Əbülfəs Qarayev bu sahəyə nəzər salsa, yaxşıdır... - Sağlamlıq turizmi niyə inkişaf etmir?
Tarix: 17-08-2017, 10:12 | Çap et
![Əbülfəs Qarayev bu sahəyə nəzər salsa, yaxşıdır... Əbülfəs Qarayev bu sahəyə nəzər salsa, yaxşıdır...](/uploads/posts/2017-08/thumbs/1502950657_0001.jpg) Azərbaycan 9 iqlim zonası və əlverişli coğrafi mövqeyi olan bir ölkədədir. İstisu, Duzdağ, Naftalan, Qalaaltı və s. bu kimi sağlamlıq üçün əhəmiyyətli bölgələri olan bir ölkədə sağlamlıq turizminin inkişafı o qədər də ürəkaçan deyil. Səbəb isə 1-3 ulduzlu otellərin az olması və 5 ulduzlu otellərdə qiymətlərin baha olmasıdır. Bununla yanaşı, sağlamlıq mərkəzlərinin reklama da ehtiyacı var. Azərbaycan Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, Azərbaycanda bir neçə il bundan öncə Sağlamlıq və Termal Turizm Assosiasiyası yaradılıb. Assosiasiya sağlamlıq turizminin inkişafında mühüm rol oynayıb: "Assosiasiya Naftalan, Duzdağ, Qalaaltı kimi bölgələrdə sağlamlıq turizminin inkişafı üçün mühüm işlər görüb. Azərbaycanın təbii iqlimi, coğrafi iqlimi Azərbaycanda Sağlamlıq və Termal Turizmin inkişaf etdirilməsi üçün əlverişlidir. Hal-hazırda keçmişdə fəaliyyət göstərən Qalaaltı, Naxçıvanda Duzdağ, Naftalanda bir çox bərpa işləri aparılıb. Belə ki, hazırda Naftalanda 7 otel fəaliyyət göstərir. Ancaq Naftalana böyük maraq olduğu üçün bu otellərin sayı artırılmalıdır. Naftalan dünyada analoqu olmayan sağlamlıq mərkəzidir və ancaq Azərbaycandadır". Ağakərimov deyir ki, Qalaaltının suyu Truskaves suyu ilə eynidir. Buna görə də turistlərin cəlb edilməsi üçün Qalaaltında 5 ulduz otel tikilib.
Naxçıvanda yerləşən Duzdağda da bərpa işləri aparılıb. Turistlər bura daha çox astma və digər xəstəliklərin müalicəsi üçün gəlir: "Həm Naftalanda, həm Qalaaltında 5 ulduz otellərllə yanaşı, büdcə otelləri də inşa edilməlidir. Əgər belə olarsa, 5 ulduz otellərdə qalmaq imkanı olmayan aztəminatlı insanlar da bu bölgələrə gələ bilər. Məncə, bu ərazilərdə 1-3 ulduzlu otellər mütləq inşa edilməlidir”. M. Ağakərimov deyir ki, Azərbaycanın hər bölgəsində sağlamlıq mərkəzləri yaratmaq olar: “Çünki Azərbaycanın coğrafi mövqeyi buna imkan verir. Masallıdakı İstisuda bərpa işləri görülməli, yeni sağlamlıq mərkəzləri inşa edilməlidir. Aldığım məlumata görə, hazırda Lənkəranda istisu mənbələrində sağlamlıq mərkəzləri tikilir. Ölkənin digər bölgələrində kükürdlü su mənbələrində, mineral su mənbələrində mərkəzlər tikilməliidr. Biz belə coğrafi mövqeyə sahib olduğumuz halda imkanlardan heç 20 faiz istifadə etmirik. Buna görə infrastruktur yaradılmalı, yollar çəkilməli, otellər tikilməli, sağlamlıq turizmi üçün lazım olan bütün şərait yaradılmalıdır. Bundan sonra bu yerlər, bu məkanlar dünyada reklam edilməlidir. Naftalana Rusiyadan, Qazaxıstandan çoxlu turist gəlir. Bizim sağlamlıq mərkəzləri ilk növbədə MDB dövlətlərində fəal və aktiv reklam olunduğu üçün onlar bizə müraciət edir. Eyni zamanda Şərqi Avropa, cənub-şərqi Asiya ölkələrində də reklam yüksək səviyyədə olmalıdır". Hazırda əcnəbi turistlər daha çox Naftalan sağlamlıq mərkəzlərinə üstünlük verir: "Bizim Azərbaycan turistlərinin ən çox getdiyi yer Mineralni vodu, Kislovodsk, Yessentukidir. 80 faiz azərbaycanlı turistlər Truskaveskə – Ukraynaya gedirlər. Bizim insanlar sağlamlığa çox əhəmiyyət verirlər. Bu məkanlar dünyada çox yaxşı reklam edilib. Biz də öz imkanlarımızdan istifadə edib sağlamlıq mərkəzlərini yaratmalı və reklam etməliyik". Ağakərimov deyir ki, sağlamlıq mərkəzlərinin yaradılması sahəsində çox az işlər görülür. Buna görə də münasib qiymətlər azdır: "Qiymətlərin münasib olması və rəqabətə davamlı olması üçün müxtəlif tipli otellər yaradılmalıdır. Hər bir insanın öz cibinə görə otel seçmək imkanı olmalıdır. Bu zaman rəqabət yarana bilər. Əgər ucuz otel yoxdursa, 5 ulduz otel heç vaxt ucuz ola bilməz. Əgər 5 ulduz otelin yanında 1-3 ulduzlu otellər yoxdursa, ucuz qiymətdən söhbət gedə bilməz".
Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının direktoru Ruslan Quliyevin sözlərinə görə, Azərbaycanda sağlamlıq turizmi ənənələrini daha geniş coğrafiyada yaymaq çox önəmli məsələdir: "Biz bu sahədə müxtəlif layihələr üzərində işləyir və çalışırıq ki, gələcəkdə ölkəyə investisiyaların qoyulsun". R. Quliyev deyir ki, sağlamlıq turizmi Azərbaycan üçün aktualdır: "Başqa turizm növlərindən fərqli olaraq sağlamlıq turizmdə gecələmə sayı minimum 14, 18, 21 gündür. Sağlamlıq turizmi 365 günə paylanan turizmdir. Bu baxımdan turizm günlərinin sayının artırılması üçün çox əlverişli bir turizm növüdür". Quliyev bildirir ki, statistikaya görə, il ərzində təkcə Naftalan bölgəsinə 72 ölkədən 35 min turist gəlib. Ölkəyə sağlamlıq məqsədi ilə gələn turistlər əsasən Duzdağ, Naftalan və Qalaaltına üstünlük verir. Quliyev bildirir ki, sağlamlıq turizminə təkcə əcnəbi turistlər deyil, yerli turistlər də müraciət edir.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09 |
|
|
|
• Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08 |
|
|
|
• Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
• Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42 |
|
|
|
• "Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39 |
|
|
|
• Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32 |
|
|
|
• Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18 |
|
|
|
• Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14 |
|
|
|
• Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10 |
|
|
|
• Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07 |
|
|
|
• Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00 |
|
|
|
• “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59 |
|
|
|
• Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57 |
|
|
|
• Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48 |
|
|
|
• Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44 |
|
|
|
• Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43 |
|
|
|
• İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39 |
|
|
|
• USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35 |
|
|
|
• BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33 |
|
|
|
• İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• "Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25 |
|
|
|
• "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23 |
|
|
|
• Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21 |
|
|
|
• “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16 |
|
|
|
• Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55 |
|
|
|
• BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51 |
|
|
|
• Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44 |
|
|
|
• “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36 |
|
|
|
• Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31 |
|
|
|
• Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29 |
|
|
|
• UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26 |
|
|
|
• Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17 |
|
|
|
• 1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05 |
|
|
|
• Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02 |
|
|
|
• Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59 |
|
|
|
• Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53 |
|
|
|
• AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28 |
|
|
|
• Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25 |
|
|
|
• AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22 |
|
|
|
|