![MASAZIRDA 44 YAŞLI KİŞİ ÖZÜNÜ ASDI MASAZIRDA 44 YAŞLI KİŞİ ÖZÜNÜ ASDI](/uploads/posts/2013-03/1364193767_0001.jpg)
İNTİHARIN SƏBƏBLƏRİ MƏLUM DEYİL
Abşeron rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1969-cu il təvəllüdlü İsmayıl Salamov yaşadığı evin mətbəxində özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.