Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                 

Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb... - FOTOFAKT
Tarix: 25-08-2017, 11:20 | Çap et
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Son illər Azərbaycanda dələduzluq əməllərinin hədsiz çoxaldığı, insanların etibarından, sadəlövlüyündən, yaxud asan yolla varlanmaq tamahından, o cümlədən hüquqi savadsızlığından sui-istifadə edən fırıldaqçıların yağışdan sonra göbələk kimi artdığı məlumdur. Ən müxtəlif, o cümlədən innovativ sxemlərdən, ağlagəlməz fəndlərdən istifadə edən belələrinin toruna düşüb pullarını güdaza verənlər sonra hüquq-mühafizə orqanlarına şikayət edib heç olmasa dələduzların cəzalandırılmasına nail olmağa çalışırlar. Nəticədə müstəntiqlərin masalarının üstü dələduzluq maddəsi ilə qaldırılmış cinayət işləri ilə dolub-daşır, məhkəmələrdə isə az qala hər üç-dörd işdən biri dələduzluq əməli ilə bağlıdır. O cümlədən redaksiyamıza vaxtaşırı olaraq dələduzların əməllərindən zərərçəkənlər müraciət edir, başlarına gələni ictimailəşdirir.

Növbəti belə qurbanların başlarına gələnlər əslində Bakıda geniş rast gəlinən dələduzluq əməlləridir. Söhbət Bakıətrafı kənd və qəsəbələrin torpaqlarını icra hakimiyyəti orqanlarından “kənd təsərrüfatı ilə məşğul olmaq” adı altında uzun müddətə icarəyə götürən, sonra bu torpaqları bölüb fərdi ev tikmək istəyən vətəndaşlara satan və onları torpaq sahəsinə dair bütün mülkiyyət sənədlərinin qaydasında olduğuna inandıran dəllaların əməllərindən gedir.

Redaksiyamıza müraciət edən şikayətçiləri həmin sxemlə aldadan torpaq dəllalı Vəsait Məlikov (yaxud sənədlərdə göstərildiyinə əsasən Vəsahid) əslən Şamaxı rayonundandır və Bakının Xəzər rayonu ərazisində fəaliyyət göstərib. Onun əməllərindən zərər çəkənlərin sayının onlarla olduğu təxmin edilir. Hələlik isə zərərçəkənlərdən bir neçəsi virtualaz.org saytına müraciət edib, başlarına gələnləri-Vəsait Məlikov tərəfindən necə aldadılıb vəsaitlərinin mənimsənildiyi barədə danışıb.

Şikayətçilərdən biri-Bakı şəhəri, Xətai rayonu, B.Süleymanov küçəsi, ev 16-da yaşayan, 1986-cı ildə anadan olmuş Firuz Fəxrəddin oğlu Hümbətov bildirir ki, Vəsitlə 2015-ci ilin əvvəllərində özünə fərdi ev tikmək məqsədi ilə Qala qəsəbəsində torpaq sahəsi axtararkən rastlaşıb. Ona bu qəsəbə ərazisində torpaq satışı işlərinə baxan və “kifayət qədər güclü əlaqələri olan” dəllalı nişan veriblər. Firuz Hümbətov bildirir ki, Vəsaitlə anlaşaraq ondan Qala qəsəbəsi ərazisində sotu 1200 manatdan 6 sot torpaq sahəsi almaq üçün anlaşıb. Bu minvalla Vəsaitə 7200 manat verib.


Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Şikayətçilər

Şikayətçinin dediklərindən: “Pulu verərkən Vəsait Məlikovdan soruşdum ki, həmin torpaq sahəsində ev tikərkən problemlə üzləşmərəm ki? O da əminliklə cavab verdi ki, heç bir problem olmayacaq, çünki torpaq sahəsinə dair bütün sənədlər qaydasındadır. Əgər hansısa problem yaransa mənə öz şəxsi torpağından həmin ölçüdə ayırıb verəcək, yaxud pulumu qaytaracaq. Və bildirdi ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən “çıxarış” (torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş sənəd-red.) mövcuddur, torpağın alqı-satqısı həmin çıxarış əsasında olacaq”.

Lakin məsələ alqı-satqını rəsmiləşdirməyə gələndə Vəsait Məlikov vətəndaşa torpaq sahəsinə dair notariat kontorundan verilmiş Etibarnamə təqdim edir. Və onu əmin edir ki, gedib arxayın yata bilər, çünki həmin torpaq sahəsinin mülkiyyətçisidir. Və Vəsait torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyətindən uzunmüddətli icarəyə götürüldüyünə dair sənədlərin surətini də ona təqdim edir. “Dedi narahat olma, tezliklə çıxarışı da verəcək, üstəlik torpaq sahəsində tikəcəyim fərdi evə “kupça” almaqda da mənə kömək göstərəcək”-şikayətçi bildirir.

Bir müddət sonra vətəndaş aldığı torpaq sahəsində tikinti aparmaq üçün yerli icra orqanına müraciət edəndə və Vəsaitin verdiyi sənədləri göstərəndə aldığı cavabdan heyrətə gəlir. Ona deyirlər ki, həmin torpaq sahəsi ancaq kənd təsərrüfatı məqsədi ilə istifadə oluna bilər, orada tikinti aparmaq qeyri-mümkündür və qanunsuzdur. Firuz Hümbətov Vəsaitin ona verdiyi sənədləri yalnız bundan sonra araşdırır, müəyyən edir ki, həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Vəsait Məlikovun oğlu Vüsal Məlikova “kənd təsərrüfatı məqsədli” 99 illiyə icarəyə verilib. Və icarə müqaviləsində göstərilib ki, bu torpaq başqa təyinatla istifadə edilə bilməz. Beləliklə, vətəndaş aldadıldığını başa düşür, pulunu geri almağa nail ola bilmir və qərara alır ki, hüquq-mühafizə orqanlarına Vəsait Məlikovun əməllərindən şikayət etsin.

Digər şikayətçi-Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 16A ünvanında yaşayan, 1978-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Aleksandr Valeryeviç Litvinov da Vəsait Məlikov tərəfindən eyni sxemlə aldadılıb. Fərq ondadır ki, Litvinovdan mənimsənilmiş pulların məbləği daha çoxdur, 100 min manata yaxındır.


Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Vəsait Məlikov

Şikayətçi deyir ki, o, Vəsait Məlikovun toruna biznes qurmaq məqsədi ilə Binə qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəyərkən düşüb. O, Vəsaitlə 2013-cü ilin mayında tanış olub. Söhbət əsnasında Vəsait Məlikov bildirib ki, Binə qəsəbəsi ərazisində ona məxsus torpaq sahəsi var və satır. Litvinov Fazil Məşədiyev adlı şəxslə ( o da Vəsaitin əməllərindən zərərçəkənlərdən biridir) Binə qəsəbəsinə gedir, torpaq sahəsinə baxıb bəyənir. Vəsait Məlikov ona torpaq sahəsinin cəmi 80 sot olduğunu, hər sotunu 4 min manatdan satdığını deyir, vətəndaşı inandırır ki, torpaq sahəsinin mülkiyyət hüququna dair bütün sənədlər qaydasındadır. Litvinov 20 sot torpaq sahəsi almağa razılaşır və pulun 73.500 manatını nəğd, qalan 6500 manatının əvəzində isə BMW markalı avtomobilini verir.

Lakin pulu alandan sonra Vəsait notariat kontorundan verilmiş Etibarnaməni, torpaq sahəsinin icarədə olduğuna dair sənədlərin surətini ona təqdim edir. Və vəd verir ki, torpaq sahəsində mülkiyyət hüququnu təmin edən sənədi də tezliklə verəcək. Lakin Litvinova aydın olur ki, həmin torpaq sahəsi V.Məlikovun oğluna ancaq kənd təsərrüfatı məqsədli icarəyə verilib və özəlləşdirilə bilməz.

Litvnov Məlikovdan pullarını geri almaq üçün səylər göstərməyə başlayır, ancaq yenə də aldadılır. Bir müddət sonra Vəsait ona bildirir ki, aldığı sahəyə bitişik, “çox ucuz qiymətə” daha 10.8 sot torpaq var və onu 20 min manata satır. “Dedi əgər bu torpaq sahəsini də alıb əvvəlkinə birləşdirsən hər ikisinə birgə çıxarış düzəldib verəcək. Ona inanıb daha 20 min manat verdim, amma Vəsait Məlikov vəd etdiyi sənədi düzəldib vermədi, pulu geri istəyəndə isə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başladı”-şikayətçi bildirir.

Belə məlum olur ki, Litvinov aldığı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi gözlədiyi müddətdə torpağı hasarlayıb, bu işə daha 7 min manat sərf edib. Ancaq yerli icra hakimiyyəti orqanları hasarı dağıdıblar və bildiriblər ki, ərazidə tikinti qanunsuzdur. Litvinov V.Məlikovu axtarmağa, ondan pullarını geri almağa çalışır, ancaq aldadıldığını dərk edərək nəhayət qərara alır ki, hüquq-mühafizə orqanlarına müraciət etsin.

Vəsait Məlikovun daha bir neçə şəxsə, o cümlədən Məşədiyev Kənan Fazil oğluna Qala qəsəbəsindən 17 sot və 60 sot olmaqla bu sxemlə torpaq satıb, Şıxəliyev Rəşad Əliheydər oğlunu da həmin qəsəbədə 11 sot torpaq “qanuni torpaq” satmaqla aldadıb, pullarını mənimsəyib.

Virtualaz.org-a məlum olub ki, hər yerdə özünü nüfuzlu şəxslərlə, yüksək vəzifəli məmurlara yaxın münasibətlərə malik olan şəxs kimi tanıdan V.Məlikov bəzi iri tikinti şirkətlərini də eyni sxemlə aldatmağa, onlara da kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülmüş torpaqları tikinti məqsədi ilə satmağa və nəticədə daha böyük vəsaitlər mənimsəməyə nail olub. Həmin şirkətlər də bu şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşırlar...

virtualaz.org Vəsait Məlikov tərəfindən aldadılan başqa şikayətçiləri də dinləməyə hazırdır. Belələri öz şikayətlərini saytımızın elektron poçtuna göndərə, yaxud telefonla çatdıra və ya birbaşa müraciət edə bilərlər.

Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru