![TÜRKİYƏ SURİYA İLƏ SƏRHƏDDİNDƏ SƏDD TİKMİR TÜRKİYƏ SURİYA İLƏ SƏRHƏDDİNDƏ SƏDD TİKMİR](/uploads/posts/2013-10/1382075521_0001.jpg)
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər Suriya ilə sərhəddə divarın tikintisi ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Türkiyə-Suriya sərhədində Türkiyə vətəndaşlarının sərhəddə minalanmış ərazilərə keçməsinin qarşısını almaq məqsədilə maneə tikilir.
Xatırladaq ki, ötən gün Türkiyənin Suriya ilə sərhəd ərazilərində bu ölkədən olan insanların sərhədi qeyri-qanuni yolla keçmələrinin qarşısını almaq məqsədilə divar tikintisinə başlamasına dair məlumatlar yayılıb.