Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                 

“Deyirlər, get, müalicə ol…” - GİLEY
Tarix: 22-01-2021, 09:42 | Çap et
“Deyirlər, get, müalicə ol…”
“Epilepsiya sağalan xəstəlik deyil, yaşa dolduqca daha da ağırlaşır. Əvvəllər gündə, həftədə iki-üç dəfə qıcolma tutması olurdusa, indi 5-6 dəfə olur. Ancaq əlillik təyin etməkdən imtina yazıblar. Yazıblar ki, get, müalicə olun. Azərbaycanda həkim istəyirəm, 29 ilin epilepsiya xəstəsini müalicə etsin, sağaltsın”. Bunu Xaçmaz sakini Mehman Babayev deyir.

Mehman Babayev deyir ki, 7 ildir 2-ci qrup əlil statusu var idi, ancaq 2 aydan çoxdur əlilliyi ləğv edilib. Əlilliyin təyinatı üçün qanunvericiliyin tələb etdiyi bütün prosedurlardan keçsə də, ona imtina cavabı gəlib.

“15 yaşından epilepsiyadan əziyyət çəkirəm. Uzun illər əvvəl Rusiyaya köçdüm, orda yaşadım, müalicələr aldım, ancaq sağalmadım. Azərbaycana qayıdandan sonra yenə bir neçə dəfə İrana getdim, müalicələr aldım. Nəhayət, bu xəstəliyin mənimlə ömürlük dost olacağını anlayandan sonra 7 il əvvəl əlilliyin təyin edilməsi üçün aidiyyəti qurumlara müraciət etdim. O vaxt da məni çox incitdilər, şikayətlərimdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən komissiya gəldi, onların yoxlamalarından sonra mənə əlillik təyin olundu. Bilirsiz ki, əvvəllər əlillik 1 iiliyə təyin olunurdu. İki dəfə 1 illik, üçüncü dəfə 5 illik təyin edilmişdi. Bu yaxınlarda 5 il tamam oldu, əlilliyin təyin edilməsi üçün növbəti dəfə müraciət etdim. Xəstəxanada müalicə aldım, xəstəlik tarixçəsini də digər tələb olunan sənədlərə əlavə edib, Xaçmaz rayon Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) təqdim etdim. Ancaq mənə imtina cavabı gəldi. Halbuki, 15 yaşından epilepsiya xəstəsiyəm, artıq 29 ildir yəni… Deyir: “Get, müalicə al, sağal…””, – şikayətçi danışır.

Mehman Babayev deyir, Xaçmazda, Qubada noyabr ayından başlayaraq əlillər əlilliyin təyinatına görə əziyyət çəkir: “100 nəfərdən 80-nə imtina cavabı gəlir, yazırlar ki, get müalicə ol… Vaxtilə özləri rüşvətdən alıb əlilliyi olmayanlara da əlillik təyin ediblər. İndi hamının əlilliyi ləğv olunur, ortada zərbə gerçək əlillərə dəyir. Onları da saxtaların gözünə qatıb əlillik təyinatından imtina edirlər. Müalicəsi olmayan mənim kimi xroniki xəstələrə də yazırlar ki, müalicə ol, əlillik düşmür”.

Mehman Babayevin ünvanlı sosial yardımı da kəsilib. İndi o, həm əlillik pensiyasından, həm də ünvanlı sosial yardımdan məhrum olub. Deyir ki, bu, onsuz da ürəkaçan olmayan dolanışığını daha da çətinləşdirib.

Quba sakini Elyanə Yaqubova deyir, 57 yaşlı bacısı Müstəqimə Yaqubova uzun illərdir xəstədir, ancaq Quba TSEK-i onun əlilliyin təyin olunması üçün müraciətinə imtina cavabı verib: “Gözləri iki dəfə əməliyyat olunub, yenə də görmür. Bədəninin sağ tərəfi iflicdir, sol tərəfi qismən işlək vəziyyətdədir, Yeriyə, danışa bilmir. Şəkəri, təzyiqi var. Qardaşım baxırdı ona, həyətdə nə qədər mal-qara, heyvan vardı, satıb, onun müalicələrinə xərclədi. Ancaq sağlamlığı bərpa olunmur, çünki xəstəlikləri xronikidir. Bununla belə, Quba TSEK bacıma əlilliyin təyin olunmasından imtina edib. Artıq qardaşım da ona baxa bilmir, çünki ona baxmaqdan özü də xəstəlik tapıb”.

Xaçmaz TSEK-dən bildirilib ki, Mehman Babayevin əlilliyin təyini üçün təqdim etdiyi sənədlərə uyğun olaraq qərar qəbul edilib və ona imtina cavabı verilib. Hər hansı narazılığı varsa, komissiyaya rəsmi müraciət edə bilər. Qiba TSEK-dən isə Müstəqimə Yaqubovayla bağlı komissiyaya daxil olan məlumatların yarımçıq olduğu bildirilib.

3 ay əvvəl əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev KİV-ə bildirib ki, dövlət büdcəsi üçün illik maliyyə yükü 35 milyon manatdan çox olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib. İddialara görə, bu proses zamanı gerçək əlillərin də təyinatı ləğv olunub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru