!["GÖYÇAY CASPİAN" MMC-NİN OFİSİNDƏN MEYİT ÇIXDI "GÖYÇAY CASPİAN" MMC-NİN OFİSİNDƏN MEYİT ÇIXDI](/uploads/posts/2013-06/1370493704_0001.jpg)
TÜRKİYƏLİ İŞ ADAMI ÖLDÜRÜLÜB
Bakıda Türkiyə vətəndaşı qətlə yetirilib.
Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində Azərbaycan prospekti ev 23 mən 20 ünvanında yerləşən “Göyçay Caspian” MMC nin ofisində qeydə alınıb. Ofisdə 1969-cu il təvəllüdlü Türkiyə vətəndaşı Alım Məhəmmədin meyiti aşkarlanıb.
Meyitə baxış zamanı A. Məhəmmədin çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirildiyi məlum olub .Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.