Arif Əsgərovun ətrafında çənbər daralır - sabiq məmurun başı dərddə
Tarix: 13-05-2019, 08:59 | Çap et
İqtisadçı Rövşən Əliyev adı Azərbaycan oxucusuna yaxşı tanış olan Kanadanın “Bombardier Inc.” şirkəti ilə bağlı status paylaşıb. Həmin statusda şirkətin korrupsiya əlaqələrinin Dünya Bankı tərəfindən qeydə alınmasından söhbət açılır. İqtisadçının statusu belədir:
“Dünya Bankı Kanadanın ”Bombardier Inc." şirkətinə korrupsiya barədə xəbərdarlıq edib. Xəbərdarlıq məktubu avadanlıqların göndərilməsi kontraktı ilə bağlıdır. Darıxmayın, yəqin işin bir ucu gəlib bizə çıxacaq. 2013-cü ildə “Bombardier Inc.” şirkəti Azərbaycan dəmir yollarının 500 km-lik bölməsində siqnal avadanlıqları quraşdırmaq üçün 340 milyon dollarlıq kontrakt bağlamışdı. Yəqin söhbət Kanada dollarından gedir, bu, 253 milyon ABŞ dolları edir. Ancaq yenə də çox görünür. Düşünürəm ki, o siqnal avadanlıqlarını qızıldan düzəldib “Swarovski daşları” ilə bəzəmirlər ki?"
2013-cü ildə bu məsələ qalxanda Azərbaycanın adını beynəlxalq aləmdə korrupsiya qalmaqalına bulaşdıran Arif Əsgərovun həbs ediləcəyi gözlənilirdi. Həmin günlərdə belə xəbərlər gəzirdi ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini olmuş Arif Əsgərovun “kitabı” bağlanıb, onu həbs edəcəklər. Amma bu iddialar özünü doğrultmadı. Onun başı üzərində həbs təhlükəsi 2013-cü ildə real görünürdü. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O, bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Sonradan baldızının digər oğlunu da həbsə yolladı. O dövrdə Azərbaycanda Arif Əsgərovun ətrafında qalmaqallı olaylar səngimək bilmirdi. Ölkə xaricindən də “Bombardier İnc”lə əlaqəli iş materiallarının İsveç məhkəməsinə daxil olması da diqqəti bir daha ona yönəltmişdi.
Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier İnc”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un vasitəsi ilə böyük korrupsiyaya yol veriblər. Bundan sonra Rusiya vətəndaşı olan şirkət əməkdaşı həbs olunub.
“Bombardier” şirkətinin bir neçə top-menecerinin “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak etdikləri üzə çıxdı. Qalmaqalda mərkəzi fiqur kimi Arif Əsgərovun adı hallanırdı. Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedirdi. Müqaviləyə əsasən, şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200" siqnal sistemlərini quraşdırmalıdır.
Müqavilə imzalanarkən ”Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Həbs olunan Yevgeni Pavlovun vəkilləri bildirirdilər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilib.
Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır. Bu şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, ovaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb. Həmin məmurun Arif Əsgərov olması haqda xəbərlərə isə o, susqun yanaşdı.
Göründüyü kimi, Arif Əsgərov vəzifədə olarkən adı böyük korrupsiya qalmaqallarında keçib, büdcənin dağıdılması, millətin pullarının talan edilməsi, həm də Azərbaycanın adının beynəlxalq aləmdə korrupsiya mövzusunda hallanmasına yol açan hərəkətlər edıb.
“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun münasibətini öyrənib. Hüquqşünas deyir ki, ortada çox ciddi ittihamlar var: “Bu məsələnin beynəlxalq aləmin diqqət mərkəzində olması, Dünya Bankı kimi mötəbər qurumun ”Bombardier Inc." şirkətinə korrupsiya barədə xəbərdarlıq etməsi sıradan bir hal deyil. Bu, zəncirvari reaksiya doğura, Azərbaycanla əlaqəli görülmüş işlər yenidən araşdırma mövzusu ola bilər. Bu isə ölkəmiz üçün də yaxşı heç nə vəd etmir. Vaxtilə İsveç prokurorlarının rusiyalı şirkət əməkdaşına irəli sürdükləri ittiham üzrə azərbaycanlı məmurun adı hallanırdı. O dövrdə məhkəmə qeyri-müəyyən sonluqla nəticələndi. Hazırkı müraciət üzrə araşdırmalar başlansa, məsələnin hərtərəfli araşdırılacağı gözləniləndir. Belə olan halda cinayəti təsdiqini taparsa, məsələdə Azərbaycan tərəfindən iştirak etmiş məmurun cəzalandırılması qaçılmaz olacaq. Əgər İsveç məhkəməsinin hökmündə yazılırsa ki, azərbaycanlı məmur rüşvətxordur, ən azı bizim hüquq-mühafizə orqanları bununla bağlı istintaq aparmalıdırlar. Aparmırlarsa, bunu niyə etmədiklərinin səbəbini izah etməlidirlər. Bu iş üzrə isə İsveç məhkəməsinin hökmünün olacağı gözlənilir. Yəni bu məsələnin üstündən sükutla keçmək mümkün olmayacaq. Rüşvət və korrupsiya ilə bağlı qanunlar bütün dünyada, demək olar ki, eynidir. Yəni istintaqın aparılması üçün də elə də ciddi bir maneə yoxdur. Xatırlayırsınızsa, ortada ciddi ittihamlar vardı. “Bombardier İnc.” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” ittiham səslənmişdi".
Hüquqşünas deyir ki, mümkündür ki, məsələ ölkə daxilində araşdırılıb qiymət verilməklə məsələnin beynəlxalq müstəvidə araşdırılmasının qarşısı alınsın: “Azərbaycan dövləti həmin korrupsiya əməli ilə bağlı vətəndaşı məhkəmə qarşısına çıxarıb məhkum etməlidir. Həmin məmur - sabiq məmurdur, indi vəzifədədir, fərq etməz - qanun qarşısında cavab verməlidir. Söhbət külli miqdarda rüşvət almış məmurdan gedir. Azərbaycan qanunlarına görə, belə əmələ yol vermiş şəxsi 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir”.
Yada salaq ki, “Bombardier” şirkətinin adı qarışan beynəlxalq rüşvət qalmaqalı dünya mediasında da geniş müzakirələrə yol açmışdı. Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
|