![BAKIDA DƏHŞƏTLİ YOL QƏZASI BAKIDA DƏHŞƏTLİ YOL QƏZASI](/uploads/posts/2013-04/1367211832_0001.jpg)
OLAY NƏTİCƏSİNDƏ 3 NƏFƏR ÖLÜB
Bakının Sabunçu rayonunda VAZ markalı minik avtomobili və "Reno" markalı minik avtomobili toqquşub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb, 3 nəfər qəzada ölüb və "Reno" markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış VAZ markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.