Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                 

Fazil Məmmədov: iş adamlarının və büdcənin qənimi - Nazir postu ona "Allah vergisi"dirmi?
Tarix: 11-01-2016, 08:39 | Çap et
Fazil Məmmədov: iş adamlarının və büdcənin qənimi
Post-neft dövründə prioritet təbii ki, qeyri-neft sektorudurr. Həm yeni iş yerlərinin açılması, həm də büdcə gəlirlərinin təmin edilməsinin ağırlığı indi qeyri-neft sektoruna yüklənib. Ancaq qeyri-neft sektorunun imkanları bu yükü çəkməyə adekvatdırmı?

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında hesabat dövründə 30 min iş yerlərinin qapadıldığını bildirib, buna görə hökumət üzvlərindən izahat tələb etmişdi. Üstündən 3 ay keçib, ancaq rəsmi izahat yoxdur.

İzahat verməli olan əsas dövlət qurumlarından biri də Vergilər Nazirliyidir. Ötən il qeyri-neft sektoru üzrə 4 milyard 812 milyon manat vergi yığılması proqnozlaşdırılıb. 11 ay üzrə daxilolmalar 100 faiz olub, yəqin ki, ilin yekununda da belə olacaq (Bu barədə rəsmi məlumat hələ yoxdur). Maraqlıdır ki, 30 min iş yeri qapadıldıqdan sonra vergi daxilolmalarında heç bir problem yaranmayıb. Üstəlik də 30 min ilin ilk 9 ayına aiddir və həm də rəsmi göstəricidir. Qeyri-rəsmi isə bu rəqəm daha böyükdür - iş yerlərinin qapadılması, ixtisarların intensiv xarakter alması fonunda vergi daxilolmalarının sabit qalması şübhəli məqamlarla zəngindir.

Bu yaxınlarda vergilər nazirinin birinci müavini Natiq Əmirov ilk baxışdan mübahisə predmeti olmayan açıqlama verdi: “Ötən ilin 11 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkədə bank sektorunun vergi ödənişləri 35% artıb”.

Fevralın 21-də baş verən birinci devalvasiyadan sonra bankların necə ziyana düşdüyünü xatırlatmağa ehtiyac yoxdur – problemli kreditlərin kəskin artması, bankların əsas maliyyə qaynağı əmanətlərin (xüsusilə də manatla qoyulan əmanətlərdən söhbət gedir) geri çəkilməsi, kreditləşmənin azalması fonunda bank sektorundan daxilolmalar necə 35 faiz arta bilər? Təkcə onu xatırladaq ki, ölkənin bank aktivlərinin 70 faizinə nəzarət edən Beynəlxalq Bankı məlum səbəblər ucbatından indi ən çətin dövrünü yaşayır – 6 milyard dollar kreditin mənimsənilməsi, tək bankın özünə yox, bütövlükdə bank sisteminə böyük ziyan vurub. Azərbaycanın vergi yığılması praktikasına bələd olmayanlar üçün bunun izahını tapmaq Nobel mükafatı almaq qədər çətin və mürəkkəb bir işdir. Ancaq bu praktikaya bələd olanlar üşün bunun sadə izahı var.

Vergi yığımlarının yalnız bir hissəsi dövlət büdcəsinə yönləndirilir – qalan hissə isə nazirlik rəhbərliyinin “qara kassasına” daxil olur. “Qara kassa” vergi bosslarının “qara günləri” üçün nəzərdə tutulub – bu pullar mənimsənilir, şəxsi biznesə və şəxsi komforta xərclənir. Eyni zamanda vergi ödəmələri azalanda qara kassanın bir hissəsi büdcəyə bərpa edilir. Çətin günlərini yaşayan bank sektorunun vergi ödəmələrini 35 faiz artırması da bu rakursdan izah edilməlidir – bank sektorundan “qara kassa”ya daxilolmalarının bir hissəsi büdcəyə bərpa edilib. Yəni normalda il ərzində qeyri-neft sektorundan 4,8 milyard manat yox, ən azı bundan 2 dəfə çox vergi yığılır, ancaq yarısı qara kassaya, yarısı büdcəyə daxil olur.

İlin birinci yarısının yekunları ilə bağlı Nazirlər Kabinetinin genişləndirilmiş iclasında prezident İlham Əliyev əsassız vergi ödəmələrini tənqid etdi və buna son qoymağa çağırdı. Hətta o vaxt mediada yayılan məlumatlara görə, müşavirədə vergilər naziri Fazil Məmmədovun ürəyi getmiş və təcili yardım çağırmağa məcbur olmuşdu. Bu faktın nə dərəcədə real olub-olmamasını araşdırmaq imkanlarımız məhdud olsa da, həmin tədbirdən yayılan fotolarda Fazil Məmmədov gözə dəymədi. Ancaq az sonra prezident sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması barədə fərman imzaladı və Vergilər Nazirliyi “bu fərman bizə aid deyil” deyə yoxlamalarda davam etdilər. Yəqin qısa müddət ərzində vergilər naziri “ürəyini müalicə” etdirə bilib. Əslində isə fərman daha çox elə Vergilər Nazirliyinə aid idi – iş adamları ən çox bu nazirlikdən şikayətlənirdi.

Yenidən rəsmi statistikaya istinad edək. Vergilər nazirinin birinci müavini Natiq Əmirov 2015-ci ilin noyabr ayında bildirdi ki, ilin ilk 10 ayında sahibkarlardan nazirliyə 77 min müraciət daxil olub: “Bunlardan 2686-sı şikayət xarakterli olub. 642 vergi orqanı əməkdaşı cəzalandırılıb. 9 nəfərin vergi orqanlarında xidmətinə xitam verilib”.

Rəqəmlərin fəlsəfəsinə diqqət yetirin. 2686 iş adamı artıq dözməyərək vergi müfəttişlərin əməllərindən şikayət edib. Azərbayacan reallığında hamı gözəl bilir ki, şikayət vermək son həddir – sabhibkar vergisini də verir, üstəlik qeyri-rəsmi ödənişini də. Ancaq vergi müfəttişi bununla kifayətlənməyib daha çox qeyri-rəsmi ödəniş tələb edir, iş adamı yenə onunla “dil tapmağa” çalışır və yenə də söhbət alınmır. Və nahayət, “dinc yolların” tükəndiyini görən iş adamı şikayətə məcbur olub. 2686 iş adamı “ürəkli” çıxıb vergi müfəttişindən şikayət edir. “Ürəkli olmayanların” isə sayının “ürəklilərdən” qat-qat çox olması heç kimdə şübhə yaratmır - əksəriyyət şikayətdə prespektiv görmür. “Mənim səndən sənə şikayətim var” formulasının nə qədər mənasız olması hamıya bəllidir. Ilin 9 ayında 30 min iş yerinin qapadılmasının real səbəblərindən biri, bəlkə də birincisi elə budur. Hətta kredit götürüb vergi müfəttişlərini “yola salan” iş adamları barədə də məlumatlar var.

İkincisi, bu şikayətlər əsasında cəmi 9 nəfər işdən qovulub, 642 nəfər isə cəzalandırılıb. Necə cəzalandırılıb? Bu barədə heç nə deyilmir. Bəlkə də deyiblər “bir az acgözlük etmə”, vəssalam.

Nəhayət, vergi sistemində 2 min 355 nəfər çalışır. Bunun 642 nəfəri - 28 faizindən iş adamları şikayət edib. Əgər birbaşa iş adamları ilə ünsiyyətdə olmayan vergi işçilərini də nəzərə alsaq (bu kateqoriyaya cəmi vergi sistemində çalışanların 70 faizi daxildir), demək olar ki, iş adamları ilə ünsiyyət quran hər bir vergi əməkdaşından şikayət edilib. Bu faktın özü belə vergilər nazirliyində korrupsiyanın səviyyəsinin hansı həddə olmasını göstərir.

Azərbaycan kəskin devalvasiya dövrünə daxil olub. Ölkənin əsas gəlir mənbəyi olan neft dollarları minimuma enib. Belə bir vaxtda iş yerlərinin qorynması və yenilərinin açılması ən prioritet məsələdir. İndiki vergi yığılması praktikası isə nəinki yeni iş yerlərinin açılmasını, hətta mövcud olan iş yerlərinin qorunmasını mümkünsüz edir. Bu praktikanı kökündən dəyişmək hava və su qədər həyatı əhəmiyyətli məsələdir. Prezident İlham Əliyevin vergi şəffalığının yaradılması barədə mesajları buradan qaynaqlanır. Vergi ödəyiclərinin əsas hədəfi qanunla hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsini təmin etməkdir, vergi generallarının cibini doldurmaq vergi ödəyicilərinin hədəfi ola bilməz.

Qadir İBRAHİMLİ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru