfləri məhkəməyə yönləndiriblər. Bu barədə Sputnik Azərbaycan-a Əfsanə Qarakişiyeva məlumat verib.
Sputnik Azərbaycan-ın daha əvvəl də verdiyi məlumata görə, bütün gecəni öz mənzilində Qarakişiyevanı yemək və dərmansız şəkildə girov saxlayıblar. Məsələ ondadır ki, mənzilə iddiaçı olan Rafiq İsmayılovun arvadı asayiş keşikçiləri Qarakişiyevanı mənzilə buraxandan sonra, yanvarın 20-də axşam qapını bağlayaraq yaxına heç kəsi buraxmayıb. Hadisə yerinə gələn polisin ikinci cəhdindən sonra İsmayılova qapını açmağa razılaşıb. Bütün gecəni yata bilməyən Qarakişiyeva özünü pis hiss edərək oradan gedib. Mənzildə isə onun valideynləri qalıb.
Qeyd edək ki, Qarakişiyeva Birlik-İnşaat tikinti şirkətinin məşhur qalmaqallı fırıldağının qurbanı olub və şəxsi mənzilinin başqaları tərəfindən zəbt olunması problemi ilə üzləşib. Hətta onun xeyrinə qərar çıxarmış məhkəmə belə qadına öz mülki hüquqlarını bərpa etməyə kömək etməkdə aciz qalıb. 2006-cı ildə Qarakişiyeva Birlik-İnşaat tərəfindən "Həzi Aslanov" metrostansiyası yaxınlığında tikilən binadan mənzil alıb. Bir neçə ildən sonra qadına məlum olub ki, şirkət onun aldığı mənzili başqa şəxslərə də satıb. Eyni zamanda həmin mənzil Bakı metropoliteninin polis şöbəsinin əməkdaşı Ramin İsmayılov və onun əmisi, keçmiş yanğınsöndürən Rafiq İsmayılova satılıb. Ramin İsmayılov Sputnik Azərbaycan-a verdiyi açıqlamada 2016-cı ildə məhkəmə qərarlarının icrası nəticəsində mənzili Qarakişliyevaya təhvil verdiyini və daha ona iddia etmədiyini desə də, onun dayısı əksinə, deyib ki, mənzilin qanuni sahibi özüdür və son yeddi ildir, burada yaşayır.
Mülki hüquqların tənzimlənməsi məsələsi polisin səlahiyyətlərinə daxil olmasa da, yanvarın 21-də asayiş keşikçiləri münaqişə tərəflərinə öz problemlərini məhkəmə qaydasında həll etməyənə qədər mənzilə daxil olmağı qadağan edib. Lakin yanvarın 22-də növbəti hadisə baş verib. Rafiq İsmayılov və onun qohumları mənzilin divarını dağıdaraq açdıqları deşikdən içəri daxil olublar. Tərəflər arasında növbəti bazarlıq başlayıb.
"Rafiq İsmayılov təklif etdi ki, mənzili satdıqdan sonra 2006-cı ildə bu mənzili almaq üçün verdiyim 21 min dolları mənə geri qaytarsın. Mən əlbəttə ki, razılaşmadım. Axı hansı əsasla buna razılıq verə bilərdim? Mən də eyni məntiqlə ona mənzili satandan sonra 2011-ci ildə ödədiyi 11 min manatı təklif edə bilərdim. İndi o çalışır ki, mənzili satmaq üçün məni sənədlərimi ona verməyə razı salsın. Amma o, bunu təkbaşına edə bilməz" - Qarakişiyeva deyib.
İsmayılov divarda açdığı deşiyi yamayıb. Xətai RPİ əlbəttə ki, bundan xəbərdardır və vətəndaşın polisin tələbinə uymadığının fərqindədir. İndiyədək tərəflər razılığa gəlməyiblər. Mənzil uğrunda "qanlı mübarizə" davam edir. Qarakişiyeva deyib ki, artıq o, mənzilin əsl sahibi olduğunu sübut etməkdən yorulub. İndi Heydər Əliyev Fondunun vitse-prezidenti, talassemiya xəstələrinə bütün zəruri dəstəyi verən Leyla Əliyevaya müraciət etməkdən başqa çarəsi qalmayıb.
!["Birlik İnşaat" elə bir fırıldaq gəlib ki... "Birlik İnşaat" elə bir fırıldaq gəlib ki...](/uploads/posts/2019-01/thumbs/1548221111_01.jpg)
!["Birlik İnşaat" elə bir fırıldaq gəlib ki... "Birlik İnşaat" elə bir fırıldaq gəlib ki...](/uploads/posts/2019-01/thumbs/1548221212_02.jpg)
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|