"SƏNDƏN FAHİŞƏ OBRAZI YARADILMASINA RAZI OLMA"
Tarix: 8-10-2013, 10:29 | Çap et
İrlandiyalı müğənni Sinead O Connor son vaxtlar yaratdığı qalmaqallarla gündəmdən düşməyən 20 yaşlı həmkarı Miley Cyrusa səmimi və tənqidi tərzdə yazılmış ibrətamiz məktub göndərib. “Wrecking Ball” mahnısına çəkilən klipin bir hissəsində çılpaq olan M. Cyrus klipin girişində göz yaşları içində mahnı oxuyur. M. Cyrus “Rolling Stones” jurnalına verdiyi müsahibədə S. O Connorun 1990-cı illərə damğasını vuran “Nothing Comphares 2 You” klipindən ilham aldığını açıqlayıb.
Bu açıqlamadan sonra psixoloji problemlərdən əziyyət çəkən S. O Connor M. Cyrusa məktub yazıb. M. Cyrusun istedadlı olduğunu vurğulayan 46 yaşlı S. O Connor məktubunda ulduz müğənninin əhatəsindəki insanlar tərəfindən istismar edildiyini də iddia edib: “Sən istedadlısan. Musiqi industriyasının səndən fahişə obrazı yaratmasına qətiyyən razı olma. Yanında olan insanlar sənin soyunaraq və yaxud da bir çəkici yalayaraq daha “cool” görünə biləcəyinə inandıra bilərlər. Ancaq səni bu cür üsullardan istifadə etməyə təhrik edənlər öz yaxtalarında günəş qəbul edərkən sən birdən-birə özünü tənha hiss edə bilərsən”. Keçən il “Maxim” jurnalı tərəfindən yaşayan ən seksual qadın seçilən M. Cyrus hələ 18 yaşı tamam olmadan qalmaqallar yaratmağa başlayıb. Müğənni son vaxtlar “Wrecking Ball” mahnısının klipində cürətli hərəkətləriylə müzakirə olunur. M. Cyrus, keçən həftə sonu Las Vegasda keçirilən “İHeartRadio Music” festivalında yenə də söz-söhbət yaradan paltarla səhnəyə çıxıb. Qalmaqallardan doymayan M. Cyrusun keçmiş nişanlısı Liam Hemsworthu unuda bilmədiyi hiss olunur. L. Hemsworth gənc müğənnidən ayrıldıqdan qısa bir müddət sonra meksikalı aktrisa Eiza Qonzalezlə görüşməyə başlayıb. Baş verənlərə dözə bilməyən gənc müğənninin son vaxtlar qalmaqallar yaratmasına uğursuz məhəbbətin səbəb olduğu və bununla M. Cyrusun keçmiş sevgilisinə ismarıc göndərdiyi deyilir. Balaca qız uşağı M. Cyrus hazırda qalmaqallar kraliçasına çevrilib. “Hannah Montana” serialı ilə kiçik yaşda məşhurlaşan M. Cyrus bir vaxtlar Britney Spearsın qazandığı “Qalmaqallar kraliçası” adını heç kimə vermək niyyətində deyil. İndi isə M. Cyrusun son bir neçə ildə yaratdığı qalmaqalları təqdim edirik: - Bir müddət əvvəl televiziya proqramında qonaq olan M. Cyrus ona bənzəyən kuklanı dodaqlarından öpdü. - M. Cyrus 2010-cu ildə Madriddə çıxış etdiyi konsertdə qadın rəqqası sinəsindən öpdü. - Həmin ərəfədə 18 yaşlı M. Cyrus geyiminə görə də tənqid olundu. Hətta böyük bir xəbər agentliyi gənc müğənninin geydiyi açıq-saçıq geyimlərlə çəkdirdiyi fotoları yayımlamamaq haqda qərar qəbul etdi. - 18 yaşı təzə tamam olan M. Cyrusun narkotika qəbul edərkən şəkli çəkildi. - Atası Billy Ray Cyrus, həm də M. Cyrus fanatlarından buna görə üzr istədi. - M. Cyrusun 20 yaşını qeyd etdiyi ad günü ziyafətində striptizçilərlə çəkdirdiyi foto şəkil sosial şəbəkələrdə paylaşıldı. -M. Cyrus daha sonra gənc müğənni Harry Stylesin maketiylə yatağa girdiyi fotonu Twitterdə paylaşıb qalmaqal yaratdı. \ kulis.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|