
ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
"Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək", - deyə bəyanatda qeyd edilir.
Bildirilir ki, diplomatik missiya işləmədiyi müddətdə yalnız fövqəladə vəziyyətlərdə köməklik göstərəcək.