“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                 

Eldar Mahmudovun 2-ci bankiri də həbsə göndərilir - İDDİA
Tarix: 19-09-2017, 09:42 | Çap et
Eldar Mahmudovun 2-ci bankiri də həbsə göndərilir
Eldar Mahmudovun və onun dəstəsinin ifşasından sonra mediada ən çox adı hallandırılanlardan biri də “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev idi.

Uzun illər “MTN dağı”na söykənən Əsədullayev rəhbərlik etdiyi banka əmanət olunan mal-mülkə əziyyətsiz sahiblənə bilirdi. Qanunsuz pul köçürmələri haqda da həmin illərdə xəbərlər bir-birini əvəzləyirdi. Əsədullayevin kölgəsinə sığınıb “qara işlər” gördüyü Eldar Mahmudov 2 il əvvəl gözlənilməz şəkildə “vuruldu”.

Bundan sonra “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər hallar barədə, demək olar ki, hər gün mətbuatda müxtəlif yazılar dərc olunmağa başladı. Ç.Əsədullayevin adı Beynəlxalq Bankda dövlətin milyardlarla manat vəsaitinin talan edilməsinə də qarışdı. Eldar Mahmudovun qudası Cahangir Hacıyevin köməkliyi ilə qanunsuz əməllərə imza atmış Ç.Əsədullayev “Beynəlxalq Bank işi”ndə dindirilərkən çətin suallar qarşısında qalmışdı. Onun adının Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Bildirilirdi ki, Ə.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub. Belə xəbərlər vardı ki, Beynəlxalq Bankdan talan olunan milyardların bir hissəsini Mahmudov-Hacıyev çetesi Ç.Əsədullayevin rəhbərlik etdiyi bank üzərindən ofşorlara transfer ediblər. Amma nədənsə Beynəlxalq Bankdakı maxinasiyalara görə həbs olunanlar sırasında Ç.Əsədullayevin adına rast gəlinmədi.

“Beynəlxalq Bank işi”ndən əvvəl də Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar vardı. 2014-ci ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarda bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırdı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi. E.Mahmudovun “vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib.

Eldar Mahmudov işdən çıxarılandan, Cahangir Hacıyev həbs ediləndən sonra onların “qara işlər”ində adı keçən Ç.Əsədullayevin ölkədən birdəfəlik getmək istəyi haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Ç.Əsədullayev xəstəlik adı ilə ölkədən kənara çıxıb geri qayıtmaq istəmir. Sonradan isə ona ölkədən çıxmağa imkan verdilər. Belə xəbərlər yayıldı ki, Əsədullayevin planını önləyəcək addımlar atılandan sonra ona ölkədən çıxmaq izni veriblər. Şərt də bu olub ki, əgər Əsədullayev geri dönməsə, bankı və digər siyahıya alınmış əmlakları digər şəxslərin mülkiyyətinə keçəcək. Digər bir məlumata görə, Əsədullayevin həbsdən yaxasını qurtarması istintaqla əməkdaşlığa getməsi ilə əlaqəli olub. O, “qara pul” ötürmələri haqda məlumatları istintaqa təqdim edib.

“Azəriqazbank” əsasən tikinti sektoruna kreditlərin ayrılması və işlərin icrasına nəzarətlə məşğul olub. Bu məqsədlə E.Mahmudova və özünə yaxın tikinti şirkətlərinə böyük kreditlər ayırıb. Sonradan isə həmin kreditlərin geri ödənişləri üçün qanunsuzluqlar baş tutub. “MTN çetesi” çökəndən sonra paytaxt sakini Sədaqət Hüseyn qızı Namazova mətbuata ünvanladığı müraciətində “AGBank” tərəfindən hüquqlarının pozulduğunu iddia etmişdi. Bildirmişdi ki, bankın əməkdaşları hər vasitəyə əl ataraq girov qoyulan evləri ələ keçirir, barələrində məhkəməyə şikayət etdikdə isə saymazyana şəkildə məhkəmələrdə iştirak etməkdən yayınırlar.
Sitat:

“2008-ci ildə iki nəfərlə birlikdə mən də 4 otaqlı evimi girov qoyaraq ”Azəriqazbank"dan 250 min dollar kredit götürdük. Bir il ərzində şəxsən mən banka 119 min 188 dollar ödəniş etdim. Ümumilikdə isə bizim tərəfimizdən banka 165 min dollar pul daxil olmuşdu. 2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub. Belə olacağını gözləmirdik. 240 min dollar açıq-aşkar şişirdilmiş rəqəm idi. Bununla bağlı bank rəhbərliyinə şikayət etdikdə “kimə istəyirsiz şikayət edin, sizin müraciətlərinizə heç kim baxmayacaq, evlərinizi isə əlinizdən alacağıq” cavabını aldıq".

Şikayətçi bildirmişdi ki, vəziyyətin qəlizləşdiyini gördükdə problemin ədalətli şəkildə həllinə nail olmaq üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib:

Sitat: “Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi. Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111, mənzil 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta paltarımı belə evdən çıxarda bilmədim. Nəhayətdə evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbayel Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apelyasiya Məhkəməsinə verdi. Apelyasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbayel Rayon Məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var. Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq, məhkəmə çıxarılan qərarı qüvvədə saxladı”.

Çingiz Əsədullayev əlində olan imkanlardan, eləcə də bəzi yüksək çinli məmurlarla əlaqələrindən istifadə edərək rəhbərlik etdiyi bankın üzləşdiyi problemləri asanlıqla yoluna qoymaqla yanaşı, müştərilərin hüquqlarını da pozmaqdan beləcə çəkinmirdi.

İddialara görə, Ç.Əsədullayev Eldar Mahmudovun tikinti sahəsində həlledici mövqeyə sahiblənməsi üçün zamanında mühüm rol oynayıb. Himayəçilərini və mandatını itirəndən sonra Ç.Əsədullayevin MTN generalitetinin sahibkarlardan reket yolu ilə alınmış pulların “yuyulması”nda iştirakı da araşdırılıb. Belə xəbərlər var ki, bu günə kimi həmin araşdırmalarla bağlı hər hansı bir hərəkətlilik olmayıb. İstəməyiblər ki, “Beynəlxalq Bank işi” ilə “Azəriqazbank işi” bir-birinə qarışsın. Hazırda həmin araşdırmaların nəticələrinin rəsmiləşdirilməsi üçün tədbirlər görüldüyü iddia olunur.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru