!["Kiyev Donbassa xüsusi status verməyə razılaşıb" "Kiyev Donbassa xüsusi status verməyə razılaşıb"](/uploads/posts/2016-09/thumbs/1474694903_0001.jpg)
Ukrayna hakimiyyəti rusiyapərəst qüvvələrin nəzarətində olan Donbassa xüsusi status verməyə razılaşıb. Bunu sentyabrın 23-də ABŞ vitse-prezidenti Joe Biden “Amerikanın Səsi”nə deyib.
Xüsusi status Minsk razılaşmalarının tərkib hissəsidir.
Bundan əvvəl Fransanın və Almaniyanın xarici işlər nazirləri Kiyevi Luqansk və Donetsk vilayətlərinin ayrı-ayrı rayonlarına xüsusi status verməyə və burda seçki haqda qanun qəbul etməyə çağırmışdı.