Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                 

Azərbaycanlı teleaparıcı: "Daha ürəyimə qulaq asmıram..." - FOTO
Tarix: 27-01-2015, 09:17 | Çap et
Azərbaycanlı teleaparıcı: "Daha ürəyimə qulaq asmıram..."
diaaz.space teleaparıcı Lalə Azərtaşın Milli.Az-a müsahibəsini təqdim edir:

- Lalə xanım, bir müddət tamaşaçılara “sabahınız xeyir!” dediniz. Həm səhər proqramının aparıcılığını edirdiniz, həm də xəbərlərin efirindən tamaşaçıları salamlayırdınız. İndi isə sizi yalnız xəbərlərdə görürük. Niyə səhər proqramından uzaqlaşdınız?

- İndi də “hər vaxtınız xeyir!” deyirəm (gülür). Əslində, xəbərlərlə yanaşı, səhər proqramında da özümü sınamaq qərarına gəldim. Sözün düzü, alınırdı. Hər şey istədiyim kimi idi. Sadəcə olaraq, həmin proqramın ampluası bir az fərqli idi. İstər-istəməz daha pozitiv, daha dinamik olmalı idim. Tamaşaçılara səhər-səhər müsbət enerji ötürməli idim ki, onların günü yaxşı keçsin. Bu, bir məsuliyyət idi. Çünki insan səhəri necə başlayırsa, günün sonuna qədər də həmin əhval-ruhiyyədə olur. Mən buna çox inanıram. Tamaşaçıların dediklərinə görə, mən səhər efirində bu müsbət enerjini onlara verə bilirdim. Amma öz xəbər “sima”mı itirməmək üçün səhər proqramından uzaqlaşmaq qərarına gəldim.

- Keçmişdə aparıcı olan bir çoxları indi fərqli sektorlarda çalışırlar. Sizə belə bir təklif olubmu?

- Təkliflər həmişə var. Hətta mən ailə qurandan sonra bir müddət televiziyadan uzaqlaşdım. Həmin ərəfədə mənə digər sahələrdən bir çox təkliflər gəlməyə başladı. Ancaq qəbul etmədim. Yənə də “Azad Azərbaycan”a qayıtdım. Çünki mən xəbəri sevirəm. Sevmədiyim bir işdə heç vaxt işləyə bilmərəm.

- Bəs xəbər necə, sizi “sevir”?

- Tamaşaçıların fikrinə görə, “sevir”. İndiyə qədər yadımdadır, sosial şəbəkələrdə belə bir fikir də yazmışdılar - “Lalənin xəbəri, xəbərin laləsi”. Elə mənim fikrimcə də, xəbər məni mənim onu sevdiyim qədər “sevir”.

- Başqa bir sahədə çalışmazsınız, dediniz. Allah eləməsin, tutaq ki, "Azad Azərbaycan" kanalı yoxdur, onda hansı kanalda işləyərdiniz?

- Düşünürəm ki, müstəqil Azərbaycan var olduqca "Azad Azərbaycan" telekanalı da var olacaq. Bura mənim ikinci evimdir. Əgər dediyiniz hal olsa, mənə doğma olan digər bir kanalda - Dövlət Televiziyasında işləyərdim. Bildiyiniz kimi, mən əvvəllər bir müddət həmin telekanalın əməkdaşı olmuşam. Ümumilikdə isə bütün kanallarımızı izləyirəm. Hamısına böyük hörmətim var.

- Sosial şəbəkələrdə kifayət qədər izləyiciniz var. Onlarla yalnız virtual olaraq ünsiyyətdə olursunuz, yoxsa görüşdükləriniz var?

- Xeyr, görüşməyə o qədər də vaxt tapa bilmirəm. Amma onların arasında bir neçəsi var ki, bayramlarda, ad günümdə, özəl günlərdə mənim xəbərim olmadan iş yerimə gəlib məni təbrik edirlər. Mənə sürprizlər edirlər (gülür). Amma sosial şəbəkələrdə mənə yazılan sözlərin hər birini oxuyuram. O fikirlərin hər biri mənim üçün dəyərlidir. Vaxt tapdıqca da cavablandırıram. Düzdür, bəylər onların mesajlarına cavab yazmadığım üçün bəlkə də məndən inciyirlər, amma yenə də deyirəm, barəmdə deyilən hər bir fikir mənim üçün çox dəyərlidir.

- Haqqınızda nə deyirlər ki? Nə eşitmisiniz?

- Şükürlər olsun ki, bu vaxta qədər pis heç nə eşitməmişəm. Amma tərif varsa, tənqid və irad da olmalıdır. Mən də istənilən tənqidi, iradı dinləyirəm. Onun üzərində düşünüb, nəticə çıxartmağa çalışıram. Çünki iradı “həzm” edə bilməyən şəxs inkişaf edə bilməz.

- Sizə baxıb sizin kimi xəbər aparan aparıcılar var?

- Halal xoşları olsun... (gülür)

- Deməli, var...

- Deməli, mən varam... (gülür)

- Heç olubmu, efirdən çıxandan sonra qarşınızı kimsə kəssin və "bu xəbəri niyə oxudun?" desin?

- Xeyr, belə bir halın olduğunu xatırlamıram. Çox şükür ki, bu vəziyyətə düşməmişəm.

- “Dərd ortağınız” necədir? Avtomobilinizi nəzərdə tuturam.

- Yaxşıdır (gülür). O mənim doğrudan da ən yaxın sirdaşımdır. Ona görə ki, onun dili yoxdur və mən istədiyimi ona deyirəm. Yaxşı və pis günlərimdə yanımda olub. Amma ad günümə özümə yeni bir avtomobil hədiyyə etməyi düşünürəm.

- Axı "hər şeyin təzəsi, dostun köhnəsi" deyirlər...

- Elədir. Onu atmayacam ki, o da qalacaq (gülür).

- Çörəkpulunuz ancaq xəbərdən çıxır?

- Xəbərdən deməzdim, televiziyadan çıxır. Xəbərlərin sayəsində dövlət tədbirlərinə dəvət alırıq. Oradan da qonorar alırıq. Şükür, dolanışığımdan razıyam.

- Yəqin ki, siz də el şənliklərinə, məclislərə dəvətə getmirsiniz...

- Bəli, heç bir özəl tədbirin aparıcılığını etmirəm. Bunu sırf öz “sima”mı qorumaq üçün edirəm.

- Bəs məclislərə qonaq kimi gedəndə həmin məclisin “lalə”si ola bilirsiniz?

- Mən uşaqlıqda ərköyün olmuşam. Valideynlərim bir dediyimi iki etməyiblər. “Yox” sözünü eşitməmişəm. İndi də məclisə girəndə yaxınlarım tərəfindən həmin qayğını və nəvazişi görürəm.

- Efirə çıxanda kifayət qədər ciddi geyimdə olmalısınız. Bəs adi həyatda necə? Geyim tərzinizi necə seçirsiniz?

- Əslində, geyim tərzimə heç kim bir məhdudiyyət qoymur. Öz geyimimi özüm müəyyənləşdirirəm. Həddindən artıq vulqar görünəcək libaslardan istifadə etmirəm. Məsələn, əgər sinəsi açıq paltardayamsa, aşağı tərəf mütləq uzun olmalıdır, yaxud da qısa geyinmişəmsə, sinəm bağlı olmalıdır. Bir sözlə, balansı qoruyuram. Onu da deyim ki, efirə çıxarkən də bəzi şeylərə diqqət edirəm. Misal üçün, efir vaxtım həftənin cümə gününə təsadüf edirsə, ya qara, ya da tünd geyimlərdən istifadə edirəm. Çox makiyaj etmirəm. Bir söz də deyim ki, mən çox nadir hallarda qırmızı rəngli dodaq boyasından istifadə edirəm. Çünki valideynlərimin xoşuna gəlmir.

- Xəbər aparıcısı efirdə olarkən öz hisslərini, emosiyalarını büruzə verməlidirmi? Bir növ “aktrisalığ”ı bacarmalıdırmı?

- Əlbəttə, bu vacib şərtdir. Xəbəri oxuyarkən həm özün yaşamalısan, həm də tamaşaçıya yaşatmalısan. Mən idmanda düşmən kürəyini yerə vurub qələbə qazanan azəri oğlu haqqında xəbəri çatdırarkən necə qürur hissi keçirməyə bilərəm? Adi bir misal deyim. Bu yaxınlarda bir filmə çəkildim. Orada bir xəbər aparıcısı kimi Qarabağımızın işğaldan azad olma xəbərini elan etmişəm. İnanın mənə, o, film olsa da, mən onu reallıqda yaşayırdım sanki. Qeyri-ixtiyari olaraq kövrəldim. Gözlərim yaşardı. İnşallah, bir gün həmin xəbəri filmdə deyil, birbaşa efirdən çatdıraram.

- Bu yaxınlarda 20 Yanvara həsr olunmuş xəbər buraxılışında da analoji hal oldu...

- Bəli, həmin an atası 20 Yanvarda şəhid olmuş bir nəfər haqda süjet verirdik. Kadrda göstərilirdi ki, həmin şəxs illər sonra öz övladına şəhid olmuş atasının adını verib və onunla birlikdə Şəhidlər xiyabanına ziyarətə gedib. Mən xəbəri oxuyarkən həmin azyaşlı uşağın duyğularını yaşadım elə bil. Təsirləndim və efirdə ağladım...

- Səhv etmirəmsə, iki qızın anasısınız.

- Doğrudur, iki qızım var. Biri səkkiz, digəri isə beş yaşındadır.

- Allah saxlasın! Onları gələcəkdə hansı peşənin sahibi kimi görmək istərdiniz?

- Onlara yalnız istiqamət verə bilərəm. Seçəcəkləri peşəyə qarışmaram. Amma onları gələcəkdə özüm kimi patriot və vətənə layiqli bir övlad kimi görmək istəyirəm. İnanıram ki, belə də olacaq. Çünki böyük qızım indidən deyir ki, mən Azərbaycan əsgəriyəm. Bu məni çox sevindirir. Mən həmişə demişəm, qəhrəmanlıq qıza, ya da oğlana baxmır. Hamımız bu vətənin övladlarıyıq.

- Qızlarınızın valideyn iclaslarında iştirak edirsiniz?

- Mütləq şəkildə, bəli, edirəm.

- Onları görənlər "Lalənin qızlarıdır" deyirlərmi?

- Böyük qızım bundan bir az narahat olur. Deyir ki, ana, məni görən deyir ki, dünən anan efirdə belə danışdı, filan paltarı geyinmişdi və s. (gülür). Amma kiçik qızım belə hallarla fəxr edir. Ümumilikdə isə qızlarımın hər ikisi mənimlə qürur duyur.

- Son bir ildə sizin üçün nə dəyişib?

- Dəyişən yalnız zamandır. Bir az da fikirlərim dəyişib. Əvvəl daha çox ürəyimin səsini dinləyirdim. Daha ürəyimə qulaq asmıram. İndi həm qəlbimi, həm də ağlımı eşidirəm. Ola bilər ki, bir neçə ildən sonra yalnız və yalnız ağlım deyənləri edim.

Azərbaycanlı teleaparıcı: "Daha ürəyimə qulaq asmıram..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru