![Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə](/uploads/posts/2015-02/thumbs/1424237875_0001.jpg)
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova nişanlısı ilə fotolarını paylaşıb.
Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl ayrıldığını deyən sənətçi İnanc Başəyməzlə qartopu oynayıb.
G.Zeynalova fotoların yanına təəssüratlarını da yazıb:
“Qartopu uşaqlıq, saflıq, təmizlikdir. Yaşımızın 30-40-50 olmasının fərqi yoxdur, hər birimizin içində uşaqlıq var. Qar yağsın, hər tərəf və pisliklər ağla örtülsün. Necə qartopu oynadıq, sellofanla da sürüşdük... İnancla qartopu eşqi bir başqadır, bəyaz sevgi” .
Qeyd edək ki, sənətçinin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyununda nişanlanıb. Ötən ilin noyabrında isə G.Zeynalova ayrıldıqlarını bildirmişdi.
![Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə](/uploads/posts/2015-02/thumbs/1424237902_01.jpg)
![Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə](/uploads/posts/2015-02/thumbs/1424237915_02.jpg)
![Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə](/uploads/posts/2015-02/thumbs/1424237888_03.jpg)