Cənab Əmrullayevin buralara NƏZƏR SALMASI LAZIMDIR... - Ali təhsilin AzTU BATAQLIĞI...
Tarix: 13-07-2023, 08:42 | Çap et
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalənin ƏVVƏLİ BURADA: Bu VİLAYƏTİN VALİSİ yoxdurmu? - AzTU-ya müdaxilə edən olacaqmı?
Məqalənin davamında deyilir: "Bu ilin – 2023-cü ilin fevral ayında isə xəbər tutduq ki, hazırkı 2-ci kurs magistrantların bir il yarım bundan əvvəl verilməli olan DİSSERTASİYA MÖVZULARI HƏLƏ HEÇ VERİLMƏYİB! Magistrantların təhsil müddəti 2 il, yəni 4 semestrdir. Yenə təkrar edirik ki, mövcud təlimata əsasən 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Onlar isə 3-cü tədris semestrini bitirmək üzrə idilər, qarşıda yalnız bir semestr qalırdı. Adətən bu vaxtlar onların dissertasiyaları artıq hazır vəziyyətə yaxın olurdu. İndi isə onlara nə mövzu verilmiş, nə də elmi rəhbər təyin edilmişdi və magistrantlar təlaş içində idilər. Nə isə, nəhayət, fevral ayının sonuna yaxın dissertasiya mövzuları və rəhbərlər təsdiq edildi, yenə də qrup halında – 5 nəfər magistranta 1 ümumi mövzu verilməklə. Bundan sonra tələbələrin dissertasiya üzərində işləməyə ən yaxşı halda 3 ay vaxtları qaldı. Dissertasiya üzərində işləmək isə nə deməkdir, bunu izah edək ki, rektor, elmlər doktoru, professor, Əməkdar Elm Xadimi Vilayət Vəliyev də bilsin. Bəlkə o, bunları bilmir. Dissertasiya üzərində işləmək isə – problemin mahiyyətini və müasir elmi vəziyyətini öyrənmək, tədqiqat qarşısında qoyulan vəzifələri formulə etmək, tədqiqatın özünü aparmaq və nəticələr almaq, həmin nəticələri təhlil edib, dissertasiyanın ümumi nəticələrini formulə etmək və nəhayət, dissertasiyanın mətnini yazıb, tərtib etmək deməkdir. V.Vəliyev özü bunları 3 ayda edə bilərdimi? Niyə, hansı məqsədlə o, hər il magistrantları bu cür fəlakətli vəziyyətə salır? Bunu adicə qayda-qanuna riayət etməklə eləmək olmazmı? Sonra da o, ağız dolusu danışır ki, magistr dissertasiyası mövzuları real istehsalatdan götürülməlidir, tələbələr bu mövzuları özləri işlədikləri yerdəki (???) texniki problemlərin həllinə həsr etməlidirlər, əsl elmi tədqiqat olmalıdır və s. Özləri işlədikləri yerdəki texniki problemlərin həllinə həsr etməlidirlər? V.Vəliyev heç olmasa bilirmi ki, onun magistrantları haralarda işləyirlər? Bəlkə o, elə bilir ki, onlar Boeing və ya Microsoft şirkətlərində işləyirlər ki, oralardan da elmi tədqiqat mövzuları götürsünlər? Əgər tutaq ki, keçən il magistr dissertasiyası mövzuları səhvən, təcrübəsizlikdən tələbələrə vaxtında verilməmişdisə, biz ki, bu haqda yazdıq və məlumat verdik, bəs bu il niyə yenidən eyni hal təkrarlandı? Bütün bunlara universitetdəki tədris prosesini QƏSDƏN, BİLƏRƏKDƏN DAĞITMAQDAN BAŞQA BİR AD VERMƏK OLMAZ! Bu, tədrisə qarşı, universitetə qarşı, son nəticədə isə ÖLKƏMİZƏ QARŞI TƏXRİBATDIR! Magistr dissertasiyalarının müdafiəsi haqqında da çox danışmaq istəmirik. Aydındır ki, belə vəziyyətdə 3 aya hazırlanan dissertasiyada heç bir elmdən, elmi tədqiqatdan söhbət gedə bilməz. Dissertasiyalar referativ formada, yalnız məlumat toplusundan, internetdən və ədəbiyyatdan götürülmüş icmallardan ibarət idi. Deyilməz dərəcədə formal və səviyyəsiz, tragikomik müdafiələr keçdi. Yeri gəlmişkən, magistrantların işləməsi haqqında. Universitetə daha çox magistrant cəlb etmək üçün (əslində, daha çox maliyyə vəsaiti əldə etmək üçün) magistrantların dərsləri axşam saat 18:30-da başlanır ki, onların gündüz işləmək imkanları olsun, baxmayaraq ki, tələbələrin əyani tədris formasında işləməsi düzgün deyil. Bir axşamda 2 qoşa saat dərs olur. Tələbələr isə işlədiklərindən, heç bu vaxtda da dərsə gəlib çata bilmirlər, çoxu saat 19:00-dan da gec gəlir. Buna görə də 1-ci qoşa saatda da çoxu praktiki olaraq, dərsdə iştirak etmirlər. Bundan başqa, magistraturadakı dərslərin çoxu laboratoriyalarla, elmi-tədqiqat yönümlü fənlərlə əlaqədardır, axşamın bu vaxtında isə nə laboratoriya, nə elmi-tədqiqat? Beləliklə, magistratura dərsləri çox formal xarakter daşıyır. Yeni tədris ili üçün isə V.Vəliyev magistraturanın tədris planlarını bir qədər də “təkmilləşdirib”. Kafedralara harada müzakirə olunduğu, harada qəbul edildiyi məlum olmayan yeni tədris planları göndərilib. Əvvəlki tədris planlarına əsasən magistrant 4 semestrin 3-də (yəni bir il yarım) auditoriya dərsi keçirdi, 4-cü semestr isə iki təcrübədə olurdu. Dissertasiya üzərində isə paralel olaraq 2 tədris ili müddətində işləyirdi. Yeni tədris planlarında magistraturada tədris əvvəlki kimi 2 ildə nəzərdə tutulub, ancaq, auditoriya dərsləri yalnız 1-ci tədris ilində (2 semestr) yer alıb. 2-ci tədris ilində isə hər biri 1 ay müddətində keçirilən Elmi-tədqiqat təcrübəsi və Elmi-pedaqoji təcrübə vardır, vəssalam. Yəni tələbələr 2-ci il demək olar ki, heç dərsə gəlməyəcəklər. Bəs nə ilə məşğul olacaqlar, axı iki ildir ki, rektor onların dissertasiya mövzularını universiteti bitirməyə 3 ay qalmış təsdiq etdirir? Bu sualın cavabı rektor V.Vəliyevin “sirridir”. Yenə tədrisdən kəsmək. Belə kəsilə-kəsilə hara qədər gedəcəyik? Yuxarıda qeyd etdik ki, 2020-ci ildə təsdiq edilən “yeni” bakalvr tədris planları üzrə tələbələrin həftəlik tədris saatı 22 saata endirildi. Bəs bu real olaraq nə deməkdir? Əvvəlki tədris planları üzrə həftəlik tədris saatları 28 saat idi. İndi isə ixtisaslar birləşdirilsə də, həftəlik tədris saatları 22 saata endirilib. Ədalət naminə deyək ki, bunu V.Vəliyev etməyib, Təhsil Nazirliyi edib. Müqayisə üçün deyək ki, əgər yadınızdadırsa, bir vaxtlar sovet dövründə məktəb və institutlarda tədris həftənin 6 günü, hər gün adətən 6 saat olmaqla keçirilirdi. Bu isə həftədə 36 saat deməkdir. İndi isə − cəmi 22 saat. Bir də müqayisə üçün yada salaq ki, ibtidai məktəbdə, 1-ci sinifdə (!!!) məktəblilər 5 gün olmaqla, hər gün 4 akademik saat (hər bir akademik dərs saatı isə 45 dəqiqə olmaqla), yəni cəmi 20 akademik saat dərsdə otururlar. Deməli, bugünkü universitet tələbəsi bakalavriat demək olar ki, 1-ci siniflərin dərs rejimi üzrə oxuyur və real olaraq, 7 semestr, yəni 3 il yarım dərs keçir. Yekun buraxılış işi, kurs işi, kurs layihəsi də yoxdur. Ancaq hələ bundan da inciyən tələbələr (və rektorlar da) var. Məsələyə başqa tərəfdən baxaq. 22 saatlıq tədris həftəsi o deməkdir ki, həftənin 4 günü 4 auditoriya saatı (iki qoşa saat), qalan bir gün isə 6 saat (3 qoşa saat) dərs keçilir. Yəni, saat 9:00-da dərsə başlayan tələbə saat 11:50-də dərslərini bitirib (iki qoşa saat), evə gedir. Saat 11:50 hələ demək olar ki, səhərdir, gün təzəcə başlayıb. Lap 1-ci sinif şagirdləri kimi. Belə də universitet olar? Buna görə də bütün günü boş qalan tələbə iş tapmağa, işləməyə çalışır. İşləyəndə də bu iki qoşa saatlıq dərsə gəlməyi də çətinləşir, dərsdən soyuyur... İndi AzTU-da bir çox fakültələr dərs saatları az olduğundan, hətta 4 günlük tədris həftəsinə keçiblər, dörd günün 3 günü 3 qoşa saat və bir günü 2 qoşa saat. Həftənin 3 günü isə tələbələr boşdur. Belə universitetdən hansı tələbə inciyər ki? Buna görə də V.Vəliyev universitetin auditoriya fondunu dağıdır, tədris auditoriyalarını öz şəxsi məqsədləri üçün boşaldır, yenicə alınmış partaları hesabdan silib, aparıb hara isə atır. Bəs bu 22 saatlıq tədris həftəsini kim qanuna salıb? İnsafən deyək ki, V.Vəliyev yox, Elm və Təhsil Nazirliyi (onu Elm və Təhsilsizlik Nazirliyi adlandırmaq daha doğru olardı)".
DAVAMI VAR...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
|