![GÜLƏR ƏHMƏDOVANIN İŞİNDƏ DURĞUNLUQ YARANIB GÜLƏR ƏHMƏDOVANIN İŞİNDƏ DURĞUNLUQ YARANIB](/uploads/posts/2013-03/1362475122_0001.jpg)
VƏKİLİ İSTİNTAQIN GETMƏDİYİNİ DEYİR
Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.
Bu barədə APA-ya məlumat verən E. Qədimi G. Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Gülər xanımın limfa düyünləri şişib. Vəziyyəti o qədər də yaxşı deyil. Bu gün bir neçə dəqiqəliyə görüşə bildik. Bu yaxınlarda onun müdafiəsinə məndən başqa daha bir vəkil də qoşulacaq” .
E. Qədimi G. Əhmədovanın cinayət işi ilə bağlı hər hansı istintaq hərəkətinin aparılmadığını da bildirib: “Gülər Əhmədovanın cinayət işi ilə bağlı hər hansı istintaq hərəkəti aparılmır. Ona görə də heç nədən xəbərimiz yoxdur”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.