
ABŞ-da son sutka ərzində 164 946 nəfərdə yeni növ koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.
Ümumilikdə ABŞ-da təxminən 11 485 176 nəfər virusa yoluxub. Onlardan 4 293 816 nəfər sağalıb. Ümumilikdə mülaicə alan 250 029 min insanın həyatını xilas etmək mümkün olmayıb.
Dünyada koronavirusa yoluxanların sayı 56 milyonu ötüb, virusdan 1,3 milyondan çox yaxın insan ölüb.