![ÇEXİYADA SON 20 İLDƏ BİR İLK BAŞ VERİR ÇEXİYADA SON 20 İLDƏ BİR İLK BAŞ VERİR](https://dia-az.shop/uploads/posts/2013-08/thumbs/1377065604_0001.jpg)
FaktXəbər-in verdiyi məlumata görə, Çexiya parlamentinin aşağı palatası özünü buraxıb və səlahiyyətlərindən könüllü imtina edib. Parlamentdə keçirilən səsvermə zamanı 140 deputat bunun lehinə, 7-i isə əleyhinə səs verib.
Qeyd edək ki, deputataların verdiyi qərardan sonra Çexiyada yenidən parlament seçkilərinin keçirilməsi labüd olub. Budəfəki seçkilərdə 20 ildə birinci dəfə kommunist namizədlər də iştirak edə biləcək.