
Yaponiya hökuməti Pxenyanda keçirilən hərbi paradı beynəlxalq təhlükəsizliyə qarşı təxribat hesab edir.
SalamNews xəbər verir ki, bu barədə bəyanatla Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa fevralın 9-da keçirdiyi mətbuat konfransında bildirib.
“Bu hərbi texnikanın nümayişi regional və beynəlxalq təhlükəsizliyə qarşı açıq təxribatdır. Biz bununla barışmaq fikrində deyilik”,- deyə Y.Suqa vurğulayıb.
Baş katib, eyni zamanda, Seulun Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə gərginliyin aradan qaldırılmasına yönələn siyasətini də növbəti dəfə tənqid edib.
Y.Suqa deyib: “Pxenyanın təbəssüm diplomatiyasına inanmaq lazım deyil. Şimali Koreyaya qarşı beynəlxalq təzyiqlərə zərər yetirən hərəkətlərdən çəkinmək lazımdır”.
Xatırladaq ki, KXDR paradda yeni nəsil “Xvason-15” qitələrarası ballistik raketini də nümayiş etdirib.