
“Ən son əldə etdiyim məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində 2348 terrorçu məhv edilib”. AzVision.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti vurğulayıb ki, Suriyada terror təşkilatlarına qarşı mübarizə şiddətli şəkildə davam edir: “Bütün terrorçuları bu bölgədən təmizləyənə qədər mübarizəmiz davam edəcək. “Zeytun budağı” əməliyyatında Azad Suriya Ordusu da daxil olmaqla 120-ə yaxın şəhidimiz var. Əməliyyatda 2348 terrorçu məhv edilib”.