Azərbaycanlı teleaparıcı: "Məni hərdən döyürdü..."
Tarix: 5-02-2015, 08:59 | Çap et
diaaz.space teleaparıcı Şəbnəm Turanın Milli.Az-a müsahibəsini təqdim edir:
- Şəbnəm xanım, sizin simanız tamaşaçılara bir neçə il öncə də yaxşı tanış idi. Sonra efirdən bir müddət uzaqlaşdınız. Nə baş vermişdi onda?
- Analıq məzuniyyətinə çıxdım. Başım bir müddət uşağa qarışdı. Sonra yenidən televiziyaya qayıtmaq istədim, ancaq müəyyən maneələrlə rastlaşdım. Nəticə etibarilə, o maneələrin hamısını dəf edib, efirə qayıtdım. Elçin Əlibəylinin dəstəyi ilə yenidən öz aparıcılıq yoluma davam etdim. Şükürlər olsun ki, çox sevdiyim bir peşədə çalışıram.
- Efirdən uzaq qaldığınız zamanlarda başqa bir işlə məşğul olmadınız?
- Kosmetika və ətriyyat dükanlarının birində menecer kimi fəaliyyət göstərdim bir müddət. Ancaq sıxılırdım. Efir məni özünə “dartırdı” sanki. Get-gedə anlamağa başlayırdım ki, həyatımı televiziyasız təsəvvür edə bilmirəm. Çox darıxırdım.
- Şükürlər olsun ki, öz arzunuza çatdınız və qısa zaman kəsiyində tamaşaçı sizi çox istəməyə başladı. Bunu, yəqin ki, sizin özünüzə gələn mesajlar da təsdiq edir...
- Bəli, tamaşaçılara minnətdaram daim məni diqqətdə saxladıqları üçün. İndiyə qədər barəmdə pis bir fikir eşitməmişəm. Təki, bundan sonra da belə olsun, inşallah.
- Hazırda “Kişilər evdə olmayanda” və “Oturduğumuz yerdə” adlı verilişləri paralel olaraq aparırsınız. Çətin olmur ki?
- İşdən zövq alırsansa, onun çətinliyi gözünə görünmür. Heç nəyin fərqinə varmırsan.
- Maraqlıdır, sizə yerinizdə rahat oturmağa imkan verirlər?
- Şükürlər olsun ki, hə. Yerim çox rahatdır. Heç kimin mənimlə bir işi yoxdur.
- Sizi efirdə daha çox qısa ətəklərdə görürük. Bu, efir xatirinə olan bir addımdır, yoxsa öz seçdiyiniz bir geyim tərzidir?
- Efirə çıxan hər bir teleaparıcı üçün gözəl geyinmək başlıca amillərdən biridir. Mən də buna çox önəm verirəm. Düzdür, qısa ətəklərdən mütəmadi olaraq istifadə edirəm. Amma zənnimcə, belə ətəklər mənim əynimdə vulqar görünmür. Yaraşdığı üçün geyinirəm. Bunu ətrafımda olan insanlar da deyirlər.
- O insanların arasında olan əks-cinsin nümayəndələrinin fikirlərini nəzərə alırsınız?
- Öz geyimimlə efirdə, yaxud da hansısa bir məclisdə diqqət çəkməyim normal haladır. Amma mən bunu kişilərin “nəzər nöqtəsi”nə düşmək üçün heç vaxt bilə-bilə etməmişəm, etmərəm də.
- Gənclik illərində də belə geyim tərzinə üstünlük verirdiniz?
- Əslində, çox sərt və zəhmli bir kişinin qızı olmuşam. Atam həmişə ailəsinə qarşı mühafizəkar olub. Onun yanında oturuşumuza, danışığımıza fikir vermişik. Qardaşımın biri də çox qısqanc olub. Məni hərdən döyürdü (gülür). O dövrlə bu dövr arasında fərq çoxdur. İndi qısa geyinmək dəb halını alıb. Qadının özündə əxlaqi baxımdan bir problem yoxdursa, qısa geyinməyində bir eyib görmürəm. Amma çərçivədən kənara çıxmamaq şərti ilə...
- Elə atanın və qardaşın əlindən çıxıb ər evinə düşdünüz... Həyat yoldaşınız sizi daha çox qoruyur, yoxsa qısqanır?
- Yoldaşımla artıq neçə ildir ki evliyik, amma bu vaxta qədər nə geyim üstündə, nə də başqa bir məsələyə görə mübahisəmiz yaranmayıb. O, məni qısqanmır, qoruyur.
- Heç sizə əl qaldırmayıb?
- İnanın, elə bir şey yadıma gəlmir. Nəinki yadıma, heç ağlıma da gəlmir ki, o, mənə haçansa əl qaldırar. Onun üçün mən onu heç ömrüm boyu o həddə çatdırmaram axı.
- Həyat yoldaşınızı ilk baxışdan sevmisiniz, yoxsa tədricən?
- Sevginin gözü kordur deyirlər, mən onu görən kimi, nədənsə, mənim həyat yoldaşım bu insan olacaq dedim. Buna ilk baxışdan sevgi deyim, yoxsa nə, bilmirəm, bircə onu bilirəm ki, onunla birlikdə çox xoşbəxtəm. Məni başa düşür. Mən də onu. Gündə ən azı on dəfə zəng edib mənimlə maraqlanır (gülür).
- Bu, bəlkə qısqanclığından irəli gəlir?
- Qətiyyən. Sadəcə olaraq, mənə qarşı çox diqqətcildir, qayğıkeşdir. Bu da mənim xoşbəxtliyim üçün kifayət edir.
- Deyirlər ailə qurandan bir müddət sonra sevgi tədricən yox olur. Sizdə bu hallar baş veribmi?
- Mən sevgidən daha çox hörmətə, ehtirama önəm verən insanam. Əgər bunlar varsa, ailənin təməli də möhkəm olacaq. İki insan bir-birinə daha möhkəm bağlanacaq.
- Dediniz ki, ehtirama və hötmətə öməm verən birisiniz. Bəs nəyə önəm vermirsiniz?
- Bəlkə də, səmimi olaraq qəbul etməyəcəksiniz bu fikrimi, amma inanın ki, maddiyat, var-dövlət bu dünyada mənim üçün ən axırıncı şey sayılır.
- Xəyanətlə qarşılaşmısınız?
- Söhbət həyat yoldaşımın xəyanətindən gedirsə, heç bir dəfə də olsun belə halla rastlaşmamışam. Çox əminliklə deyə bilərəm ki, bundan sonra da olmayacaq.
- Hər bir kişinin arxasında ağıllı bir xanım dayanır, deyirlər. Amma eyni zamanda, hər bir xanımın da yanında güclü bir kişi olmalıdır... Buna münasibətiniz necədir?
- Mənim fikrimcə, kişi elə kişidir. Fiziki baxımdan qadın, sözsüz ki, kişidən zəifdir. Amma kişi təkcə fiziki olaraq deyil, mənəvi olaraq da qadının arxasında dayanmağı bacarmalıdır. Ağıla qaldıqda isə, “iki baş”ın düşüncəsi daha məqsədəuyğundur, yəqin ki. Məsələn, mənim həll edə bilmədiyim elə məsələlər olur ki, həyat yoldaşım onu çox rahatlıqla həll edə bilir. Bu baxımdan kişiləri daha güclü sayıram.
- Sizin çox vətənpərvər olduğunuzu eşitmişəm...
- Doğurdan da, elədir. Azərbaycanı çox sevirəm. Millətimə çox bağlıyam. Oğlumun adının Turan olması da məhz bundan qaynaqlanır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
|