![QAHİRƏ İLƏ ANKARANIN ARASINDA SƏRİN MEHLƏR QAHİRƏ İLƏ ANKARANIN ARASINDA SƏRİN MEHLƏR](/uploads/posts/2013-08/1376634684_0001.jpg)
MİSİR TÜRKİYƏDƏKİ SƏFİRİNİ GERİ ÇAĞIRDI
Türkiyənin Misirdəki səfirinin Ankaraya çağırılmasından bir neçə saat sonra Misir rəhbərliyi cavab addımı atıb.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Misir Ankaradakı səfirini məsləhətləşmələr aparmaq üçün paytaxt Qahirəyə çağırıb.
Türkiyənin “NTV” kanalına açıqlama verən səfir Əbdürrəhman Salahəldin bu gün Qahirəyə yola düşəcəyini söyləyib.