
Türkiyə Silahlı Qüvvələri Afrində yerləşən PYD/YPG, PKK və İŞİD terrorçularının mövqelərini bombalayır.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, əməliyyat həm havadan, həm də qurudan həyata keçirilir. Əməliyyatda türk qırıcıları və tankları iştirak edir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.