
Dünyada koronavirusa yoluxanların sayı artıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2 994 761 nəfər təşkil edir.
Bundan başqa, 206 992 pasiyent koronavirun qurbanları hesab edilir.
Məlumata görə, pandemiyanın başlanğıcından 878 820 insan sağalıb. Hazırda dünyada 57 603 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.