![LİVİYANIN BAŞ NAZİRİNİ OĞURLAYIBLAR LİVİYANIN BAŞ NAZİRİNİ OĞURLAYIBLAR](https://dia-az.shop/uploads/posts/2013-10/thumbs/1381384060_0001.jpg)
Liviyanın baş naziri Əli Zeydan naməlum silahlılar tərəfindən oğurlanıb.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Liviyanın rəsmi orqanları baş nazirin oğurlanması faktını təsdiqləyiblər.
“Sky News” və “Əl-Ərəbiyyə” telekanalları Əli Zeydanın paytaxt Tripolidəki otellərin birindən qaçırılaraq naməlum istiqamətə aparıldığını xəbər veriblər. Otelin əməkdaşı CNN-ə bildirib ki, olay zamanı silahlılar özlərini yaxşı aparıblar, otelin digər müştərilərinə narahatlıq yaratmayıblar və atəş açmayıblar.
Qeyd edək ki, Ə. Zeydan 2012-ci ilin oktyabrından baş nazir vəzifəsində çalışır.