
DİA.AZ: - Azərbaycanın məşhur “Lider TV” telekanalı son zamanlar ulduzu parlayan rəqqasə Renka ilə bağlı veriliş hazırlayır.
DİA.AZ-ın məlumatına görə, ötən gün rəqqasənin evində çəkiliş aparılıb.
Proqram rəqqasənin Rusiyanın Sankt - Peterburqda keçirilən XVI beynəlxalq oasis festival müsabiqəsində iştirak etməsinə həsr olunub.
Renka “Lider TV” kanalına geniş müsahibə verib.
Qeyd edək ki, Renka Rusiyanın Sankt - Peterburqda keçirilən XVI beynəlxalq oasis festival müsabiqəsinin rəqs seminarında iştirak edərək xüsusi sertifikatı ilə mükafatlanıb.
