
Hazırda Ukraynaya qoşun yeridilməsi məsələsi gündəmdə deyil.
APA xəbər verir ki, bunu Fevralın 23-də Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Mertz deyib.
"Mən bu məsələyə kansler Olaf Şolts kimi baxıram. Bu məsələ bu gün ümumiyyətlə gündəmdə deyil”, - Mertz bildirib.
Bundan əlavə, o qeyd edib ki, hazırda prioritet Avropanın Kiyevi necə dəstəkləməsinin müzakirəsidir, çünki bu məsələ kifayət qədər nəzərdən keçirilməyib.