Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                 

"MƏNƏ EVLİLİK TƏKLİFİ EDƏNLƏR ÇOX OLUB"...
Tarix: 19-12-2013, 09:17 | Çap et
"MƏNƏ EVLİLİK TƏKLİFİ EDƏNLƏR ÇOX OLUB"...
Teleaparıcı Günel Musəvinin Milli.Az-a müsahibəsi.

- Uşaqlıq illəriniz necə keçib?

- Mən Bakıda dünyaya göz açmışam. Uşaqlığım indiki Nizami küçəsində (Torqovaya) keçib. Bir az oğlansayağı böyümüşəm. Rəfiqələrim gəlinciklərlə oynayanda mən oğlanlarla boks oynayırdım (gülür). Amma təbii ki, bir çərçivə daxilində. Çünki qardaşlarımdan çox çəkinirdim. Hansısa bir hərəkətimin onların xoşuna gəlməyəcəyindən ehtiyat edirdim.

- Qardaşlarınız demişkən, ailədə neçə uşaqsınız?

- Evin tək qızıyam. Məndən başqa iki böyük və bir kiçik qardaşım var.

- Bu sahəyə sizdə maraq necə yarandı?

- Mən ziyalı ailəsində böyümüşəm. Anam fransız dili müəllimi, atam isə mühəndisdir. Babamın biri yazıçı, digəri, indiki dillə desək, biznesmen olub. İkisi də yüksək vəzifələrdə işləyib. Sonra bir babam Bakıda rəhmətə gedib. Digəri isə İsveçrəyə köçüb və orada dünyasını dəyişib.

- Orta məktəbi bitirdikdən sonra nə etmək qərarına gəldiniz?

- Təfəkkür Universitetinin ingilis dili fakültəsinə daxil oldum. İkinci kursdan etibarən universitetin ŞHK (“KVN”) komandasına qoşuldum. Elə o vaxtdan da incəsənətə meylim artmağa başladı. Oranı bitirdikdən sonra qardaşımın köməyi ilə radioda işə düzəldim. Böyük qardaşım Tibb Universitetində stomatologiya fakültəsində oxuyurdu və bir çox tələbələr kimi o da işləyirdi. O zamanlar radioların birində DJ kimi fəaliyyət göstərirdi. Mən də səhər verilişlərindən birini aparırdım. Bir müddət orada işlədikdən sonra dəyişiklik etmək qərarına gəldim. Bu minvalla, yaxın dostum, rejissor, aktyor İlham Qasımovla əlaqə saxlayıb televiziya kanallarından birində işləmək istədiyimi bildirdim. O isə mənə dedi ki, televiziya sənlik deyil. Onun bu sozündən sonra çox pis olmuşdum. İndiyə qədər hələ də onun niyə elə dediyini anlaya bilməmişəm (gülür).

Daha sonra başqa bir dostumla əlaqə saxladım. O, artıq yeni yaradılan “ABA” telekanalında işə düzəlmişdi. Mənə dedi ki, səni rəhbərliklə tanış edərəm, alınsa, işləyərsən. Getdim və sözügedən telekanalın direktoru Əli müəllimlə görüşdüm, danışdım. Məndən pavilyonda dayanıb ürəyim istəyən mövzuda bir-iki kəlmə danışmağımı istədi. Mən danışıb qurtarandan sonra mənə dedi ki, gözlə, sənə bir saata cavab deyəcəyik. Bir saatın tamamında işə qəbul olunmaq xəbərimi eşitdim. Bu mənim üçün gözlənilməz oldu.

Beləliklə, həmin kanalda fəaliyyətə başladım və hər şənbə axşam saatlarında “Top-10” adlı verilişlə tamaşaçıların qarşısına çıxdım. Onu da deyim ki, o vaxt Azərbaycanda ilk dəfə yerli estradanın “Top-10”unu biz yaratdıq. Bir müddət həmin verilişi apardıqdan sonra rəhbərlik tərəfindən mənə “100 %” verilişini aparmaq təklif olundu və dedilər ki, sən bu verilişdə çox sərbəst olmalısan. Razılaşdım. Bir müddət rola girərək həmin sərbəstliyi özümdə yaratmağı bacardım. Sonralar isə özüm olmağa qərar verdim, roldan çıxıb verilişi ozüm olduğum kimi aparırdım.

- “100 %” verilişi sizi çox məşhurlaşdırdı. Razısınız?

- Tamamilə razıyam. Təsəvvür edin ki, mən küçədə rahat hərəkət edə bilmirdim. Getdiyim yerdə bir də görürdüm ki, arxamda böyük bir kütlə var. Kimisi mənimlə şəkil çəkdirmək, kimisi də imza almaq istəyirdi.

- Bəs “ABA” bağlandıqdan sonra nə oldu?

- Sonra Lider televiziyasında “Tezdən oyan” verilişini apardım.

- Sonra?..

- Sonra “Space” telekanalında yayımlanan “Çərçivə” verilişinin aparıcısı oldum. Daha sonra Amerikaya getdim və orada yarım il qalıb qayıtdım.

- Niyə getmişdiniz, niyə qayıtdınız?

- Qardaşım orada yaşayırdı, onun yanına getmişdim. Amma qonaq getdiyim üçün yenidən anam, ailəm və işimə dönmək istədim. Ona görə də Bakıya qayıtdım.

- Bakıya qayıdandan sonra nə işlə məğul oldunuz?

- Bir müddət işləmək istəmədim, Amerikadan sonra işimə fasilə vermək istədim, lakin gördüm ki, işsizlik məni çox yorur. Yenidən Lider kanalı ilə əməkdaşılq etməyə başladım. Yenidən “100 faiz” verilişi ilə tamaşaçıların görüşünə gəldim. Onda artıq valideynlərim Amerikaya köçməkdən danışırdılar. Üstündən bir neçə il keçdi və onlar Amerikaya köçdülər. Mən isə Bakıda qalmaq istədim, çünki həyatımı dəyişmək istəmirdim. Alışmışdım hər şeyə - sevdiyim iş, dostlarım, doğma şəhər - onlardan vaz keçə bilmədim. Yarım il Bakıda tək qaldım. Amma hiss edirdim ki, ana və ailə olmadan qala bilmirən. Həm də həmin ərəfələrdə mən verilişimdə yeniliklər etmək istədim, amma televiziya rəhbərləri imkan yaratmadılar, dedilər get, sponsor axtar. Mən də: "Mən aparıcıyam, reklam agenti deyiləm", - dedim və işdən çıxdım. Bir sözlə, mənə istədiyim şəraiti yaratmırdılar. Ona görə də televiziya məkanı ilə birdəfəlik vidalaşıb valideynlərimin yanına getməyi qərarlaşdırdım.

- Amerikaya gedəcəyiniz günün axşamı çamadanlarınızı yığa-yığa nə fikirləşirdiniz?

- O bir anlıq olan hiss deyil. Əslində sevinirdim ki, valideynlərimin yanına gedirəm. Çünki mən valideynlərimdən ayrı qala bilmirəm. Bir tərəfdən də uşaqlıqdan küçələrinə ayaq qoyduğum Bakı ilə vidalaşdığım üçün üzülürdüm.

- Gedəndən sonra Bakıya tez-tez gəlirdiniz?

- Bir dəfə çox qısa bir müddətlik gəlib qohumlarımı görüb geri döndüm.

- Bəs bu şəhərdən birdəfəlik haçan getdiniz?

- 2011-ci ildə. O gündən bu günə Bakıya gəlməmişəm.

- Orada hansı işlə məşğul oldunuz?

- Uşaq psixologiyası üzrə təhsil aldım və uşaqlarla çalışmağa başladım. Bu sahə mənim üçün çox maraqlı olsa da, amma bir müddət sonra işdən ayrıldım (gülür).

- İndi bekarsınız?

- Xeyr, mən dünya azərbaycanlı qadınlarını birləşdirən, yəni hər bir azərbaycanlının adından “online” jurnal yaratdım.

- Azərbaycana qayıtmaq fikriniz var?

- İnanmıram, bir də çətin ki, birdəfəlik Bakının sakini olaram.

- Nəyə “susamısınız”?

- Söhbət susamaqdan getmir. Bu böyüq psixoloji zədədir. İnsan nə qədər həyatını, mühitini, yaşadığı ölkəni, alışdığı cəmiyyəti dəyişər ki? Hər dəfə ölkə dəyişəndə insanın içi də dəyişir. Mən həyatımla oyun oynamıram. Bura köçməzdən öncə ətraflı düşündüm və qərarımı verdim. Artıq mənim yaşayış ölkəm Amerikadır və mən buradan bir yana köçən deyiləm. Lakin etiraf edim ki, Azərbaycan mənim valideynimdir. Hara getsəm də, Azərbaycana olan sevgi əbədi olaraq ürəyimdə yaşayacaq. Bir də veriliş aparmaq üçün və Corat qutabı üçün çox darıxıram arada. Yaxşı yadımdadır, sonuncu dəfə Bakıdan çıxmağıma beş-altı saat qalmış Novxanıda Corat qutabı yedim və sonra şəhəri tərk etdim...

- Yenidən aparıcı kimi fəaliyyət göstərmək fikriniz var?

- Çox vaxt mənə deyirlər ki, niyə Amerika kanallarında işləmirsən? Məlumat üçün deyim ki, burada televiziya məkanı bizdəkindən tamam fərqlidir. İş prinsipləri də, televiziyaya düşmək də asan deyil. Amma yenə də, inşallah, bir neçə layihəni həyata keçirmək planım var.

- Haradan haraya gəldiniz?

- Mən həyatımdan çox razıyam. Şükr etməyi bacaran bir insanam. Dünyanın harasında olsam da, qəlbim vətənim ilə döyünür, "Azərbaycan" sözünü eşidəndə gözlərim yaşarır. Doğma şəhərim Bakı üçün darıxıram, burnumun ucu “göynəyir”.

- Təbiətcə necə birisiniz?

- Səmimiyəm, sözü üzə deyənəm. Yalanı, hiyləni sevmirəm və başqalarında da bu xüsusiyyətləri görəndə içimdə onların üzlərindən o maskanı qoparmaq üsyanı əmələ gəlir. Hörmət edib qarşılığında hörmət gözləyənəm. Tanımadığım insanların mənə “Sən” deməsindən xoşlanmıram. Çox güman ki, tərbiyədən irəli gəlir. Uşaqlıqdan anam mənə yad və yaşça böyük insanlara yalnız “siz” deyə müraciət etməyi öyrədib. Çox nikbinəm və həyatdan zövq almağı sevirəm. Həyatı anında qucaqlayıb hər saniyəsini doya-doya yaşayıram. Sabaha sağ çıxmağıma zəmanət olmadığı üçün sabahkı günlə yaşayanlardan deyiləm, mənim həyatım bu günümdür! Paxıl insanlardan zəhləm gedir, özümdə də paxıllığın baş qaldırmağına imkan vermirəm. Əslində isə mülayim biriyəm. Kin-küdurət saxlayan deyiləm. Bir də çox prinsipialam. Qarşıma qoyduğum məqsədə çatana qədər mübarizə aparıram. Yəni ki, dediyimi edənəm (gülür).

- Ailə qurmamısınız?

- Xeyr, qurmamışam.

- Elçilərinizin sayı kifayət qədər olar...

- Elədir. Mənə Azərbaycanda da, Amerikada da evlilik təklif edən insanlar çox olub. Lakin istədiyim insan qarşıma çıxmayıb. Daha doğrusu, çıxıb, lakin nəticəsiz qaldı.

- Deməli, sevmisiniz...

- Bəli, sevmişəm, həm də sevilmişəm. Amma alınmadı.

- Səbəb nə idi?

- Qismət…

- İndi ürəyinizdə kimsə var?

- Xeyr, tamamilə boşdur (gülür).

- Xarici vətəndaşla ailə qurarsınız?

- Əvvəllər deyirdim ki, yalnız azərbaycanlı ilə ailə quraram. İndi isə bu fikrimdən daşınmışam. Fərqi yoxdur, milliyyətindən asılı olmayaraq, ürəyimə yatan insanla məmnuniyyətlə ailə qurmağa hazıram. Xoşbəxtlik milli mənsubiyyətlə, irqlə ölçülmür.

- "100 %..." Bu fikri necə tamamlayardınız?

- 100 % hər şey insanın öz əlindədir. Təbii ki, Allahın iradəsi çərçivəsində. Sən özünü necə göstərirsənsə, həyat da özünü sənə elə göstərəcək. Sən həyatı “sığallasan”, həyat da səni “sığallayacaq”. Həmişə gülmək və pozitiv olmaq lazımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru