Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                 

Ukrayna Rusiyanın hücumuna duruş gətirə bilərmi - AKTUAL
Tarix: 20-12-2021, 14:53 | Çap et
Ukrayna Rusiyanın hücumuna duruş gətirə bilərmi
Rusiya 130 minlik heyət, əsasən 20-ci və 8-ci Ümumqoşun Qüvvələri ilə Ukraynaya hərbi təcavüzə başlayır. Məqsəd “Ukraynanın hissələrini Rusiya dövlətinə birləşdirməkdir”. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel bu ssenarinin 18 ay öncə ABŞ-da yerləşən “Rand Corporation” təhlil mərkəzinin hazırladığı hərbi oyunun bir hissəsi olduğunu yazır.

Qurum Ukraynanın şərqində Rusiyanın hərbi qabiliyyətini təhlil edirdi. Rusiyanın bir neçə həftəyə sərhədə 175 min əsgər yığa biləcəyi bildirilirdi. Görəsən, Ukrayna belə bir hücum qarşısında nə qədər duruş gətirə bilər?

“Putinin hansı seçimi edəcəyindən asılı olmayaraq, Rusiya qarşısında qətiyyətli, möhkəm və dözümlü ordu görəcək”, – Ukrayna ordusunda müşavir kimi çalışmış, Britaniya ordusunun istefada olan artilleriya zabiti Qlen Qrant deyib.

“Səkkiz ildir bu təhdid davam edir. 2014-cü ildən bunu istisna etmirik. Bu müharibədir, Rusiyadır. Rusiya istənilən anda istənilən vəziyyətdən istifadə edə bilər”, – ölkənin şərqində separatçılarla mübarizə aparan Birgə Əməliyyat Qüvvələrinin komandiri Oleksandr Pavlyuk radionun Ukrayna xidmətinin Donbas.Realities bölümünə deyib.

Rusiya 2014-cü ildə Krım yarımadasını tutaraq ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan öncə Kiyevdə aylarla çəkən küçə etirazları moskvapərəst prezident Viktor Yanukoviçin Rusiyaya qaçmasıyla sonuclanıb.

Həmin il Kiyev “Antiterror Əməliyyatı” çərçivəsində ilk vaxtlar separatçıları məğlub eləyə bildi. Ancaq yayın sonuna Rusiya Donbasa fərqləndirici nişanı olmayan hərbi kəşfiyyat, hətta nizami ordu yeritməklə Ukrayna qüvvələrini bir neçə dəfə geri oturtdu.

İllərlə davam edən maliyyə çatışmazlığı və korrupsiya Ukrayna ordusunu zəif duruma salmışdı. Yeni avadanlıq bəxşiş üçün satılırdı, zabitlər cüzi maaşlarını kənar biznes sövdələşmələri ilə ört-basdır edirdilər, zirehli maşınların, vertolyotların yanacağı, ehtiyat hissələri yoxa çıxırdı. Ukraynalı uşaqlar əsgərlərə yardım üçün şirniyyat satırdılar.

O vaxtdan Ukrayna ordusu xeyli təkmilləşsə də ekspertlər islahatların nə dərəcədə dəyin və geniş olması haqda fərqli fikirlər yürüdürlər.

Son yeddi ildə Birləşmiş Ştatlar Ukraynanı öldürücü və qeyri- öldürücü silahlarla təchiz edib. 2.5 milyard dolları aşan bu yardıma artilleriya əleyhinə radarlar, dronlar, gecə eynəkləri, silahlı patrul qayıqları daxildir. Ukraynaya qabaqcıl Javenil antitank raketləri də verilib. Bu raketlər Rusiya tanklarına qarşı döyüşlərdə Ukrayna əsgərlərinə kiçik üstünlük verə bilər.

Noyabrda ABŞ Ukraynaya 30-dan çox Javeil buraxıcısı daxil 88 ton sursat, 180 raket göndərib.

Konqresin bu həftə qəbul elədiyi müdafiə büdcəsində Ukrayna üçün 300 milyon dollar ayrılması nəzərdə tutulub.

Birləşmiş Ştatlar NATO ilə birlikdə Ukrayna qüvvələrinə təlim keçib. Hazırda Florida Milli Qvardiyasından 150 hərbçi bu ölkədədir.

“Məncə, problem orduda deyil, siyasidir. Prezidentin, silahlı qüvvələrin ali baş komandanının və onun administrasiyasının ordu və əhali qədər hazırlıqlı və möhkəm olmasına ölkədə inam azdır. Çox şey Putinin hansı növ hücuma əl atacağından asılıdır. Ölkə siyasi təslim istəmir”, – Qrant radioya email vasitəsilə bildirib.

Rusiya Prezidenti Vladimir Putin (ortada), Müdafiə naziri Sergey Şoyqu (solda) və Baş Qərargah rəisi Valeri Gerasimov (sağda), arxiv fotosu

Hazırda Ukrayna ordusunda 145-150 min hərbçinin olduğu bildirilir. Şərqi Donetsk və Luqansk regionları boyunca “nəzarət xətti”ndə əməliyyatlar aparan Birgə Qüvvələr Əməliyyatının 30 min-35 min əsgərdən ibarət olduğu düşünülür.

Ordunun silahları və avadanlığı əsasən köhnədir. Hava qüvvələri sovet vertolyotlarından ibarətdir.

“Rusiyalılar çox şey öyrəniblər. Onlar Suriyadakı əməliyyatlardan çox şey öyrəniblər, orduda islahatı davam etdiriblər. Ukraynalılar da xeyli şey öyrəniblər, amma üstünlük Rusiyadadır. Daha ağır itkilərin baş verəcəyi, amma nəticənin dəyişməyəcəyi ssenaridən danışırıq”, – ABŞ ordusunun keçmiş zabiti, Ağ evin Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya Məsələləri üzrə direktor işləmiş Aleksandr Vindman deyir.

Ukraynanın Türkiyədən Bayraktar TB2 dronları alması Rusiya qüvvələrinin diqqətini çəkib. Bu dronlar ötən il 2-ci Qarabağ müharibəsində həlledici rol oynamışdı.

Ancaq bu dronların da vəziyyəti çox dəyişməyəcəyi ehtimal edilir. Kiyev indiyədək 12 dron alıb, onlarla dronun sifariş verildiyi bildirilir.

“Nə qədər duruş gətirmək deyəndə, baxır nəyi nəzərdə tutursuz”, – bunu isə Norveçin Müdafiə Araşdırmaları İsteblişmentinin aparıcı tədqiqatçısı Tor Bukvol deyib.

“Hücumu dəf etməyi nəzərdə tutursuzsa, bunu çox az bacararlar, ya da heç bacarmazlar. Mütəşəkkil qüvvə kimi döyüşü davam etdirməyi deyirsinizsə, bu, bir neçə gün, yaxud həftə çəkə bilər”, – o, sözlərinə əlavə edib.

Bukvolun fikrincə, Ukrayna qüvvələrinin güclü tərəfi döyüş təcrübəsi, əhval-ruhiyyəsi və silahların müəyyən qədər modernləşdirilməsidir. Zəif tərəfləri isə təşkilatlanma, əsas heyətin çatışmazlığı, havadan müdafiə, elektron cihazlar və qırıcı təyyarələr kimi müəyyən silah növlərində ciddi zəiflikdir.

Açıq mənbələr, peyk təsvirləri Rusiyanın sərhədə əmr verilərsə hərtərəfli hücuma imkan verəcək avadanlıq və silah cəmlədiyini göstərir. Təsdiqlənməmiş məlumatlar hətta Buk M-1 havadan müdafiə sistemlərinin də göründüyünü iddia edir.

Bəzi mənbələr Rusiyanın qarşısına məqsəd qoyacağı halda bir neçə saata paytaxt Kiyevə tuta biləcəyini ehtimal edir.

Uzun, qanlı münaqişə, yoxsa...

Polşalı təhlilçi Konrad Muzika da Ukraynanın belə bir tammiqyaslı hücumu önləyəcək hərbi qabiliyyəti olmadığını düşünür.

“Dünyada çox az ölkə Rusiya ordusunun hücumunu dayandıra bilər. İşğal halında Ukrayna rezervistləri səfərbər etməli olacaq ki, Rusiya onu asanlıqla ələ keçirməsin. Bu isə uzun və qanlı münaqişə deməkdir”, – təhlilçi vurğulayıb.

Digər ehtimallar isə Rusiyanın tammiqyaslı işğala deyil, müəyyən uğurlara gedəcəyi ilə bağlıdır. Məsələn, Krımın su problemini həll etmək bir ehtimaldır. Rusiya yarımadanı özünə birləşdirən 3.7 milyard dollarlıq körpü tiksə də, su təchizatı əsas problem olaraq qalır.

Nisbətən az Rusiya əsgəri Ukraynanın Azov dənizi boyunca ərazisini tutaraq Krıma quru körpü yarada, suyun yarımadaya vurulmasına yol aça bilər. Mariupol liman şəhəri də həmin ərazidə yerləşir.

Daha məhdud hücumla Kiyevi Donbasla bağlı 2015-ci il sülh planının icrasına da vadar etmək olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru