!["QUM BAZARI"NDA 14 YAŞLI OĞLAN ÖLDÜ "QUM BAZARI"NDA 14 YAŞLI OĞLAN ÖLDÜ](/uploads/posts/2013-04/1366263717_0001.jpg)
GƏNCİ ELEKTRİK CƏRƏYANI VURUB
Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsindəki 1 May yaşayış massivinin arxasında “Qum bazarı” adı ilə tanınan ərazidə 1999-cu il təvəllüdlü Dövlətəliyev Orxan Oqtay oğlunu elektrik cərəyanı vurub. Hökməli kənd sakini olan yeniyetmə hadisə yerindəcə keçinib.
Faktla əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.