
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
FaktXəbər-in məlumatına görə, telefon danışığı zamanı Ərdoğan və Ruhani Suriyadakı hadisələrin inkişafını müzakirə ediblər.
Bundan əlavə, prezidentlər Ankara və Tehranın təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığının möhkəmlənməsindən razı qaldıqlarını ifadə ediblər.