![LƏNKƏRANDA 21 YAŞLI GƏNC İNTİHAR EDİB LƏNKƏRANDA 21 YAŞLI GƏNC İNTİHAR EDİB](/uploads/posts/2013-03/1362462801_0001.jpg)
MƏRHUM RUHİ XƏSTƏ İMİŞ
Lənkəran rayonu Liman şəhərində ruhi xəstə özünü asıb.
Lənkəran rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Lənkəran rayonu Liman şəhər sakini 1992-ci il təvəllüdlü Zeynallı Kamal Tərlan oğlu özünü yaşadığı İbayev küçəsi 103 ünvanında yerləşən evdə kəndirlə asaraq intihar edib.
Zeynallının ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.