![ŞOK: MURSİNİN ÖLÜM PLANI HAZIRLANIB ŞOK: MURSİNİN ÖLÜM PLANI HAZIRLANIB](https://dia-az.shop/uploads/posts/2013-08/thumbs/1377153540_0001.jpg)
FaktXəbər-in verdiyi məlumata görə, Misirdə hərbi çevrilişdən sonra prezident kürsüsündən salınan Məhmməd Mursiyə ölüm planı hazırlanıb. Yerli mətbuatın yazdığına əsasən, 52-ci gündür saxlandığı məkanda öldürüləcək Misirin sabiq prezidenti, daha sonra mətbuata intihar etmiş kimi təqdim olunacaq.
Qeyd edək ki, buna qədər hərbçilər aksiyalar zamanı saxlanılan 50-dən çox nümayişçini həbsxana apararkən qətlə yetirib. Bu səbəbdən yeni hökumətin Məhəmməd Mursiyə qarşı da analoji addımı ataraq nümayişlərin yatırılmasında istifadə etməsi istisna deyil.