Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                 

Bu ünvanda koronavirusa GƏL-GƏL deyilir... - Diqqət, TƏHLÜKƏ!
Tarix: 3-11-2020, 15:17 | Çap et
Bu ünvanda koronavirusa GƏL-GƏL deyilir...
Sentyabr ayının 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti dəfə təxribatlar törətməsi və bundan sonra şanlı ordumuzun ölkə ərazisinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara başlaması bir çox digər məsələləri ikinci plana çəkmiş oldu. Hətta belə bir şəraitdə bu ilin əvvəlindən bütün dünyanın bir nömrəli gündəmi olan COVİD-19 mövzusu da sanki bir qədər unudulmağa başladı. Əlbəttə ki, buna Azərbaycan dövləti tərəfindən həyata keçirilən pandemiya ilə mübarizə tədbirlərinin yüksək effektivliyi sayəsində yay aylarında ölkədə virusa yoluxma hallarının kəskin azalması və bu səbəbdən tətbiq olunan karantin rejimi şərtlərinin bir qədər yumşaldılması da müəyyən qədər səbəb olmamış deyildi. Lakin bu gün vəziyyət kəskin şəkildə dəyişmək üzrədir və artıq ölkədə koronavirusa yoluxma hallarının sayında təhlükəli artım tendensiyası müşahidə olunmaqdadır. Bəs bu vəziyyətə səbəb olan əsas amillər hansılardır?

Əlbəttə ki, ilk növbədə koronavirus pandemiyasının ikinci (bəzi ölkələrdə isə hətta artıq üçüncü) dalğasının yayılması bütün dünya ölkələrində müşahidə olunan bir haldır. Lakin bu, heç də o demək deyil ki, ayrı-ayrılıqda götürülmüş hər hansı bir ölkədə bu mərəzlə mübarizə daha effektiv şəkildə həyata keçirilə bilməz. Əksinə öz təcrübəmizdən də biz gördük ki, pandemiyanın kütləvi şəkildə yayılmasının qarşısını almaq olar. Sadəcə bunun üçün bəzi qaydalara riayət etmək lazımdır və bu qaydalardan da biri insanların kütləvi şəkildə toplaşdıqları məkanlarda sanitar-gigiyenik vəziyyəti ciddi nəzarət altında saxlamaqdır.

Bu gün ölkəmizdə məhz insanların kütləvi şəkildə toplandıqları məkanların sayını minimuma endirmək üçün bir çox böyük ticarət mərkəzlərinin fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb. Bəs görəsən fəaliyyəti davam edən məkanlarda vəziyyət necədir?

Elə “8-ci km bazarı” kimi tanınan ticarət mərkəzinə də «Deryaz.az»saytımızın əməkdaşları növbəti dəfə məhz bu yönümdə araşdırma aparmaq üçün yollanmışdılar. Heç kim üçün sirr deyil ki, ərazisinə görə Bakının ən böyük ticarət məkanlarından olan bu bazar əvvələr də heç bir sanitar normalara əməl olunmadan fəaliyyət göstərib. İstər faktiki olaraq dörd seksiyaya bölünmüş olan ərzaq bazarı olsun, istər tikinti və təsərrüfat malları satılan bazar, istərsə də pal-paltar bazarı. Əslində ticarətin bu üç müxtəlif istiqamətləri “8-km bazarı”nda kifayət qədər tez-tez kəsişir. Məsələn, bir tərəfdən pal-paltar, digər tərəfdən isə metal məmulatlarının satış mərkəzləri arasında böyük bir ət bazarı fəaliyyət göstərir. Deyilənə görə, Ağdamlı Rauf adlı bir şəxsin idarə etdiyi bu ət bazarı özü-özlüyündə artıq böyük bir epidemioloji təhlükə mənbəyidir. Belə ki, hər gün səhər saat 4-5 radələrində (əlbəttə ki, komendant saatı rejiminin tətbiqindən əvvəlki vaxt nəzərdə tutulur) buraya çox sayda minik və kiçik həcmli yük avtomobillərində gətirilən heyvan cəmdəklərinin mənşəyi onları gətirənlərin özündən başqa heç kimə bəlli deyil. Sutkanın 24 saatı ərzində də bu ət bazarının yanından keçənlər üfunətdən burunlarını tutub, addımlarını itiləşdirməli olurlar. Sanitar epidemioloji mərkəzə olunan müraciətlərə isə cavab verirlər ki, bizim onları yoxlamaq səlahiyyətimiz yoxdur. Qəribədir, amma məhz elə bu mərkəzin həkimi də hər səhər bu bazara gəlir və əlindəki möhürü qarmaqdan asılan cəmdəklərə növbə ilə vuraraq, ət sıralarının qarşısından “ənənəvi” reyd keçirir.

Müxtəlif problemlər ərzaq bazarında da diqqəti cəlb edir. Az öncə qeyd olunduğu kimi, bu bazar faktiki olaraq üç seksiyaya bölünür və daimi müştərilər də həmin seksiyaları 1-ci bazar, 2-ci bazar, 3-cü bazar və 4-cü bazar deyə adlandırırlar. Q.Qarayev prospekti tərəfdən gələrkən müştərinin ilk daxil ola biləcəyi seksiya 1-ci bazardır. Burada qismən geyim və təsərrüfat malları, daha çox isə pərakəndə ərzaq məhsullarının satışı həyata keçirilir. Mənbələr bildirirlər ki, 1-ci bazar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət Departamentinin keçmiş rəisi Faiq müəllimə məxsusdur. İndi özü burda olmasa da, yerinə təyin etdiyi Etibar adlı başqa bir şəxs (əslən Tovuz rayonundan olduğu məlumdur) mütəmadi olaraq icarə pullarını toplayır və Faiq müəllimə göndərir.

2-ci seksiyanın “vizit kartı” qapalı (daha doğrusu üstü örtülü) məkanın girişində, küçədə təşkil olunan balıq ticarətidir. Hə, dərhal sonra da meyvə sıraları gəlir. Maraqlı müştərilər əvvəlcə əllərini çeşid-çeşid balıqların dərisinə sürtməklə dezinfeksiya edə, sonra da həmin əllə alacaqları meyvələrdən götürüb onların dadına baxa bilərlər. Mənzərəni təsəvvür edə bilirsiz? Deyilənə görə bu bazarın da sahibi Ağdamlı Rauf adlı bir şəxsdir.

3-cü və 4-cü bazarlarda isə daha çox topdan ticarətlə məşğul olurlar. Burada duran yük avtomobilləri isə çox vaxt öz sürücülərinin həm dükanı, həm yemək, həm də yataq otağı funksiyasını yerinə yetirir. Amma burada da pərakəndə ticarət gedir. Xüsusilə də evdə hazırlanan turşu-şorabaların satışı çox yüksək intensivliyə malikdir. Deyilənə görə bir vaxtlar bu bazar sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsən kurasiyasında imiş. Bu gün isə 3-cü və 4-cü bazarın sahibi olaraq Elşən və adı məlum olmayan bir şəxs tanınır. Bəzi mənbələr isə Elşən müəllimin radikal müxalifəti dəstəkləyən şəxs olaraq təqdim edirlər…

Amma məsələnin siyasi tərəfi bizi ən az maraqlandıra biləcək məqamdır. Çünki bu dörd bazarın dördündə də hal-hazırda cəmiyyətimiz üçün daha təhlükəli olan yüzlərlə başqa məqamlar mövcuddur. İstər bazarın daxilində, istərsə də ətrafında fəaliyyət göstərən köşklər, ərzaq mağazaları, yeməkxanalar və digər obyektlər inanın ki, bu gün pandemiyaya yoluxma hallarının artmasında bəlkə də ən çox təsiri olan vasitələrdir. Bunlar heç də boş ittiham deyil. Özünüz düşünün – insan sıxlığı ən yuxarı həddə; satıcıların və müştərilərin gigiyenik qoruyucu vasitələrdən istifadəsi təmin olunmur; sanitar vəziyyət sıfır səviyyədə; açıq satılan məhsullara alışa qədər onlarca insanın əli toxunur; məhsulların heç bir gigiyenik sertifikatı olmur və bəzi hallarda mənşəyi belə naməlum olur; 10 satıcıdan 9-nun sağlamlıq haqqında arayışın harada verildiyi barədə anlayışı belə yoxdur; burada alış-verişə demək olar ki, şəhərin bütün ərazilərindən insanlar gəlir.

Vergi deyilən ödəmə sistemi isə yaddan çıxıb.

İndi siz deyin, koronavirus infeksiyasının yayılması üçün bundan daha çox imkanlar verən hansısa başqa bir məkan tanıyırsınız?(Deryaz.az)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru