![MURSİNİN ƏN YAXIN ADAMI HƏBS OLUNDU MURSİNİN ƏN YAXIN ADAMI HƏBS OLUNDU](https://dia-az.shop/uploads/posts/2013-08/thumbs/1376979260_0001.jpg)
İNQİLABIN ÇƏRXİ TƏRSİNƏ DÖNƏNDƏ...
Misirdə “Müsəlman qardaşlar” hərəkatının Rəhbərlik Şurasının sədri Məhəmməd Bədii həbs olunub. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, M. Bədii paytaxt Qahirənin Nasir City məhəlləsindəki evində həbs olunub və zirehli maşınla polis idarəsinə aparılıb, oradan isə bir çox siyasətçinin saxlanıldığı Əl-Əqrəb həbsxanasına göndərilib.
M. Bədii iyulun 8-də Respublika Qvardiyasının qərargahı qarşısında 84 nəfərin ölümü ilə nəticələnən hadisə zamanı insanları zorakı əməllərə cəlb etməkdə ittiham olunur.