Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                 

“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır” - QALMAQAL
Tarix: 20-02-2019, 09:21 | Çap et
“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır”
Qarabağ Komitəsində ötən həftə baş verən istefalar qurumun daxilində gərginlik yaradıb. Qarşılıqlı ittihamlarla müşahidə olunan prosesə sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsinin yaradılması əlavə gərginlik gətirib. Artıq Azərbaycan Xalq Hərəkatında təmsil olunan bəzi partiya sədrləri Qarabağ Komitəsində fəaliyyət göstərən bir qrupu hakimiyyətin istəyi ilə hərəkət etməkdə suçlamağa başlayıb. Baş verənlərlə bağlı Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə danışdıq.

- Akif bəy, Qarabağ Komitəsində son zamanlar nə baş verir?

- Doğrusu, mən də Qarabağ Komitəsi daxilində nə baş verdiyini anlamağa çalışıram. Amma hələ dəqiq bir şey deyə bilmərəm. Müəyyən versiyalarım var. Görünən odur ki, Qarabağ Komitəsi kimlərəsə mane olur, onu aradan qaldırmağa çalışırlar. Digər tərəfdən, kimlərsə ya sifarişlə, ya da öz təşəbbüsü ilə Qarabağ Komitəsində nəzarəti ələ keçirmək istəyir.

- Qurumun daxilində baş verənlərdə, istefalarda kənar qüvvənin əli ola bilərmi?

- Qarabağ Komitəsində baş verənlərdə kənar əlin rolunun olması versiyası da mümkündür. Faktlarım olmadığına görə bir şey deyə bilmərəm, amma kənar müdaxilə olmamış deyil, bəlkə də əsas amildir. Biz çox böyük əziyyətlə Qarabağa dair birliyə nail olmuşduq, xalq da bu birliyi çox istəyirdi, bu birliyə çox sevindi. Emosiyaya qapılmadan hər kəs desin görək bu birliyi pozan kimlər oldu?

- İsgəndər Həmidov istefa verib gedəndə şəxsən sizə yönəlik ağır ittiham səsləndirdi, sizi hakimiyyətlə alver etməkdə suçladı. Qarabağ Komitəsi yaranandan bəri, ümumiyyətlə, hakimiyyətdən kiminləsə Qarabağ Komitəsi mövzusunda söhbətiniz olub?

- İsgəndər bəyin ittihamının heç bir əsası yoxdur, daha çox gedişinə bəhanədir. Getmək istəyirdi, bəhanə axtarırdı, bəhanə tapa bilmədi, ona görə də əsassız bir ittiham irəli sürdü. Eyni ittihamı mən də ona qarşı deyə bilərəm. Sadəcə, bu cür söz güləşdirməsinə getmək istəmirəm. Mən iş görməyə üstünlük verirəm, bəziləri heç bir iş görmür, mənasız qeybətlərlə gündəmə gəlməyə çalışırlar. Mənim hakimiyyətdən heç kəslə heç bir təmasım olmayıb, heç nəyi məsləhətləşməmişəm. Mən həmişə demişəm və deyəcəyəm ki, Qarabağın azadlığı üçün hakimiyyətlə cəmiyyət, müxalifət bir yerdə hərəkət etməlidir. Mən Qarabağ Komitəsinin yaranmasının əvvəlində də bu tezisi demişəm, komitəni də bu prinsip əsasında yaratmışıq. O vaxt hamı da bu prinsipə razılaşıb. İndi nə olub ki, boş ittihamlara keçiblər?! Əsassız ittihamları kənara qoymaq lazımdır.

- Komitənin İdarə Heyətinin üzvü Pənah Hüseyn isə deyir ki, son vaxtlar Qarabağ Komitəsi ətrafında hansısa əməliyyatlar aparılmağa başlandığı sezilirdi. Siz də bu cür düşünürsünüz? İstefalar bu əməliyyatın əlamətləri sayıla bilərmi?

- Qarabağ Komitəsi ətrafında kimlərinsə əməliyyat keçirmək istəkləri hiss olunur. Məqsədləri komitəni ya ələ keçirmək, ya da bu mümkün olmasa dağıtmaqdır. Mən heç vaxt bu cür oyunlarda iştirak etməmişəm, indi də etməyəcəyəm. Böyük ehtimalla kənara çəkiləcəyəm. Meydanı verəcəyəm söz pəhləvanlarına. Mənim intriqa pəhləvanları ilə söz güləşdirməyə vaxtım və həvəsim yoxdur.

- Qarabağ Komitəsindən istefa verənlər fevralın 18-də Azərbaycan Xalq Hərəkatı nəzdində Qarabağ Komitəsi yaradıblar. Onların bu addımına münasibətiniz necədir? Bu hadisə Qarabağ Komitəsinə alternativ yaradılmasıdırmı?

- AXH deyilən qurumda Qarabağ Komitəsi yaradıblarsa, bu, onların haqqıdır, heç nə deyə bilmərəm. Uğurlar arzulayıram. Qarabağ adına kim nə yaradır, nə iş görürsə, ancaq alqışlanmalıdır. Qarabağ Komitəsinə alternativ deyəndə, sağlam yarış mənasında yaradırlarsa, olsun. Ziyanı yoxdur. Amma “mən də varam” məntiqi ilə yaradırlarsa, sönüb gedəcək.

- AXH üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirir ki, cəmi bir dəfə mitinqlə bağlı Qarabağ Komitəsinin iclasında iştirak edib və görüb ki, yaxşı atmosfer yoxdur. Əvvəldən problemlərin olduğunu iddia edir. Bu iddialar doğrudurmu?

- Mitinq ərəfəsində çox müsbət atmosfer var idi, hamı iş gömək, bir işin qulpundan yapışmaq həvəsində idi. Elşad bəy nəyi necə görüb, deyə bilmərəm.

- Eyni zamanda həm istefa verənlər, həm də Elşad Musayev deyirlər ki, Qarabağ Komitəsində mitinq məsələsində hakimiyyətin dediyi ilə oturub duranlar var, problem həm də bundan qaynaqlanır.

- Söhbət hakimiyyətin dediyi ilə durub oturmaqdan getmir. Əksəriyyət hesab edirdi ki, icazəsiz aksiyaya, mitinqə getmək olmaz, mitinq razılaşdırılmalıdır. Bəziləri isə “istefa” tələbində israr edirdi. İstefa tələbi ilə hakimiyyəti Qarabağı azad etməyə məcbur etmək olmaz. Bəziləri istefa tələbi səsləndirməklə Qarabağın azadlığına deyil, özlərinin reklamına xidmət edirlər. Göstərmək istəyirlər ki, guya ən radikal onlardır.

- Qarabağ Komitəsini Qarabağ məsələsini inhisara almağa çalışmaqda da qınayırlar...

- QAT-ı da həmişə ittiham ediblər ki, guya Qarabağ məsələsini inhisara almışıq. Heç bir inhisar yoxdur. Meydan həmişə açıq olub, buyursunlar görək nə iş görəcəklər. Amma mənasız danışıqlara son qoyub iş görsünlər, çalışsınlar. Elə olarsa, ancaq sevinərik.

- İsgəndər Həmidov istefa verdikdən sonrakı keçən günlərdə onunla ikilikdə görüşünüz, söhbətiniz olub?

- Xeyr, heç bir görüşümüz, söhbətimiz olmayıb. İsgəndər Həmidovla görüşə ehtiyac görmürəm. Müsbət nəticəyə çox çalışmışdıq, amma bir şey alınmadı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru