Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                 

“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub” - Ərdoğanın baş sözçüsündən ilginc açıqlamalar
Tarix: 31-05-2017, 09:47 | Çap et
“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub”
Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş sözçüsü, akademik Seyid Sərtçəlik “Ölkə.Az”-a müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik.

- Bakıya nə zaman gəlmisiniz?

- Bakıya iki gün öncə, Astanada keçirilən bir toplantıdan gəlmişəm. Səfərin əsas məqsədi qondarma erməni soyqırımından bəhs edən kitabımın Azərbaycan dilində nəşrinin təqdimatıdır.

- Azərbaycanla bağlı təəssüratınız necədir?

- Azərbaycan, paytaxt Bakı hər gün daha çox gözəlləşir. Doğrudan da Prezident İlham Əliyev Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Hətta, bura ilk gələn an həyat yoldaşım mənə söylədi ki, Bakı Parisdən daha gözəl şəhərdir. Doğrudan da Bakının həm gündüzləri, həm də gecələri göz oxşayır. Bir türk şəhəri olan Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi bizi yalnız qürurlandırır.

- Azərbaycanda kimlərlə görüşmüsünüz və ya görüşəcəksiniz?

- Bayram olmasına baxmayaraq, bu gün Prezidentin köməkçisi cənab Əli Həsənovla və bir neçə azərbaycanlı millət vəkilləri ilə görüşmüşəm. Sabah isə ola bilsin ki, Bakıda keçiriləcək neft-qaz sərgisində cənab Prezident İlham Əliyevlə görüşüm.

- Zaman-zaman Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr mövcud olub və bunun yaxın gələcəkdə də olması istisna deyil. Sizcə, Azərbaycan-Türkiyə dostluğu bu cür qüvvələrə qarşı adekvat addımlar atmağa nə qədər hazırlıqlıdır?

- Türkiyə-Azərbaycan dostluğu bir millət, iki dövlət prinsiplərinə söykənir. Ona görə də bu dostluq münasibətlərini pozmağa nail olmaq heç bir kəsin həddi deyil. Kimsə, Azərbaycan-Türkiyə münasibətlərini poza bilməz. Biz eyni xalq və soydanıq. Ona görə də dünyada Türkiyə-Azərbaycan dostluğunu poza biləcək dövlət və ya qüvvə yoxdur.

Digər tərəfdən isə bildirim ki, 2015-ci ildə ermənilərin böyük ümidləri var idi ki, qondarma soyqırım iddialarının “100-cü ildönümü”nü qeyd etsinlər. Amma ermənilərin bütün fəaliyyətləri yalnız Avropa parlamentinin qərəzli qərarı və Roma papasının qınamasından o yana keçə bilmədi. İnanmıram ki, ermənilər bundan sonra da nə isə əldə etsinlər. Çünki Fransa və İsveçrə məhkəmələrinin qərarları da erməniləri məyus edib.

Tarixən də Azərbaycan və Türkiyə torpaqlarında əsl soyqırımı törədən türklər deyil, ermənilər olub. Bunun bariz nümunəsi kimi 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı söyləmək olar. Əgər Avropa soyqırımı törədənlərdən hesab tələb edirsə, o zaman gedib ermənilərdən Xocalının hesabını istəsin! Ermənilər dünyanın gözü qarşısında Xocalıda yüzlərlə dinc və günahsız insanları qətlə yetirib. Nə üçün Xocalı soyqırımını törədənlər cəzalandırılmır? Niyə Avropa konkret görüntüsü, faktı, dəlili olan Xocalı məsələsi ilə bağlı səsini çıxartmır? Bütün bunlar xristian-müsəlman ayrı-seçkiliyi deyilmi? Ona görə də hesab edirəm ki, Türkiyə-Azərbaycan erməni yalanlarına qarşı birgə mübarizə aparmağı qarşıya məqsəd qoyub. Bu baxımdan da dünyada yaşayan Azərbaycan və Türkiyə soydaşlarımız ayrı-ayrı diaspora kimi deyil, bir diaspora kimi fəaliyyət göstərirlər. Bütün siyasətçilərimiz və diplomatlarımız bu məsələdə birgə iş aparırlar. İnanıram ki, bu birgə faəliyyət çox böyük uğurlar qazanacaq.

- Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bütün bu kimi görüşlər bir daha onu göstərir ki, qardaş Türkiyənin dünyada mövcud olan nüfuzu daha da artır. Sizcə, bütün bunların fonunda Türkiyə rəhbərliyi Donald Trampın diqqətini Qarabağ məsələsinin həllinə yönəldə biləcəkmi?

- Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün ən böyük rolu Rusiya oynayır. Ancaq çox təəssüf ki, indiyədək Rusiya bu münaqişənin tezliklə həllində ciddi maraq ortaya qoymayıb. Baxmayaraq ki, Rusiya zaman-zaman Qarabağla bağlı danışıqlarda təşəbbüs ortaya qoyub. Ancaq bu görüşlərin indiyədək müsbət nəticəsi əldə olunmayıb. Bu gün Rusiyanın Cənubi Qafqazda ən böyük müttəfiqi işğalçı Ermənistandır. Bu səbəbdən də Ermənistanda hələ də Rusiyanın hərbi bazası yerləşir. Rusiyanın Azərbaycanla münasibətləri nə qədər yaxşı olsa da, ancaq Kremlin işğalçı Ermənistana dəstək verməsi hər kəsə yaxşı məlumdur. Düşünürəm ki, bu səhv addımdır. Rusiya region dövləti olaraq ədalətli mövqe nümayiş etdirməlidir.

- Yaxın zamanlarda Azərbaycanla Ermənistanın təmas xəttində hərbi əməliyyatların yenidən alovlanması nə qədər realdır?

- Azərbaycan və erməni hərbçiləri arasında döyüşlər zaman-zaman baş verir. Mən bu cür döyüşlərin yenə də baş verəcəyini düşünürəm. Amma inanmıram ki, bu döyüşlər aprel müharibəsi kimi şiddətli olsun.
Ümumiyyətlə, bu gün işğalçı Ermənistanın Azərbaycan ordusuna qarşı müharibə etməsi ağılsızlıqdır. Çünki Azərbaycan ordusu 1991-ci ildən bəri çox dəyişib və güclənib. Hətta, bu gün türk respublikaları arasında Türkiyədən sonra ən güclü ordu Azərbaycana məxsusdur. Əminəm ki, Azərbaycanın müasir və qüdrətli ordusu bundan sonra daha da güclənəcək.

- Rəsmi Ankaranın bəyənatlarına əsasən, son zamanlara qədər Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyən və təhdid edən qüvvələr arasında başda gedəni “FETÖ” üzvləri idi. Bəs hazırda vəziyyət necədir, sizcə bu münasibətlər “FETÖ” təhlükəsindən tam xilas ola bilibmi?

- İlk növbədə onu söyləyim ki, ötən ilin 15 iyulunda törədilən xain qiyama cəhd hadisələrindən sonra türk respublikaları arasında bu hadisəni birmənalı olaraq qınayan və Türkiyəni ən çox dəstəkləyən Azərbaycan Prezidenti olub. Həmin ərəfələrdə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulurdu. Ancaq Türkiyədə törədilən xain terror aktından sonra bu səfər təxirə düşdü. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük bir qardaşlıq nümayiş etdirərək, özü Ankaraya səfər etdi və öz dəstəyini nümayiş etdirdi.
Həmçinin, “FETÖ”-ya ən böyük zərbə Azərbaycanda vurulub. Hələ 15 iyul hadisələrindən əvvəl Azərbaycanda fəaliyyət göstərən “FETÖ” məktəbləri bağlanılmışdı. Sonradan digər sahələrdə çalışan “FETÖ” üzvləri də işdən azad edildi. Bildiyim qədər, həmin “FETÖ”-çülər artıq Azərbaycandan gediblər. Bütün bunlar qardaş Azərbaycanın Türkiyəyə verdiyi dəstək idi. Ona görə də biz bundan çox məmnunuq.

“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru