Casus qalmaqalı və Kremlə açıq mesaj: - “Əməllərinizə dözməyəcəyik artıq”
Tarix: 1-08-2023, 11:32 | Çap et
Kişinyov Moldova Respublikasında akkreditə olunmuş rus diplomatlarının sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib. Moldova hökuməti Rusiya səfirliyinin 45 əməkdaşını ölkədən çıxarıb.
Xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun sözlərinə görə, bu, ölkədə vəziyyətin sabitliyini pozmaq üçün daha az adamın hərəkətə keçdiyi vəziyyət yaratmaq məqsədilə edilib. O, həmçinin qeyd edib ki, Moldova uzun illər, hətta onilliklər ərzində Rusiyanın Kişinyovdakı səfirliyi də daxil olmaqla, Rusiyanın bir neçə fəaliyyətinin və kifayət qədər düşmənçilik siyasətinin hədəfinə çevrilib.
Moldovanın IPN xəbər agentliyinin məlumatına görə, Kişinyovun reaksiyası Rusiyanın Kişinyovdakı səfirliyinin damındakı antenaların və ötürücü qurğuların sayının ildən-ilə artdığına dair jurnalist araşdırmalarının dərcindən sonra olub. Bundan əlavə, orada davamlı olaraq görünən sirli insanların sayı da artır.
Səfirliyin damında hərəkət prezident, parlament seçkiləri və ya xarici nümayəndə heyətlərinin səfərləri öncəsi daha da aktivləşir. Bu, 1 iyun Avropa Siyasi Birliyinin sammiti ərəfəsində və hakerlərin hökumət şəbəkələrinə hücumundan sonra minlərlə məxfi sənədin hücumçuların əlinə keçdiyi vaxt da belə idi.
Jurnalistlər Rusiya səfirliyinin damında olan şəxslərin Angela Merkel, Emmanuel Makron və Hillari Klintonun elektron poçtlarını sındıran haker qrupları ilə yaxın əlaqələri olan Baş Kəşfiyyat İdarəsi (QRU) və Xarici Kəşfiyyat Xidmətinin (SVR) zabitləri olduğunü üzə çıxarıblar.
Rus diplomatlarının akkreditasiya sayının azaldılmasından danışan Popesku bu jurnalist araşdırmalarının da rol oynadığını vurğulayıb. Jurnalist araşdırmasından sonra Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Kişinyovun qərarını ikitərəfli münasibətlərin pozulmasına yönəlmiş daha bir addım adlandırıb və bunun “cavabsız qalmayacağını” bildirib.
Moldova hökumətinin sözçüsü Daniil Voda Rusiya diplomatlarının sayının 10-a, texniki işçilərin sayının isə 15-ə endiriləcəyini bildirib. KİV-in məlumatına görə, 22 diplomat və 23 texniki xidmət əməkdaşı Moldovanı tərk etməli olacaq.
Bütün bunlar nə deməkdir? Buna nə ad vermək olar? Avropa Birliyinə inteqrasiya kursunu açıq şəkildə elan etmiş Moldova hakimiyyətinin Moskvanın zəhlətökən diqqətindən öz paytaxtlarında qurtulmağa başlaması gec deyilmi?
DİA.AZ bildirir ki, baş verənləri AYNA-ya moldovalı politoloq, tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andrievski şərh edib:
“Moldova uzun müddətdir ki, Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətindən narahatdır. Amma bu fəaliyyəti dayandırmaq üçün siyasi iradə yox idi. Söhbət təkcə texniki kəşfiyyatdan deyil, həm də Moldovanın müxtəlif regionlarında siyasi partiyalarla işləməkdən gedir.
Dnestryanı Ali Sovetin deputatı Andrey Safonov bu məsələ ilə bağlı çox açıq məlumat verdi. Rusiyanın Moldovadakı “Sputnik” agentliyinə müsahibəsində Rusiya səfirliyinin işçilərinin ixtisarı barədə danışarkən o deyib: “Aydındır ki, bu qərarın praktiki vəzifəsi Rusiyanın Moldovadakı səfirliyinin işini iflic etməkdir. Ona görə ki, o, nə pasport paylaya, nə Moldovanın özünün rusiyayönlü siyasətçiləri ilə işləyə, nə də Dnestryanı və Qaqauziyaya fiziki səfər edə biləcək”.
Sual olunur: əslində Rusiyanın Moldovadakı səfirliyi nə etməlidir? Məntiqlə Rusiya ilə Moldova arasında siyasi, iqtisadi, humanitar əlaqələr qurmalıdır. Amma yox. Sən demə, Rusiya pasportlarını verməli, rusiyayönümlü siyasətçilərlə işləməli, Qaqauziya və Dnestryanıya səfər etməlidir. Bütün bunlar nə üçündür? Yalnız bir cavab var: Moldovada vəziyyəti destabilizasiya etmək üçün.
Moldova bundan bezib. Casus qalmaqalı Kişinyovdan Moskvaya bir siqnaldır ki, hakimiyyət Rusiyanın Moldovanın daxili işlərinə qarışmasına daha dözməyəcək. Hakimiyyət Moldovada rusiyayönlü siyasi layihələrin maliyyələşdirilməsinə və informasiya dəstəyinə göz yummayacaq. Hakimiyyət Moskvanın Rusiya Qoşunlarının Dnestryanı Bölgədəki Əməliyyat Qrupunu Moldova ərazisindən çıxarmaq istəməməsinə cavab olaraq susmayacaq.
Hakimiyyət Rusiya Xarici İşlər Nazirliyinin MDB və digər problemlərlə bağlı mənəviyyat dərslərinə dözməyəcək. Hakimiyyət Rusiya xüsusi xidmət orqanlarının Moldova ərazisində fəaliyyətinə dözməyəcək. Casus qalmaqalı Kremlə açıq mesajdır. Belə səslənir: Moldova öz seçimini edib. Və bu seçimdə Rusiyaya yer yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|