"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                 

ABŞ və Kanada Türkiyəyə sensor satışını niyə yasaqlayır? - İLGİNC
Tarix: 27-10-2020, 08:48 | Çap et
ABŞ və Kanada Türkiyəyə sensor satışını niyə yasaqlayır?
Kanada hökuməti öz şirkətlərinə “Bayraktar” PUA-ların (dronların) istehsalı üçün nəzərdə tutulan hərbi texnologiyaların (optik sensorların) Türkiyəyə satışını yasaq edib. ABŞ-dakı “Viasat” şirkəti də müharibə səbəbindən bu PUA-larda istifadə edilən rabitə sistemlərinin Türkiyəyə tədarükünü dayandırıb. Həmin texnologiyaların PUA-ların “beyni”nin formalaşmasında mühüm rol oynadığı deyilir. Belə qadağalar “Bayraktar”ların istehsalına neqativ təsir edə bilərmi? Türkiyə milli hərbi sənaye kompleksinin alternativləri varmı həmin texnologiyalara qarşı?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, son illərdə Türkiyənin Müdafiə Sənaye Kompleksinin sürətlə inkişafı artıq heç kimdə təəccüb hissi oyatmır: “Türkiyənin PUA istehsalına təkan verən elə qadağalardır. İllər öncə NATO müttəfiqlərindən, İsraildən yeni silah sistemləri idxal etməkdə çətinliklərlə qarşılaşan Türkiyə əsas səylərini yerli sənayenin inkişafına yönəltdi. Bundan sonra ərsəyə gələn yeni nəsil avadanlıqları döyüş əməliyyatlarında uğurla nümayiş etdirir. 1990-cı illərdə Türkiyənin pilotsuz vasitələr parkı əsasən müttəfiqlərindən əldə etdiyi, lakin heç də müasir olmayan, bir nəsil əvvəlki PUA modellərindən ibarət idi. 2000-ci illərdə ABŞ Konqresi tərəfindən ”Predator" və “Reaper” zərbə PUA-larının Türkiyəyə satışına icazə verilməməsi, sonradan İsraillə münasibətlərin gərginləşməsi Ankaranı milli pilotsuz vasitələrin inkişaf prosesini sürətləndirməyə vadar etdi. Bu gün Kanadanın Türkiyəyə optik sensorları, ABŞ-ın rabitə sistemlərini tədarükünün dayandırılması da bu istiqamətdə görülən işləri yubandıra bilər, amma durdurması mümkün deyil. Məsələ Kanada və ABŞ-la bitmir. Türkiyənin hərbi sənaye müəssisələri var. Türkiyə kimi nəhəng bir dövlət daxili istehsalı gücləndirmək iqtidarındadır. Ziyanı ABŞ və Kanada görəcək. İndiki məqamda itirən ABŞ-ın təsiri altında olan Kanadadır. Dünyada sensor istehsal edən şirkətlər çoxdur və həmin cihazlar Kanadada istehsal edilən analoqlarından geri qalmır".

Hərbi ekspert deyib ki, hələ ötən ilin oktyabrında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə əlaqədar Kanada hökuməti Türkiyə ordusunun başlatdığı antiterror əməliyyatını dəstəkləmədiyini bəyan etmişdi. Bundan öncə isə Çexiya, Fransa, Almaniya, Norveç, Finlandiya və Niderland Türkiyəyə silah satışını dayandıracağını açıqlamışdılar. Bütün bunlara baxmayaraq, Türkiyə hərbi sənayesi zəifləməyib, əksinə, güclənib. Bu gün Azərbaycan Ordusunun istifadəsində olan zərbə PUA-ları uğurla döyüş əməliyyatlarında istifadə edilir.

Açıq mənbələrdə “Baykar” şirkəti tərəfindən hazırlanaraq istismara verilən “Bayraktar TB 2" taktiki zərbə PUA-sı haqda müfəssəl məlumatlar var. Hərbi ekspert Ədalət Verdiyev ordu.az saytında bu haqda geniş yazı ilə çıxış edib. Həmin yazıda ”Baykar" şirkətinin istehsalı olan PUA-ların istifadəçiyə bir çox imkanları bir yerdə təqdim edən inteqrasiya olunan şəbəkə bazalı kompleks olduğu vurğulanır.

Kompleks “Bayraktar TB2" PUA platformasından, yerüstü idarəetmə stansiyasından, məlumat terminalından, uzaqdan görüntü terminalından, aerodrom avadanlıqlarına və generatora malik qoşqu vasitəsindən ibarətdir. ”Baykar"ın texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur.

Taktiki sinfə aid zərbə tipli “Bayraktar TB2" PUA-sı kəşf və müşahidə missiyaları üçün ”orta hündürlükdə uzun müddət" (MALE) uçuş üçün təsnifə aiddir. Üç ədəd avionika sistemi və sensor füzyon arxitekturası ilə tam avtonom taksi, qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. 200000 saatdan çox uçan TB2 2014-cü ildən Türkiyə Silahlı Qüvvələrində, jandarma və polis sistemində fəal istismar edilir. Hazırda 110 ədəd “Bayraktar” platforması güc strukturlarında xidmət göstərir. “Bayraktar TB2" Türkiyə aviasiya tarixində 27 min 30 fut yüksəkliyə qalxmaqla havada 27 saat 3 dəqiqə qalaraq zaman və hündürlük kimi iki əsas rekordu birdən qırdı. ”Bayraktar TB2" də bu kriteriya üzrə ixrac edilən ilk PUA adını da daşıyır.

TSQ-nin istifadəsinə təqdim olunan “Bayraktar TB-2" PUA-sı Türkiyənin təhlükəsizliyinin təmin edilməsində aktiv istifadə edilir. Qırıcı təyyarələrin hədəfə hücumunu asanlaşdırmaq üçün tətbiq edilən PUA-ya getdikcə daha çox sifariş gəlir. Qətərdən sonra Ukrayna 6 ədəd belə PUA sifariş verib, hazırda müqavilə icra olunmaqdadır. Bu müqavilələrin imzalanmasına səbəb kimi, həm sərhəddən kənarda TSQ-nin keçirdiyi döyüş əməliyyatında, həm də PKK-ya qarşı antiterror əməliyyatlarında bu PUA-ların uğurlu tətbiqi göstərilir. Türkiyə Daxili İşlər Nazirliyi də 11 ədəd ”Bayraktar" platforması əldə edib.

Ciddi PUA ailələrinin ixracatçısı olmaqla bərabər, 100 illik aviasiya istehsal tarixinə malik Ukraynanın kifayət qədər ciddi bir rəqiblə müharibə vəziyyətində olarkən Türkiyə pilotsuz zərbə vasitələrinə ehtiyac duyması “Baykar” şirkətinin böyük uğuru hesab edilməlidir. Hazırda Qətərdən başqa digər bir Yaxın Şərq ölkəsi ilə də bu PUA-ların satın alınmasına dair danışıqların getdiyi barədə qeyri-rəsmi məlumatlar mövcuddur.

Taktiki uçuş xüsusiyyətləri

Uzunluğu: 6.5 m;

Hündürlüyü: 2.2 m;

Qanad açılımı: 12 m;

Kütləsi: 650 kq;

Faydalı yük kütləsi: 55 kq;

Mühərrik: 1xRotax 912 (daxili yanma);

Mühərrikin gücü: 100 at gücü;

Sürəti: 250 km/saat;

Kreyser sürəti: 120 km/saat;

Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;

Havada qalma müddəti: 27 saat;

Fəaliyyət radiusu: 150 km.

Faydalı yükü 4 ədəd lazerlə idarəolunan raket;

Yanacaq tutumu 300 l benzin;

Üstün xüsusiyyətləri

Tam avtomatik uçuşa nəzarət;

3 ehtiyat modula malik avtopilot sistemi;

Yerüstü sistemlərdən asılı olmayaraq tam avtomatik qalxma və enmə;

GPS asılılığı olmadan daxili sensor vasitəsilə naviqasiya imkanı;

Marşrut üzrə tam avtomatik uçuş;

Daxili sensor dəstəyi ilə həssas avtomatik qalxma və enmə;

Tam avtomatik parklanma;

Yarıavtonom uçuş rejimlərinə dəstək;

Səhvlərə dayanıqlı və 3 ehtiyata malik sensor tətbiqi;

Çarpaz ehtiyata malik YKİ sistemi;

Orijinal aktuator bölmələri;

Orijinal lityum bazalı batareya bölmələri.

Texniki imkanlar

Uyğun rabitə məsafəsi;

LOS;

Qalxma və enmə;

Avtomatik buraxılış;

Dəyişdirilə bilən EO/IR/LD avadanlıqlar və ya çoxməqsədli AFAR.

Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən PUA-ya Türkiyənin “Roketsan” şirkətinin MAM-L və MAM-C milli və smart döyüş sursatları inteqrasiya edilib.

“Bayraktar TB2" zərbə PUA-sı quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. ”Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli “gör və məhv et” funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir.

PUA-nın real zamanda müşahidə və videoarxivləmə (BGAM) sistemi yüksək qətnaməli canlı görüntülərin eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. BGAM istifadəçilərə şəbəkə və ya mobil tətbiqi istifadə etməklə planşetdə canlı görüntüləri etibarlı şəkildə izləməyə imkan verir.

Bütün canlı görüntülər BGAM sistemi tərəfindən 30 dəqiqəlik qovluqlarda avtomatik olaraq arxivlənir. İstifadəçilər canlı görüntüləri seyr edərkən həm qeydlər edə bilərlər, həm də bu qeydlərə bir çox etiketlər əlavə edə bilərlər. Bu qeydlər və etiketlərlə arxiv videolarında axtarış aparmaq da mümkündür. Döyüş tapşırıq mətni bu qeydlərlə yaradılaraq ünvana (icracıya) göndərilə bilər. Arxiv sənədləri tarix və verilənlərə görə skan edilə bilər.

Sistem canlı və arxiv görüntülərə girişin etibarlılığını təmin etmək üçün avtomatik olaraq müvəqqəti parollardan istifadə edir və bununla da görüntü serverinə icazəsiz giriş önlənir.

Görüntü transfer sisteminə inteqrasiya edilə bilən əlavə mobil tətbiq sayəsində canlı yayımları “Windows” platforması olan mobil cihazlarda da izləmək mümkündür. Yüksək təhlükəsizlik məqsədilə şəbəkədə yayımlar mobil cihazlara tam şifrələmə və tək istiqamətli məlumat transferi (diod tətbiqi) yolu ilə etibarlı şəkildə ötürülür.

Yerüstü idarəetmə stansiyası

Yerüstü idarəetmə stansiyası aşağıdakılara malikdir:

NATO Spek ACE-III qorunma xüsusiyyətlərinə;

Radio Sistemləri;

Daxili rabitə sistemləri;

Tənzimlənən qüllənin çalışma sürəti;

Pilot konsolu;

Faydalı yük operatorunun konsolu;

Gürüntü qiymətləndirmə konsolu;

Şkaf tipli kabinetlər;

Güc qurğusu, filtrlər;

Enerji təchizatı bölmələri;

Hərbi tipli iki ədəd kondisioner qurğusu;

NBC Filtrasiya sistemi.

“Baykar”ın hazırladığı mobil yerüstü mobil idarəetmə stansiyası (YİS) “Bayraktar TB2" platformasına bazadan uzaqda yerləşən ərazilərdə idarəetməni təmin edir. Mobil YİS-dəki güclü rabitə antenləri ”Bayraktar TB2" PUA-larına mövcud bölgələrə enmə və qalxma imkanı verməklə uçuş radiusunu genişləndirir.

Mobil YİS NATO-nun ACE III standartına uyğun qorunma səviyyəsinə, 12 m-ə qaldırıla bilən hidravlik anten platformasına, avtomatik anten yönləndirici sistemlərə, bütün bu sistemlərə hərəkətlilik verən və hidravlik dayaqlara malik güclü bir yük maşınından ibarətdir. “Baykar” orijinal dizayna malik mobil yerüstü idarəetmə stansiyası, sensor və nəzarət sistemləri sayəsində qısa müddətdə və etibarlı şəkildə hazırlanaraq istifadəyə verilə bilir. PUA-nın istehsalı və ixracı davam edir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru