
DİA.AZ: - Son günlərin fenomeninə çevrilən gənc müğənni Elvin Mirzəzadə qız axtarışına çıxıb.
DİA.AZ-ın məlumatına görə, sənətçi şəxsi "Facebook" səhifəsində gözəl qız tapmaq üçün müsabiqə elan etdiyini bildirib:
"İnşallah bu həftənin 3-cü günü yeni mahnımın klip çəkilişlərinə başlayıram. Xanımlardan klipdə könüllü rol almaq istəyən, aktrisalıq qabiliyyəti olan varsa “inbox”la mənimlə əlaqə saxlasın. Yeni mahnım gəlir".